Məhkəmə qərarları › İş №2(002)-105/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-105/2025

16.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-105/2025 16.01.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı «əmlakın (əşyaların, avadanlığın və s.) qaytarılması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı «əmlakın (əşyaların, avadanlığın və s.) qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC tərəfindən ona məxsus 1 ədəd vaqon, kombayn 1 ədəd və 85-lik mişarı 1 ədəd, rels 14 ədəd, onun 28 ədəd plankası və 28 ədəd boltu, kran qara 1 ədəd və kranın 65 metr kabeli, 2 ədəd kranın nasosu, təkərli polosovka 1 ədəd, onun 70 metr kabeli, toçila 2 ədəd və şeytan əməli 1 ədəd, bolvanka 1 ədəd, xodovoy motor 1 ədəd, reduktor 1 ədəd, 400 metrlik bərk kabelin ona tam yararlı vəziyyətdə qaytarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC tərəfindən ona məxsus 85lik mişar 1 ədəd, rels 6 ədəd (12 metrlik), onun plankası və boltu, kran qara 1 ədəd və kranın 65 metr kabeli, 2 ədəd kranın nasosu, 400 metrlik bərk kabel, təkərli polosovkanın motoru, 70 metr kabeli, təkərli polosovkanın uzeli (özününkü dəyişdirilib və dağıdılıb), polosovkanın xodovoy motoru, şeytan əməli 1 ədəd, bolvanka 1 ədəd və 1 ədəd reduktorun ona qaytarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 03 iyul 2023-cü il tarixdə onunla "xxxx" MMC arasında 1 il müddətinə xidmət müqaviləsi bağlanmışdır. Müqavilə bağlanan zaman cavabdehin direktoru X2 olmuşdur. Həmin müqaviləyə əsasən "xxxx" MMC-nin maliyyə vəziyyətinin çətin olduğunu nəzərə alaraq əlavə yeni texnikanın alınmaması üçün onun ərazisində işlərin yerinə yetirilməsi, yerin açılması və işlədilməsi məqsədi ilə 03 iyul 2023-cü il tarixdə tərtib edilmiş akt əsasında 1 ədəd vaqon, kombayn 1 ədəd və 85-lik mişarı 1 ədəd, rels 14 ədəd, onun 28 ədəd plankası və 28 ədəd boltu, kran qara 1 ədəd və kranın 65 metr kabeli, 2 ədəd kranın nasosu, təkərli polosovka 1 ədəd, onun 70 metr kabeli, toçila 2 ədəd və şeytan əməli 1 ədəd, bolvanka 1 ədəd, xodovoy motor 1 ədəd, reduktor 1 ədəd, 400 metrlik bərk kabeli tam işlək vəziyyətdə cavabdehə təhvil vermişdir. İş materiallarından da göründüyü kimi, bununla bağlı akt tərtib edilmiş, texnikalar cavabdehə təhvil verilmişdir. Xidmət müqaviləsi 1 il müddətinə bağlanmışdır. Qeyd edir ki, cavabdeh hüquqi şəxsin direktoru dəyişmişdir. Hal-hazırda hüquqi şəxsdə direktoru əvəz edən şəxs Rasim Babayevdir. O, müqavilənin müddəti bitdikdən sonra texnikaların geri qaytarılmasını cavabdehdən tələb etmişdir. Müqavilənin müddətinin bitməsinə baxmayaraq cavabdeh texnikaları geri qaytarmır. X1 aktı və müqaviləni təqdim etsə də, öz üstün mövqeyindən istifadə edərək qanunsuz şəkildə texnikaları geri qaytarmaqdan imtina edir. Ona qanunsuz şəkildə bildirir ki, «keçmiş direktorunu bura gətir, təsdiq etsin ki, bu texnikaları ona vermisən, o halda sənə qaytarım». Bildirir ki, onun elə bir vəzifəsi yoxdur. Müqavilə cavabdeh hüquqi şəxslə bağlanmışdır. Direktorların arasında olan şəxsi münasibətlərə görə texnikalarının ona qaytarılmasından imtina edilməsi tamamilə qanunsuzdur. Bunun da heç bir nəticəsi olmamışdır. Hətta hal-hazırda bu qədər müddət keçməsinə baxmayaraq, qanunsuz şəkildə texnikaları istifadə etməyə və ona ziyan vurmağa davam edir. Cavabdehin əməlləri onun texnikasının işlək vəziyyətinin itirilməsinə səbəb olur. O, dəfələrlə müraciət etsə də, öz qanunsuz əməllərinə davam edir. Onun hüquqlarını kobud şəkildə pozmuşdur. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Öncəki məhkəmə iclasında iştirak etmiş İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 03 iyul 2023-cü il tarixli xidmət müqaviləsindən görünür ki, "xxxx" MMC ilə İddiaçı arasında müvafiq şərtlərin müəyyən edilib təsdiqlənməsi yolu ilə xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə, tərəflər hər biri müvafiq şərtlərdə göstərilən - "xxxx" MMC Qaradağ rayonu Gülbaxt ərazisində ayrılmış sahədən daş tullantılarının ərazidən daşınması və yararlı xammalın çıxarılması üçün müvəqqəti istifadə hüququ ilə 0,5 hektar ərazini 1 il müddətinə istifadəyə verməyi; verilmiş karxananın put daşı istehsalı üçün istifadə ediləcəyi və xidmət göstərdiyi ərazini normal qaydalarla istifadə etməyi; təyinatın dəyişdirilməsinə yol verilmədiyini; müəssisənin maliyyə vəziyyətinin çətinliyi ilə əlaqədar olaraq istehsal ilə bağlı texnikaları özü təmir edəcəyi və istehsal sahəsinə işıq xətti çəkiləcəyi; qorunmasını özü təmin edəcəyi öhdəliklərini götürmüşlər. Xidmət müqaviləsinə akt əlavə olunmuşdur. Xidmət müqaviləsinə əlavə olunmuş 03 yiul 2023-cü il tarixli aktdan görünür ki, aktı tərtib edən şəxslər (cavabdehin direktoru Natiq Paşayev, sahə ustası Firudin Əsgərov, həmçinin İddiaçı) İddiaçı tərəfindən aşağıda göstərilən şəxsi texnikasını və avadanlıqlarını əraziyə gətirdiyini təsdiq etmişlər. Həmin texnika və avadanlıqlar aşağıdakılardır: 1 ədəd vaqon, kombayn 1 ədəd və 85-lik mişarı 1 ədəd, rels 14 ədəd, onun 28 ədəd plankası və 28 ədəd boltu, kran qara 1 ədəd və kranın 65 metr kabeli, 2 ədəd kranın nasosu, təkərli polosovka 1 ədəd, onun 70 metr kabeli, toçila 2 ədəd və şeytan əməli 1 ədəd, bolvanka 1 ədəd, xodovoy motor 1 ədəd, reduktor 1 ədəd, 400 metrlik bərk kabel. Mülki işə obyektiv, tam və ədalətli baxılmasının təmin edilməsi üçün Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(002)-2859/2024 saylı qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspert qarşısında cavablandırılması lazım olan suallar qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliynin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Kamran Dünyamalıyev 02 dekabr 2024-cü il tarixdə məhkəməyə məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumat göndərmiş və həmin məlumatda qeyd etmişdir ki, 2(002)-2859/2024 saylı mülki iş üzrə məhkəmə tərəfindən 28 oktyabr 2024-cü il tarixdə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılması və rəy verilməsi ekspert qarşısında qoyulmuş sualda və xx.xx.2023-cü il tarixli aktda qeyd edilən müxtəlif adda malların satışına və qiymətinə dair yerli internet saytlarında məlumat olmadığına görə qiymətləndirmə aparmaq mümkün olmadığına görə qiymətləndirmə aparılmasının mümkün olmamışdır. İşin faktiki hallarından göründüyü kimi, yuxarıda qeyd olunan texnika və avadanlıqlar iddiaçıya məxsusdur, həmin texnika və avadanlıqlar cavabdehin fəaliyyət göstərdiyi əraziyə tərəflər arasında bağlanmış müqaviləyə əsasən gətirilmişdir, həmin daşınar əmlakın sahibi olan iddiaçının mülkiyyətçi kimi həmin əşyaları geri götürmək hüququ var. Onun bu hüququ müqavilə şərtləri və ya digər öhdəliklərlə məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin olan mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göründüyü kimi, iddiaçıya məxsus əmlaklar cavabdehin istifadəsində olan əraziyə yerləşdirilməklə, həmin əmlaklardan təyinatı üzrə istifadə olunmuş, həmin ərazidə qalmışdır. İddiaçı özünə məxsus əşyaları ərazidən götürə bilmir, ona həmin əşyalar təhvil verilmir. İddiaçının bildirdiyinə görə, ona bəlli olmayan müəssisədaxili məsələlərə görə, onun əşyaları özünə təhvil verilmir. Bununla da, iddiaçının mülkiyyətçi kimi hüquqları pozulur. Yuxarıda sadalanan maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, iddiaçıya məxsus əşyalar cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 85-lik mişar 1 ədəd, rels 6 ədəd (12 metrlik), onun plankası və boltu, kran qara 1 ədəd və kranın 65 metr kabeli, 2 ədəd kranın nasosu, 400 metrlik bərk kabel, təkərli polosovkanın motoru, 70 metr kabeli, təkərli polosovkanın uzeli (özününkü dəyişdirilib və dağıdılıb), polosovkanın xodovoy motoru, şeytan əməli 1 ədəd, bolvanka 1 ədəd və 1 ədəd reduktoru və ödənilmiş 100 manat dövlət rüsumu cavabdeh "xxxx" MMC-dən alınaraq İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 85-lik mişar 1 ədəd, rels 6 ədəd (12 metrlik), onun plankası və boltu, kran qara 1 ədəd və kranın 65 metr kabeli, 2 ədəd kranın nasosu, 400 metrlik bərk kabel, təkərli polosovkanın motoru, 70 metr kabeli, təkərli polosovkanın uzeli (özününkü dəyişdirilib və dağıdılıb), polosovkanın xodovoy motoru, şeytan əməli 1 ədəd, bolvanka 1 ədəd və 1 ədəd reduktoru və ödənilmiş 100 manat dövlət rüsumu cavabdeh "xxxx" MMC-dən alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar