Məhkəmə qərarları › İş №2(002)-1066/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1066/2024

13.02.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1066/2024 13.02.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X2 iclas katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs1 və Bakı 3 saylı Mediasiya Təşkilatına qarşı “barışıq sazişinin təsdiqi”nə dair ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair işlər üzrə icraat qaydasında bаxаrаq məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs1 və Bakı 3 saylı Mediasiya Təşkilatına qarşı “barışıq sazişinin təsdiqi”nə dair ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən, Maraqlı şəxs1 ilə Ərizəçi arasında xx.xx.2014-cü ildə anadan olmuş X1 üçün hər ay 200 manat sabit pul məbləğində aliment tutulması üçün xx.xx.2023-cü il tarixli MŞB/3/2023-00968 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o Bakı 3 saylı Mediasiya Təşkilatına müraciət edərək, birgə yaşayış dövründə dünyaya gəlmiş xx.xx.2014-cü ildə anadan olmuş X3, ikinci tərəfdən hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulması ilə bağlı müraciət etmişdir. Hazırki iş üzrə Maraqlı şəxs1 ilə aramızda xx.xx.2014-cü ildə anadan olmuş X1 üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulması üçün xx.xx.2023-cü il tarixdə MŞB/3/2023-00968 nömrəli barışıq sazişi bağlanılmışdır. xx.xx.2023-ci il tarixində MŞB/3/2023- 00968 nömrəli barışıq sazişinin bağlanılmasına dair sazişinin şərtlərində alimentin hər ayın 1-10-u tarixləri arasında 200 (iki yüz ) manat məbləğin Maraqlı şəxs1, Ərizəçi kart hesabına (**********120827) ödənilməsinə dair razılığa gəldilər. Lakin cavabdeh Maraqlı şəxs1 barışıq sazişi imzalandığı gündən bu günə qədər artırılmış alimenti ödəməyib. Barışıq sazişinin şərtlərinə əməl etməmişdir. Ərizəçi məhkəməyə dəqiqləşdirmə ərizəsi ünvanlayaraq iddia ərizəsində texiniki xəta baş verdiyini və iddia ərizəsində olan beşinci abzasın səhvliklə orada qeyd olunduğunu bildirərək onun nəzərə alınmamasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahat verərək bildirdi ki, cavabdehin 154 manat aliment ödədiyini və hal-hazırda 200 manat ödənilməsi ilə bağlı razılıq əldə etdiklərini bildirmişdir. Odur ki, həmin barışıq sazişinin icrasını təmin etmək məqsədilə hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir və barışıq sazişinin şərtlərinin təsdiq edilərək icra vərəqinin verilməsini xahiş edir. Maraqlı şəxslərə məhkəmə baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Eləcə də “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Ərizəçi və Maraqlı şəxs1 arasında 26 sentyabr 2023-cü il tarixdə mediasiya prosesi nəticəsində bağlanılmış Barışıq Sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə razılığa gəlmişlər: 1 Birinci tərəf Ərizəçi və İkinci tərəf Maraqlı şəxs1 birgə nikahdan doğulmuş xx.xx.2014cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs1 tərəfindən hər ayın 1-10-u tarixləri arasında 200 (iki yüz) manat məbləğində alimentin Ərizəçi 4169 7414 7612 0827 nömrəli kart hesabına ödənilməsinə dair razılığa gəlirlər. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Ərizəçi və Maraqlı şəxs1 birgə nikahından bir uşaq xx.xx.2014-cü il təvəllüdlü X4 hazırda yetkinlik yaşına çatmamışdır. Ərizəçi və Maraqlı şəxs1 arasında 26 sentyabr 2023-cü il tarixdə keçirilmiş mediasiya prosesi nəticəsində onlar arasında alimentin təyin edilməsi ilə bağlı barışıq sazişi imzalanmış, daha sonra, barışıq sazişinin könüllü icra edilmədiyinə istinad edən Ərizəçi barışıq sazişinin məcburi icrası üçün həmin sazişin təsdiq edilməsi barədə ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, tərəflərin arasında bağlanılmış barışıq sazişi ilə alimentlə bağlı məsələlər qarşılıqlı razılıq əsasında həll edilmişdir. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Qeyd edilməlidir ki, sazişin şərtləri sazişi bağlayan tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün tərəflərdən birindən digərinin xeyrinə aliment tutulması ilə bağlıdır ki, bu şərtlər tamamilə qanuna uyğundur, üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Bu baxımdan məhkəmə uşağın mənafeyini əsas götürərək, mülki prosessual və mediasiya haqqında qanunvericiliyin müddəalarını nəzərə alaraq, barışıq sazişinin təsdiq edilməsi nəticəsinə gəlir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ərizə təmin edilməli, Bakı 3 saylı Mediasiya təşkilatında xx.xx.2023-cü il tarixdə bağlanmış “Barşıq sazişi” təsdiq edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs1 arasında Bakı 3 saylı Mediasiya təşkilatında mediasiya prosesinin nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli “Barşıq Sazişi” aşağıdakı şərtlərlə təsdiq edilsin: “Birinci tərəf Ərizəçi və İkinci tərəf Maraqlı şəxs1 birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs1 tərəfindən hər ayın 1- 10-u tarixləri arasında 200 (iki yüz) manat məbləğində alimentin Ərizəçi 4169 7414 7612 0827 nömrəli kart hesabına ödənilməsinə dair razılığa gəlirlər.” Alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə, elektron qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar