Məhkəmə qərarları › İş №2(002)-1015/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1015/2023

18.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1015/2023 18.04.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili X11 iştirakı ilə, Ərizəçi şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə МÜƏYYƏNЕТDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1968-ci ildə Şamaxı rayonunda doğulmuş həyat yoldaşı X4 15 noyabr 2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili X16 ərizəyə uyğun izahat verərək bildirdi ki, ərizəçinin xx.xx.1968-ci ildə Şamaxı rayonunda doğulmuş həyat yoldaşı X1 rayonu, Əzimkənd kəndi, ev 65 ünvanında xx.xx.2022-ci il tarixdə qəflətən vəfat etmişdir. Bunu qonşuları X17, X12 və X21 da təsdiq edə bilərlər. Təcili və X15 Stansiyasının çağırılmasına baxmayaraq həkiməqədər ölüm diaqnozu qoyulduğundan ona ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. Həyat yoldaşını el adəti ilə Qaradağ rayonu, Sanqaçal qəsəbəsində yerləşən Sofi-Həmid qəbirstanlığında dəfn etmişlər. Sonradan poliklinikaya müraciət etmiş, lakin ona ölüm haqqında şəhadətnaməni almaq üçün tibbi şəhadətnamə verilməmişdir. Hazırda ölüm haqqında şəhadətnamə dəfn pulunu almaq və bəzi hüquqi sənədləri əldə etmək üçün lazımdır. Qeyd olunanlara əsasən o, ərizə ilə məhkəməyə müraciət etmişdir və hazırda məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq, işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X17 ifadə verərək bildirdi ki, mərhum ilə qonşuluq münasibətində idi. Belə ki, mərhumun qəflətən 15 noyabr 2022-ci il tarixdə vəziyyəti ağırlaşmış, həkim çağırmışlar, həkim gələnə kimi vəfat etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X12 ifadə verərək bildirdi ki, mərhum ilə qonşuluq münasibətində idi. Belə ki, mərhumun qəflətən 15 noyabr 2022-ci il tarixdə vəziyyəti ağırlaşmış, həkim çağırmışlar, həkim gələnə kimi vəfat etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, izahatı və şahidlərin ifadələrini dinləyib, təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə ərizə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 23 saylı Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2022-ci il tarixli arayışından görünür ki, xx.xx.1968-ci il təvəllüdlü X4 barəsində ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X31 “Bakı şəhər Təcili və X15 Stansiyası” X30 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 16:31-də “103” xidmətinə Qaradağ rayonu, Səngəçal qəsəbəsi, 3-cü massiv ünvanından Vidadi adlı şəxsin adına çağırış daxil olmuşdur. Çağırışı 20 saylı bölmənin həkimi Malik Mehdiyev icra edərək, ünvanda X6 (54 yaş) məxsus meyit ilə rastlaşmış, “Kişi cinslı meyit (həkimə qədər). Qəfləti ölüm.” diaqnozu qoymuş və Covid-19 virus infeksiyasının aşkarlanması üçün yaxma nümunəsi götürmüşdür. Meyit 11-ci polis bölməsinin mayoru Təzəxan Dəmirova təhvil verilmiş və hadisə barədə 11-ci polis bölməsinin mayoru Qasımov məlumatlandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının Sanqaçal qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 2151 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X2 qəsəbəsi, massiv 3-də fərdi evdə yaşayır və xx.xx.2022-ci ildə vəfat etmiş qardaşı X3-Həmid qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan AZE seriyalı, 17908171 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.1968-ci il tarixdə Şamaxı rayonunda anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının Sanqaçal qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 2183 saylı arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X9 həqiqətən vəfat etdiyi tarixə qədər Sanqaçal qəsəbəsi, Massiv-3, fərdi evdə qeydiyyatsız yaşamışdır. İş materiallarında olan İV-JQ seriyalı, 497548 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X18 xx.xx.1989-cu il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında Abşeron rayon Güzdək qəsəbə sovetliyində 16 nömrəsi ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Ərizəçi şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, o, ünvan 4 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan X22, X12 və X28 tərəfindən yazılımış və notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, xx.xx.1968-ci il təvəllüdlü X5 yaxından tanıyırdılar, X9 təbiətcə sakit bir adam olmuşdur. X9 xx.xx.2022-ci il tarixində saat 17:00 radələrində yaşadığı ünvan 1 ünvanında öz əcəli ilə ölmüşdür. Onun dəfn mərasimində və və qeyd edilən 3,7 günlərində qonşularla birlikdə onlar da iştirak etmişlər. Həmin günlərdə ailə üzvlərinin və qohumlarının danışıqlarından aydın olmuşdur ki, Vidadi həyatyanı sahəsində təsərrüfat işləri ilə məşğul olarkən qəflətən ölmüşdür. Ailə üzvləri dərhal hadisə yerinə təcili yardım çağırmışlar, həkim də onun ölümünü təsdiq etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən, ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Həmin Məcəllənin 194.2-ci maddəsinə əsasən, ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. İş üzrə sübutlara hüquqi qiymət verərək məhkəmə müəyyən edir ki, təqdim olunmuş sübutlarla ərizəçinin həyat yoldaşı xx.xx.1968-ci ildə doğulmuş X4 15 noyabr 2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarının 9-cu bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1968-ci ildə Şamaxı rayonunda anadan olmuş X4 15 noyabr 2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar