Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-105/2021 25.01.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, İddiaçı, Cavabdeh4 vəkili və nümayəndəsi X3, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X4 iştirakları ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzinə, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və Cavabdeh4 qarşı «hərracın keçirilməsinə dair yekun protokolun etibarsız hesab edilməsi, alğı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzinə, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və Cavabdeh4 qarşı «hərracın keçirilməsinə dair yekun protokolun etibarsız hesab edilməsi, alğı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şossesi, 58-ci km, 11 OB ünvanında yerləşən, ümumi sahəsi 227.9 kv.m olan 5/2 saylı dükana dair olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin xx xxxx 2019-cu il tarixli, 26/01 nömrəli hərracın nəticəsinə dair protokolunun etibarsız hesab edilməsi, sözügedən dükanın alqı-satqısına dair xx xxxx 2019-cu il tarixli, 4377 nömrəli müqavilənin və Cavabdeh4 adına verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, 569156 nömrəli, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şossesi, 58-ci km, 11 OB ünvanında yerləşən, 5/2 saylı dükan əvvəllər dövlət mülkiyyətində olmaqla Dövlət Neft Şirkətinin balansında olmuş və İddiaçı ikinci qrup əlilliyi nəzərə alınaraq 2013-cü ildə bağlanmış müqavilə əsasında ona icarəyə verilmişdir. Daha sonra onun kifayət qədər maddi imkanı olmadığı üçün icarə haqqını mütəmadi olaraq ödəyə bilməmiş, yığılan icarə borcunun ondan tutulması barədə qətnamə qəbul edilmişdir. O, da həmin borcu ödəmişdir. 2014-cü ildən sonra həmin qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin balansına verilsə də, bu günə qədər onun istifadəsində və sahibliyində qalmışdır. Əvvəlki dövrdə maddi imkansızlığı səbəbindən həmin qeyri-yaşayış sahəsini özəlləşdirə bilməmişdir. Sonradan Keçirilmiş hərrac barədə ona Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən məlumat verilməmişdir. Obyektin Cavabdeh4 satıldığını bilməmişdir. Hərrac barədə ona məlumat verilmədiyindən, onun hüquqları kobud şəkildə pozulmuşdur. O da, qeyd edilməlidir ki, Azərbaycan Respublikasının 1-ci vitse prezidenti xanım Mehriban Əliyevaya vaxtilə etdiyi müraciət nəticəsində iddiaçını Azərbaycan respublikası Dövlət Neft Şirkətinin vitse prezidenti Qorxmaz Hüseynov qəbul etmiş, məhz onun göstərişi əsasında həmin qeyri-yaşayış sahəsi ona icarəyə verilmişdir. İddiaçı qeyri-yaşayış sahəsinin hərracda satılması ilə bağlı məlumat verilsəydi, bu günə qədər istifadəsində olan obyekti özü alardı. AR MM və MPM-in müvafiq maddələrinə əsasən iddia təmin edilməlidir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh4 vəkili və nümayəndəsi X5 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, hərrac keçirilən zaman iddiaçı ümumiyyətlə qeyri-yaşayış sahəsinin qanuni istifadəçisi olmayıb, lakin buna baxmayaraq, Əmlak komitəsi tərəfindən ona məlumat verilib. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X6 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, mübahisəli qeyri-yaşayış sahəsi Dövlət Neft Şirkətinin balansında olduğu zaman İddiaçı 2013-cü ildə bağlanmış müqavilə əsasında ona icarəyə verilmişdir. 2014-cü ildən sonra həmin qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin balansına verilmiş, lakin iddiaçı ilə cavabdeh arasında heç bir müqavilə mövcud olmamışdır. İddiaçıya dəfələrlə təklif olunsa da həmin qeyriyaşayış sahəsinin özəlləşdirilməsi üçün heç bir hərəkət edilməmişdir. Hərrac tamamilə qanunidir. İddia tələbi təmin edilə bilməz. Digər cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzinə və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, həmin cavabdehlərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzinə və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin standartlaşma sistemi Əmlakın icarəyə verilməsinə dair xx xxxxx 2013-cü il tarixli müqavilənin surətindən görünür ki, icarəyə verən ARDNŞ-nin Sosial inkişaf İdarəsinin Nizamnamə əsasında fəaliyyət göstərən rəisi Q.M. İbrahimov icarədar İddiaçı 238.50 m2 qeyri-yaşayış sahəsindən ibarət olan Qaradağ rayonu, Qobustan qəsəbəsi, 5-ci massiv, (5/2 saylı idman malları mağazası) (bir mərtəbəli ayrı tikilidə) sahibkarlıq fəaliyyət məqsədləri üçün icarədarın müvəqqəti istifadəsinə verir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx xxxxxx 2013-cü il tarixli sərəncamının surətindən görünür ki, 238.50 m2 qeyri-yaşayış sahəsindən ibarət olan Qaradağ rayonu, Qobustan qəsəbəsi, 5-ci massiv, (5/2 saylı idman malları mağazası) İddiaçı icarəyə verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 4377 nömrəli xx.xx.2019-cu il tarixli Müəssisənin (obyektin) alğı-satqısı müqaviləsinin surətindən görünür ki, Müqavilənin predmetinı "Alıcı”nın Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən xx.xx.2019-cu il tarixdə keçirilən hərracda 26/01 №-li protokola əsasən satın aldığı 5/2 saylı dükan (ümumi sahəsi-227,9 kv.m) təşkil edir. "Satıcı" (Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi )satır, “Alıcı” (Cavabdeh4 Əhməd qızı) isə bu müqavilədə göstərilən şərtlərlə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şosesi, 58-ci km, 110 B ünvanında yerləşən 5/2 saylı dükanı hərracdan satış qiyməti ilə 15750.00 manata satın alır. Hərracda satılmış müəssisənin (obyektin) satış qiyməti tam ödənildikdən və hüquqlar müvafiq qaydada qeydiyyata alındıqdan sonra onun üzərində alıcının mülkiyyət hüququ yaranır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş AR DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 569156 saylı elektron Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şossesi, 58-ci km, 110 B, 58-ci km Cavabdeh4 adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş hərracın keçirilməsi barədə bildirişin alınması barədə qəbzdan görünür ki, İddiaçı hərracın keçirilmə tarixi barədə bildirişi qəbzə imza edərək almışdır. İşin məhkəmə iclasında müəyyən edilmiş mübahisəsiz hallarında görünür ki, mübahisəli qeyri-yaşayış sahəsi Dövlət Neft Şirkətinin balansında olduğu zaman İddiaçı 2013-cü ildə bağlanmış müqavilə əsasında ona icarəyə verilmişdir. 2014-cü ildən sonra həmin qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin balansına verilmiş, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən xx.xx.2019-cu il tarixdə keçirilən hərrac nəticəsində mübahisəli əmlak Cavabdeh4 satılmışdır. Mülki Məcəllənin 416.1-ci maddəsinin mənasına görə bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2-ci maddəsinə görə yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızığına səbəb olur. Digər tərəfdən qeyd olunan maddi hüquq normalarının mənasına görə hüquqi baxımdan hərracın etibarsızlığına səbəb hərracın keçirilməsi qaydalarının pozulması halının aşkar edilməsindən ibarətdir. İş materiallarından da göründüyü kimi hərrac keçirilərkən hər hansı bir hərracın keçirilməsi qaydaları pozulmamışdır. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 20.1-ci maddəsinə əsasən dövlət əmlakının hərraclar vasitəsilə ilə satışı həmin əmlakın hər hansı bir şərt qoyulmadan alıcıya satışıdır. Bu zaman əmlak üzərində mülkiyyət hüququ hərracın gedişində maksimum qiymət təklif etmiş alıcıya verilir. Dövlət əmlakının hərrac vasitəsilə satışı baş tutmadıqda (sifariş verilmədikdə və ya start qiyməti ilə satılmadıqda) növbəti hərracda dövlət əmlakının satıcısı müəyyən olunmuş qaydada start qiymətini aşağı sala bilər. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində, onun hərraca çıxarılan əmlakın icarədarı olmasına baxmayaraq ona hərracın keçirilməasi barədə məlumat verilməməsini əsas gətirərək hərracın etibarsız hesab edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini əsassız hesab edərək qeyd edir ki, iddiaçı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin standartlaşma sistemi Əmlakın icarəyə verilməsinə dair xx xxxxx 2013-cü il tarixli müqavilənin müddəti xx xxxxx 2014cü il tarixdə bitmişdir. Sonradan mübahisəli əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin balansına verilmiş və iddiaçı ilə Komitə arasında heç bir icarə müqaviləsi mövcud olmamış, hərrac keçirilən zaman iddiaçı mübahisəli qyri-yaşayış sahəsinin icarədarı olmamışdır. Bu səbəbdən keçirilmiş hərrac qanuni olmuşdur və etibarsız hesab edilməsinə heç bir əsas yoxdur. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə işə baxarkən və sübutlara qiymət verərkən nəzərə almışdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. X7 Məhkəməsi "X1rşı" xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə həmçinin qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə əsaslı nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) əsaslı nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzinə, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və Cavabdeh4 qarşı «hərracın keçirilməsinə dair yekun protokolun etibarsız hesab edilməsi, alğı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi» tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Digər tərəfdən, şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzinə, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və Cavabdeh4 qarşı «hərracın keçirilməsinə dair yekun protokolun etibarsız hesab edilməsi, alğı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi» tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-105/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-105/2021
25.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver