Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1093/2024 29.03.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə МÜƏYYƏNЕТDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci ildə Bakı şəhərində anadan olmuş oğlu X5 01 yanvar 2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. . Məhkəmə baxışı zamanı Ərizəçi ərizəsinə uyğun izahat verərək bildirdi ki, X10 onun oğludur. X10 xx.xx.2011-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. X5 2023-cü il 31 dekabrdan 2024-cü il 01 yanvara keçən gecə vəziyyəti ağırlaşmış, təcili yardım çağırmışlar, həkim gələnə kimi artıq oğlu ölmüşdür. Həkim onun ürəktutmadan öldüyünü bildirmişdir. Polisə də məlumat verilmiş, polis hadisə yerinə gəlmişdir. X7 Cəlilabad rayonunun Cəngan kənd qəbirstanlığında dəfn etmişlər. Həmin vaxtı ölüm haqqında şəhadətnamə almamışlar. Belə ki, həmin vaxt başları dəfn mərasiminə qarışdığı üçün bu barədə lazımi orqana müraciət etməmişlər. Sonradan bu barədə poliklinikaya müraciət etsə də, ona ölum şəhadətnaməsi almaq üçün tibbi şəhadətnamə verilməmişdir. Hazırda oğlunun müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi ona məktəbə təqdim etmək məqsədilə ölüm haqqında şəhadətnamə almaq üçün lazımdır. Qeyd olunanlara əsasən o, ərizə ilə məhkəməyə müraciət etmişdir və hazırda məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq, işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X13 ifadə verərək bildirdi ki, ərizəçi onun həm əmisi, həm də qonşusudur. xx.xx.2024-cü il tarixdə əmisi oğlu olan mərhumun vəziyyəti ağırlaşmış və həkim gələnə qədər vəfat etmişdir, həkim öldüyünü təsdiq etmişdir. Daha sonra polis əməkdaşları da gəlmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X2 ifadə verərək bildirdi ki, o, ərizəçinin həm qonşusu, həm də uzaq qohumudur. xx.xx.2024-cü il tarixdə əmisi oğlu olan mərhumun vəziyyəti ağırlaşmış və həkim gələnə qədər vəfat etmişdir, həkim öldüyünü təsdiq etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, izahatları və şahidlərin ifadələrini dinləyib, təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə ərizə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası “X11 İdarəetmə Birliyi” X17 “Bakı Baş Səhiyyə Mərkəzi” X17 41 nömrəli Şəhər Polilinikasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2011-ci il tarixdə doğulmuş və xx.xx.2024-cü il tarixdə vəfat etmiş X10 xx.xx.2023-cü il tarixdə 41 nömrəli Şəhər Poliklinikasının sahə həkimi pediatr X6 tərəfindən qeydiyyata götürülmüş, qeydiyyata alınan zaman uşağın tibbi kartasında dispanser qeydiyyatı haqqında heç bir məlumat olmamışdır, uşaq praktiki sağlam olaraq qeydiyyatda olmuşdur. Əvvəllər xəstəliklə bağlı heç bir qeyd yoxdur. Bu səbəbdən, ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı, 686843 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X3 xx.xx.2011-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında Cəlilabad rayon İHB-nın Cəngan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 16 nömrəsi ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra arvada “Nəzərova” soyadı verilmişdir. İş materiallarında olan AZ-İİİ seriyalı, 369990 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2011-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Nəzərli Yavuzun atası Ərizəçi, atası X1r. İş materiallarında olan Bakı şəhər X4 Yardım Stansiyasının 15 saylı bölməsi tərəfindən Qaradağ rayon Prokurorluğuna ünvanlanmış 2 saylı sorğuya cavabdan görünür ki, X5 adına xx.xx.2024-cü il tarixdə çağırış daxil olmuş, çağırışı 15 saylı bölmənin həkimi Quliyev Səbuhi yerinə yetirmiş, X5 vəfat etməsini qeyd etmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon Prokurorluğu tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X5 xx.xx.2024-cü il tarixdə yaşadığı Qaradağ rayonu Puta qəsəbəsində ölməsi ilə bağlı Qaradağ rayon prokurorluğunda araşdırma aparılmamışdır. İş materiallarından olan Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının Puta qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Ərizəçi ünvan 3 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən, ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Həmin Məcəllənin 194.2-ci maddəsinə əsasən, ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. İş üzrə sübutlara hüquqi qiymət verərək məhkəmə müəyyən edir ki, təqdim olunmuş sübutlarla ərizəçinin oğlu xx.xx.2011-ci ildə doğulmuş X5 01 yanvar 2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarının 9-cu bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.2011-ci ildə Bakı şəhərində anadan olmuş X5 01 yanvar 2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-1093/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1093/2024
29.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver