Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1037/2022 25.04.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı şəxsin ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı şəxsin ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X3 həyat yoldaşı olmuşdur. Həyat yoldaşı X3 25.01.1949-cu ildə Yardımlı rayonunda doğulmuşdur. Onlar 14 sentyabr 1975ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar, birlikdə Lökbatan qəsəbəsi, massiv 4, keçid 1004, ev 6 ünvanında yaşamışlar. 25 fevral 2022-ci il tarixdə həyat yoldaşının vəziyyəti ağırlaşmış və həkim çağırmışdır. Həkim gələnə kimi artıq həyat yoldaşı vəfat etmişdir. Həyat yoldaşını el adəti ilə Lökbatan qəsəbə qəbirstanlığında dəfn etmişdir. Həyat yoldaşı xəstəxanada qeydiyyatda olmadığından həmin vaxtı ölüm haqqında şəhadətnamə almamışdır. Belə ki, həmin vaxt başı dəfn mərasiminə qarışdığı üçün bu barədə lazımi orqana müraciət etməmişdir. Sonradan bu barədə tibb mərkəzinə müraciət etsə də, ona ölüm şəhadətnaməsi almaq üçün təbii şəhadətnamə verilməmişdir. Hazırda həyat yoldaşı müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi ona bəzi hüquqi sənədləri, o cümlədən ölüm haqqında şəhadətnamə əldə etmək üçün lazımdır. Göstərilənləri nəzərə alaraq, 25.01.1949-cu ildə Yardımlı rayonunda doğulmuş, X1 25 fevral 2022-ci ildə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə etdi. O, ərizənin məzmununa uyğun izahat verərək, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində göstərdi ki, mərhum X3 onun qonşusu olmuşdur, 25.02.2022-ci il tarixdə vəfat etmiş, nəşi Lökbatan qəsəbə qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Cəbiyev Ramin cəlal oğlu ifadəsində göstərdi ki, mərhum X3 onun qonşusu olmuşdur, 25.02.2022-ci il tarixdə vəfat etmiş, nəşi Lökbatan qəsəbə qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmişdir, lakin məhkəməyə ərizə göndərərək mülki işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə aşağıdakılara görə təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri, Maraqlı şəxs 04 mart 2022-ci il tarixli, 05/Q- 299/15 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X11 “X8”nin PHŞ/1.1.23-2022-25 saylı, 05 mart 2022-ci il tarixli məktubundan görünür ki, 25.01.1949-cu il təvəllüdlü X3 “X8”ndə ölümə səbəb olan diaqnozla dispanser qeydiyyatda olmadığı üçün ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. İş materiallarında olan BŞT və TTYS-nin 15-ci bölməsinin Təcili və X2 X5 haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 25.02.2022-ci il tarixdə X1 adına çağırış olmuş, xəstə üzərində aparılmış müayinə zamanı həkimə qədərki kişi cinsli meyid aşkar edilmişdir. İş materiallarında olan Lökbatan qəsəbə məscidi tərəfindən verilmiş 16 saylı, 04 mart 2022-ci il tarixli arayışdan görünür ki, mərhum X4 25.02.2022-ci ildə vəfat etmiş, Qaradağ rayonu, Lökbatan qəsəbə qəbirstanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X1 25.02.2022-ci il tarixdə vəfat etməsi iş materialları və şahid ifadələri ilə tam sübuta yetirildiyindən və ölüm faktnının müəyyən edilməsi ərizəçiyə ölüm haqqında şəhadətnamə alınması üçün lazım olduğundan həmin hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 25.01.1949-cu il tarixdə Yardımlı rayonunda doğulmuş X1 25.02.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırkı məhkəmə qətnaməsi ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: KAMRAN ƏSƏDOV
Məhkəmə qərarları › İş №2(002)-1037/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1037/2022
25.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver