Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-106/2023 29.03.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı, X1 Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 iştirakları ilə, İddiaçı Cavabdeh Abdullovnaya qarşı paylı mülkiyyətdə olan mənzilin açıq hərrac yolu ilə satılması və satışından əldə olunmuş pul vəsaitinin tərəflər arasında bərabər bölünməsi tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissəsi: İddiaçı Cavabdeh Abdullovnana qarşı paylı mülkiyyətdə olan mənzilin açıq hərrac yolu ilə satılması və satışından əldə olunmuş pul vəsaitinin tərəflər arasında bərabər bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri,Qaradağ rayonu,Sahil qəsəbəsi, Entuziast küçəsi 4 saylı evin 2 saylı paylı mülkiyyətdə olan mənzilinin açıq hərracda satılması, satışdan əldə olunmuş pul vəsaitinin tərəflər arasında ½ hissədə payalara uyğun bərabər bölünməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri,Qaradağ rayonu,Sahil qəsəbəsi, Entuziast küçəsi 4 saylı evin 2 saylı paylı mülkiyyətdə olan mənzilin ½ hissəinə görə onun və cavabdehin pay hüququ vardır, bu barədə xx.xx.2012-ci il tarixdə Seriya RX № ******* nömrəli çıxarış da alışlar. Cavabdeh anası ilə 2017-ci ilədək hər hansı problemləri olmamış, mehriban yaşamışlar. Lakin 1990-cı illərin əvvəlində yaşamaq üçün Rusiyaya gedən qardaşı X2 2017-ci ildən onlarla birlikdə yaşamağa başlayandan sonra problemlər yaşamağa başlamışlar. Kommunal xərclərin ödənilməsi, qardaşınagörə birbiriləri ilə yola getməmələri və s səbəblərdən tez-tez mübahisələri olduğundan hazırda Sahil qəsəbəsində qızı və nəvəsi ilə kirayənişin yaşamalı olur, bu da maddi imkanı xaricinndədir.Qardaşına görə cavabdehlə əvəllər müxtəlif məhkəmə mübahisələri olmuş, o cümlədən, mənzilin real bölgüsü ilə bağlı müraciəti olmuşdur.Qaradağ rayon Məhkəməsinin 2(002)-47/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə mənzilin real bölgüsü mümükün olmadığından iddia təmin olunmamışdır.Bir-biriləri ilə yola getmədiyindən münahisəli mənzillə bağlı qarşılıqlı razılığa gələ bilmirlər. Həmçinin cavabdeh məznilin satılıb əldə olunacaq pul vəsaitinin bölünməsinə razılıq vermir.Odur ki, məhkəməyə müraciət etməli olmuşdur.Mübahisəli mənzillə bağlı cavabdehlə razılığa gələ bilmədiyindən mənzilin real bölgüsü ilə bağlı qanunvericiliyin tələblərinə əsasən məhkəməyə müraciət etmiş, lakin mənzilin real bölgsü mümükün olmadığından iddiası rədd edilmişdi Hazırda maddi imkansızlıq səbəbindən öz payının dəyərini digər tərəfə təklif etmək iqtidarında deyil və bu səbəbdən mənzilin hərrac yolu iləsatılaraq əldə edilmiş vəsait tərəflər arasında bərabər bölünməlidir.Qanunvericiliyin tələbinə görə tərəflər arasında razılaşma olmadıqda məhkəmə əmlakın açıq hərracda satılması barədə qərar qəbul edə bilıər. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək, öz izahatında hazırki mülki iş üzrə ekspert rəy ilə razı olduqlarını, evə dair payın naturada ayrılması mümkün olmadığından, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Abdullovnaya məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X2 və X5 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyə əsasən işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclasında iddiaçı cavabdehə şifahi qaydada paylı mülkiyyətin satın alınmasını təklif etsə də, cavabdehin maddi imkanı olmadığından təklifi qəbul etməmiş, iddianın təmin edilməsinə etiraz etməmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri aşadıraraq, hesab edir ki, iddia tələbi təmin eidlməlidir. Əsaslandırıcı hissə: İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş sənədlər: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xdimətinin Seriya RX № ******* nömrəli Çıxarışın məzmunundan aydın olur ki, Bakı şəhəri,Qaradağ rayonu,Sahil qəsəbəsi, Entuziast küçəsi 4 saylı evin 2 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında 1/2 hissədə Cavabdeh Abdullovnana və 1/2 hissədə İddiaçına mənsubdur və bu hüququ Cavabdeh Abdullovnanun adına xx.xx.2012-cı il və İddiaçı adına xx.xx.2012-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/6782-9/7494 nömrəli ekspert rəyinin məzmunundan aydın olur ki, tədqiqi olunana fərdi yaşayış evinin(Bakı şəhəri,Qaradağ rayonu,Sahil qəsəbəsi, Entuziast küçəsi 4 saylı evin 2 saylı mənzilin) ümumi sahəsinin 68,8 kv metr təşkil etdiyini nəzərə alaraq həmin evi hazırki orta bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 63000 manat( 68,8 kv.metrx916), ayrı payların ½ hissə-34,4 kv.m təşkil etdiyini nəzərə alaraq həmin payların hazırkı orta bazar qiymətlərinə uyğun olaraq ümui dəyəri təqribən 31500 manat(34,4 kv.mx 916) məbləğində müəyyən edilir. Rəyin tədqiqat hissəində göstərliənləri nəzərə alaraq, 10% azalma əmsalı tətbiq etməklə həmin yaşayış evinin hazırki orta bazar qiymətlərinə uyğun likvid dəyəri təqribən (63000-10%)56700 manat məbləğində müəyyən edilir. Aparılmış tədqiatın dəyəri 50 manat təşkil edir. Qaradağ rayon Məhkəməsinin 2(002)-47/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh Abdullovnaya qarşı paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi tələbi barədə iddiası əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Tətbiq edilən hüquq normaları: Məhkəmə mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin məcəllənin 220.6-cı maddəsinə əsasən, bu məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmənin mövqeyi: İşin mübahisəsiz hallarından görünür ki, mübahisə predmeti olan əmlak ümumi paylı mülkiyyət hüququ əsasında 1/2 hissədə pay hüququ ilə cavabdehə, 1/2 hissədə pay hüququ ilə iddiaçıya məxsusdur.Ümumi paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsinin mümkün olmaması halı da işin mübahisəsiz halarına daxildir. İşin mübahisəli halı isə ondan ibarətdir ki, iddiaçı paylı mülkiyyətdə olan mənzilin hərracda satılaraq əldə olunmuş vəsaitinin ½ hissəini (payına mütənasib olaraq) ona verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, Qaradağ rayon Məhkəməsinin 2(002)-47/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsində də göründüyü kimi, mübahisə predmetinin tərəflər arasında naturada bölgüsü mümükün olmadığından və iddiaçı tərəfindən cavabdehə öz payının satın alınmasına dair məhkəmə iclasında təklifi də cavabsız qaldığından hazırki mülki iş üzrə mübahisənin məhkəmədə kənar həlli imkanı itirildiyi üçün ümumi mülkiyyətdə olan əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların payına uyğun surətdə bölüşdürlməsi yolu ilə mübahisə həll edilməlidir. Məhkəmə Mülki Məcəllənin 220.3- 220.4-cü maddəsinin tələbinə əməl olunması halını və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/6782-9/7494 nömrəli ekspert rəyi nəzərə alınaraq, hesab edir ki, iddia tələbi təmin edilməli,ümumi paylı mülkiyyətdə olan əmlak açıq hərracdan satılmalı, paylı mülkiyyətçilərin payına uyğun surətdə əmlakın satışından əldə edilmiş pul vəsaitinin 1/2 hissəsi Cavabdeh Abdullovnaya və 1/2 hissəsi İddiaçı aid edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllənin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, tərəflərin ümumi paylı mülkiyyətində olan Bakı şəhəri,Qaradağ rayonu,Sahil qəsəbəsi, Entuziast küçəsi 4 saylı evin 2 saylı mənzil açıq hərracdan satılmalı, həmin mənzilin satışından əldə olunan pul vəsaiti paylı mülkiyyətçilərin payına mütənasib, yəni 1/2 (ikidə bir) hissədə Cavabdeh Abdullovnaya, 1/2 (ikidə bir) hissədə İddiaçı verilməli, Bakı şəhəri,Qaradağ rayonu,Sahil qəsəbəsi, Entuziast küçəsi 4 saylı evin 2 saylı mənzilin ilkin satış qiyməti 56700 manat müəyyən olunmalı, iş üzrə aparılmış məhkəmə əmtəəşünaslıq ekspertizasının dəyəri olan 50 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Ümumi paylı mülkiyyətdə olan Bakı şəhəri,Qaradağ rayonu,Sahil qəsəbəsi, Entuziast küçəsi 4 saylı evin 2 saylı mənzil açıq hərracdan satılsın, mənzilin satışından əldə olunan pul vəsaiti paylı mülkiyyətçilərin payına mütənasib, yəni 1/2 (ikidə bir) hissədə Cavabdeh Abdullovnaya, 1/2 (ikidə bir) hissədə İddiaçı verilsin. Ümumi paylı mülkiyyətdə olan Bakı şəhəri,Qaradağ rayonu,Sahil qəsəbəsi, Entuziast küçəsi 4 saylı evin 2 saylı mənzilin ilkin satış qiyməti 56700(əlli altı min yeddi yüz) manat müəyyən olunsun. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilsin. İş üzrə aparılmış məhkəmə əmtəəşünaslıq ekspertizasının dəyəri olan 50 manat məbləğində pul vəsaiti Cavabdeh Abdullovnadan tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə elektron kabinet vasitəsi ilə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-106/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-106/2023
29.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver