Məhkəmə qərarları › İş №2(002)-11/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-11/2025

10.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-11/2025 10.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, Babayeva Nərmin Sahib qızının katibliyi, İddiaçı, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X13 qarşı (X15 müstəqil tələb irəli sürməyən şəxs qismində cəlb edilmişdir) paylı mülkiyyətdə olan əmlakın ayrılması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi İşin halları

1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 8 saylı notariat ofisi tərəfindən verilmiş, xx.xx.2017-ci il tarixli 2V-1-148 №-li Qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən, xx.xx.2016-ci il tarixdə vəfat etmiş X3 vərəsələri: İddiaçı 2/14 hissə, X21 2/14 hissə, Cavabdeh1 2/14 hissə və X16 2/14 hissə. Şəhadətnamə verilən miras əmlak: ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli real vaxt rejimində sorğu əsasında alınmış yüklülüyün olmaması barədə arayışa və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in verdiyi RX ******* seriyalı, **********83-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixdə 386 nömrəli reyestr kitabının 36158 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0.08954 ha torpaq sahəsi və üzərindəki ümumi sah: 226.2 kv.metr fərdi yaşayış evindən ibarətdir.

2. X16, İddiaçı ilə X21 arasında Bakı şəhəri 8 saylı Notariat kontorunda bağlanmış, xx.xx.2017-ci il tarixli vərəsəlik payının bağışlanması müqaviləsinə əsasən, X16 və İddiaçı xx.xx.2016-cı il tarixdə vəfat etmiş atası X1 miras qalmış xx.xx.2017-ci il tarixli 2V-142 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli real vaxt rejimində sorğu əsasında alınmış yüklülüyün olmaması barədə arayışa və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in verdiyi RX ******* seriyalı, **********83-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixdə 386 nömrəli reyestr kitabının 36158 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən 0.08954 ha torpaq sahəsi və üzərindəki ümumi sah: 226.2 kv. metr fərdi yaşayış evindən hər birinə məxsus 2/14 hissə payını X17 verdilər. Pay verilən tərəf X21 payı qəbul etdi.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 8 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 2V-1-143 №-li Qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən, xx.xx.2010-ci il tarixdə vəfat etmiş X4 vərəsələri: Cavabdeh3 2/14 hissə. Şəhadətnamə verilən miras əmlak vərəsəliyi qəbul etmiş, lakin öz vərəsəlik hüquqlarını rəsmiləşdirmədən vəfat etmiş X8 məxsus olmuş ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli real vaxt rejimində sorğu əsasında alınmış yüklülüyün olmaması barədə arayışa və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in verdiyi RX ******* seriyalı, **********83-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixdə 386 nömrəli reyestr kitabının 36158 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0.08954 ha torpaq sahəsi və üzərindəki ümumi sah: 226.2 kv.metr fərdi yaşayış evindən ibarətdir.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 8 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 2V-1-144 №-li Qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən, xx.xx.2009-ci il tarixdə vəfat etmiş X9 vərəsələri: X18 1/14 hissə, Cavabdeh5 1/14 hissə. Şəhadətnamə verilən miras əmlak vərəsəliyi qəbul etmiş, lakin öz vərəsəlik hüquqlarını rəsmiləşdirmədən vəfat etmiş X9 xx.xx.2016-cı il tarixdə vəfat etmiş atası X10 məxsus olmuş ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli real vaxt rejimində sorğu əsasında alınmış yüklülüyün olmaması barədə arayışa və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in verdiyi RX ******* seriyalı, **********83-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixdə 386 nömrəli reyestr kitabının 36158 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0.08954 ha torpaq sahəsi və üzərindəki ümumi sah: 226.2 kv.metr fərdi yaşayış evindən ibarətdir.

5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Ərazi İdarəsinin **********83-10301 nömrəli xx.xx.2017-ci il tarixli Texniki Pasportdan görünür ki, ünvan 1-in ümumi sahəsi 226.2 kv.metrdir. Bağlı eyvan-39.2 kv.m, anbar-15 kv.m, anbar-24.5 kv.m, anbar-18.2 kv.m, anbar-15.8 kv.m, bağlı eyvan-39.6 kv.m, mətbəx-15 kv.m, yaşayış otağı-24.5 kv.m, yaşayış otağı-18.2 kv.m, yaşayış otağı-15.8 kv.m və açıq eyvan 17.6 kv.m-dir.

6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li çıxarışa əsasən, ümumi sahəsi 226.20 m2 olan ünvan 1 xüsusi mülkiyyət formasında X14 adına 6/14 hissədə ********** nömrə ilə xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. Cavabdeh1 adına 2/14 hissədə, Cavabdeh3 adına 2/14 hissədə, X5 adına 1/14 hissədə, Cavabdeh5 adına 1/14 hissədə, X3 adına isə 2/14 hissədə (açıq qalır) müəyyən olunmuşdur.

7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li çıxarışa əsasən, ümumi sahəsi 226.20 m2 olan ünvan 1 xüsusi mülkiyyət formasında X14 adına 6/14 hissədə ********** nömrə ilə xx.xx.2017-ci il və Cavabdeh2 adına 2/14 hissədə ********** nömrə ilə xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. Cavabdeh1 adına 2/14 hissədə, Cavabdeh3 adına 2/14 hissədə, X5 adına 1/14 hissədə, Cavabdeh5 adına 1/14 hissədə müəyyən olunmuşdur.

8. X21 ilə İddiaçı arasında notariat qaydasında təsdiqlənmiş xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, X21 ünvan 1 ünvanında yerləşən 226.2 kv.m. olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə on(lar)a məxsus hissədən aşağıda göstərilən hissəni (hissələri) İddiaçı mülkiyyətinə verir: X21 (6/14) hissə paydakı 226.2 kv.metr fərdi yaşayış evindən ona məxsus payı)-İddiaçı verilmişdir.

9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, ümumi sahəsi 226.20 m2 olan ünvan 1 xüsusi mülkiyyət formasında İddiaçı adına 6/14 hissədə ********** nömrə ilə xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Cavabdeh1 adına 2/14 hissə və 0.01376 ha torpaq sahəsi, Cavabdeh3 adına 2/14 hissə və 0.01376 ha torpaq sahəsi, X5 adına 1/14 hissə və 0.00688 ha torpaq sahəsi, Cavabdeh5 adına 1/14 hissə və 0.00688 ha torpaq sahəsi, Cavabdeh2 adına 2/14 hissə və 0.01376 ha torpaq sahəsinə aid hissələrdə paylar müəyyən olunmuşdur.

10. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 3-21-3-30/2-7371/2025 nömrəli xx.xx.2025-ci il tarixli məktubuna əsasən, İddiaçı adına ünvan 2 fərdi yaşayış evinin 6/14 hissəsi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İddia tələbi

11. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X13 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 2 evin və evin yerləşdiyi 0.0550 ha. torpaq sahəsinin vərəsələr arasında naturada ayrılması (real bölgüsü) barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İşin məhkəmədə baxılmağa hazırlanması mərhələsində İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 4-cü massiv, 1003-cü keçid, 15 saylı evin və evin yerləşdiyi 0.0550 ha torpaq sahəsinin paylı mülkiyyətçilər arasında naturada ayrılması (real bölgüsü) barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Bununla yanaşı, xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddiaçı ərizə yazaraq, ünvan 1 ünvanında yerləşən əmlakdan ona məxsus payın dəyərinin kompensasiya yolu ilə cavabdehlərdən tutularaq ona ödənilməsi yolu ilə paylı mülkiyyətdən payının ayrılmasını xahiş etmişdir.

14. İddia ərizəsi belə əsaslandırılmışdır ki, mübahisəli ev və evin yerləşdiyi torpaq sahəsi 6/14 hissədə ona, 2/14 hissədə X19, 2/14 hissədə Cavabdeh3, 1/14 hissədə X11, 1/14 hissədə Cavabdeh5, 2/14 hissədə Cavabdeh2 məxsusdur. Bu barədə onlara xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmiş çıxarış vardır, heç cür razılığa gələ bilmirlər. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

15. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1, 220.2, 220.3-ci maddələrinə, istinad etmişdir.

16. İddia tələbinə etiraz və qarşılıqlı iddia ərizəsi verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

17. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, paylı mülkiyyətçilər arasında daşınmaz əmlakın bölünməsini istəyir, naturada bölgü olmadığı halda isə kompensasiyaya razıdır, cavabdehlərin imkanı yaxşıdır və mübahisəli evdə yaşamırlar, hazırda sözügedən evdə X20 və sonuncunun uşaqları yaşayır. X20 həmin mülkdə payı yoxdur, öz vərəsə payından vaxtilə imtina edib, hazırda isə onu evdə yaşamağa məhz bacısı Təranə Məmmədova qoymur. Mübahisəli evi 1987-ci ildə özü tikmişdir, 2012-ci ildən isə həmin evdə yaşamır. Bacısı və bacısının oğlu onu təhqir edib qovublar. Evin və torpağın paylı mülkiyyətdə olması ilə bağlı sənədi xx.xx.2022-ci ildə özü almışdır. Cavabdehlərdən Sücayət və Vaqif qardaşı, Əsmər bacısı qızı, Ayşən və Aytən isə qardaşı İxtiyarın qızlarıdır. Ayşən və Aytən xarici ölkədə yaşayırlar. X26 X20 mübahisəli evə yaşamasını istəmiş və icazə vermişdir ki, gedib orada yaşasın. Sözügedən evi o 1987-ci ildə tikmişdir, 27 il evdə yaşamışdır. 2012-ci ildən həmin evdə yaşamır, atası vəfat etdikdən sonra 2016-cı ildən bacısı Təranə evdə yaşayır, cavabdehlərin vərəsəlik payları var, amma paylarını götürmürlər. Təranənin evdə onunla bir yerdə yaşamasına etiraz etmir amma Təranə onunla bir evdə yaşayacaqsa evin giriş-çıxışı da ayrı olacaq. Evin naturada bölgüsü mümkün deyilsə, kompensasiya almağa razıdır. Paylı mülkiyyətçilər arasında naturada bölünməsini istəyir. Əvvəl atası Həbib Musayevin adına olan 4/16 hissə qardaşı Fikrət Musayevə keçmişdir. Əvvəlki dövlət reyestrindən xx.xx.2017-ci il qeydiyyat tarixli çıxarışda atasının adına idi. Vərəsəlik açılarkən o və bacısı Təranə paylarından imtina etmişdilər. Sonra Fikrət öz payını ona bağışlamışdır, bu barədə notarial müqavilə bağlamışlar. Hazırda qüvvədə olan Çıxarışı da həmin sənədlər əsasında almışdır. Miras payımdan 2/14 hissəni ilk dəfə qardaşı Fikrətə vermişdi, sonra o, həmin hissəni ona geri qaytardı, ona bağışladı, Fikrət vəfat edib, hazırda mirasdan 6/14 hissə onundur, ona atasından 6/14 miras payı qalmışdı, 5,5 sot torpaq üzərində ev tikilib, torpaq sahəsinin ərazisi 4,5 sot idi, 1987-ci ildə evə köçümüşlər, atası qardaşı Fikrət üçün ev tikdi, ona əlavə olaraq 4 sot torpaq sahəsi verildi, sonra onların torpaq sahəsinin ərazisi genişlənərək 5,5 sot oldu, 5,5 sot ərazi 7 paya bölündü, qardaşı Səxavət 2/14 payını ona bağışladı, evə dair paydan ons nə düşərsə o qədər pay verilsin, ya da ev hərraca çıxarılsın, ondan sonra həmin paydan kimə nə qədər hissə verəcək, özü bilər. Bacısı Təranə üçün ev tikilmişdi, həmin evi 85000 manata satıb, indi onu ata evinə buraxmır. Payına düşən hissənin kompensasiya şəklində veriləcəyi halda payının ayrılmasına razıdır. Təranənin orada payı yoxdur, lakin evdə yaşayır. Ev satılsın, əldə edilən gəlir tərəflər arasında bölünsün. Cavabdehlər ona kompensasiya ödəmək istəmirlər, lakin qardaşı Sücayətin kompensasiya ödəmək üçün maddi imkanı var. İddiaçı göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

18. İddiaçının vəkili və nümayəndəsi Vəkil1 işin məhkəməyə hazırlanması mərhələsində iddia tələbini müdafiə edərək bildirdi ki, tələb Mülki Məcəllənin 215-220-ci maddələrinə əsasən təmin edilməlidir. Hazırda cavabdehlər evdə yaşamırlar, payı olmayan şəxs yaşayır. İddiaçının daşınmaz əmlak üzərində payı 4/16 hissədir, bu iş materiallarına əlavə edilən Çıxarışla təsdiq olunur. İddiaçı bacısı ilə həmin evdə yaşamağa razıdır, ev üçün ayrıca giriş-çıxış qoyula bilər, buna texniki imkan vardır. Evin iki çıxarışı olub, ilk çıxarış 2017-ci ildə verilib, ikinci çıxarış isə 2022-ci ildə verilib, 2017-ci ildə verilən çıxarış qüvvədən düşüb. İddiaçı ev və torpaq sahəsindən payının ayrılmasını istəyir, ya da evin hərracda satılaraq payının ona ödənilməsini istəyir.

19. Cavabdeh1 işin məhkəməyə hazırlanması mərhələsində bildirdi ki, iddiaçı qardaşıdır, atası vəfat edəndən sonra torpaq sahəsinin bölünməsi məsələsi oldu, Fikrət Təranədən çıxarış almaq üçün torpaq sahəsindən pay istədi, Təranə də ona toraq sahəsindən pay verdi, evin sahəsindən pay vermədi, sonra məlum oldu ki, Təranənin miras əmlakda payı yoxdur, Fikrət vəfat edib, onun uşaqlarının mirasda payı var, Təranə illərdir mübahisəli evdə yaşayır, valideynlərinə, bacısı qızına baxıb, qızı evləndirdi, toyunu elədi, əslində Təranənin evdə payı var, onlar öz aralarında razılaşmışdı ki, ev satılmayacaq, satılsa belə evi satan şəxs digər vərəsələrə kompensasiya ödəyəcək. Kompensasiyada iddiaçı ilə razılıq əldə olunmayıb. Ekspertiza rəyində göstərilən miqdarda kompensasiya ödəmək imkanı yoxdur. Cavabdeh1 xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasında yazılı ərizə təqdim edərək ümumi mülkiyyətdə iddiaçının payının dəyərini kompensasiya şəklində ödəyə bilmədiyini və əmlakın açıq hərracda satılmasına etirazının olmadığını bildirdi.

20. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X13 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

21. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X16 işin məhkəməyə hazırlanması mərhələsində iddia tələbini qəbul etməyərək bildirdi ki,, evdə onun da payı vardı, qardaşı Fikrət ondan evə dair sənədləri düzəltmək üçün payını istədi, sonra həmin payı qaytaracağını bildirdi, o da ona etibar edərək payını ona verdi. İddiaçıya pay verməmişdir, ancaq Fikrət onu aldatdı, payını geri qaytarmadı, o da valideynlərinə, bacısı qızına baxdığına, himayəsində azyaşlı uşaqlar olduğuna görə başı qarışıq idi, ona görə də payı ilə maraqlana bilmədi, həmin payı iddiaçıya bağışlayıb. O, mübahisəli mənzildə illərdir yaşayır, evdə də qeydiyyatdadır, bacısı qızının toyunu da o eləmiş, digər cavabdehlər Ayşən, Aytən, Əsmər öz paylarını ona verməyə razıdır, ancaq onlar xaricdə yaşayırlar. Fikrətin arvadı və uşağı həyətdəki evdə yaşayır. Bacısı valideynlərindən öncə vəfat edib, buna görə də, valideynləri ona dedilər ki, evə köç, bacının qızına bax. O da həmin evə köçüb vəfat edən bacısının qızına baxdı. İllərdir həmin evdə yaşayır. Şücaət hazırda xəstəxanadadır, Əsmər öz payını satmaq istəmir. Fikrət vəfat edib. Onunda digər tərəflər evdə payı var.

22. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin vəkili və nümayəndəsi Vəkil2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, Təranə öz payından imtina edib, qardaşı onu aldaraq payını alıb və geri qaytarmayıb. Təranə xanımın da başı qarışıq olduğuna görə bu məsələ ilə maraqlana bilməyib, bu səbəbdən payını geri ala bilməyib. Cavabdehlərdən bir neçəsi öz payından Təranə xanımın xeyrinə imtina etməyə razıdır. Məhkəmənin mövqeyi: a) Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2.Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6. Bu məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. 223.4. Ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

25. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarı:

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. .....Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Qeyd etmək lazımdır ki, bu qayda yalnız Mülki Məcəllənin 220.3-cü maddəsinə müvafiq olaraq payın naturada ayrılması tələbi irəli sürüldüyü halda tətbiq oluna bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil..... Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil.

b) Əsaslandırma

26. İddia əsaslıdır.

27. İşin mübahisəsiz halları bundan ibarətdir ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 226.2 m2 olan fərdi yaşayış evi və torpaq sahəsi tərəflərin birgə mülkiyyətində olan əmlakdır və tərəflərin həmin mənzilə mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmışdır. İddiaçının tələbi əmlak üzərində payının ayrılmasından ibarətdir.

28. Məhkəmə qeyd edir ki, bölünməli əmlakın dairəsi fərdi yaşayış evi və torpaq sahəsindən ibarətdir. Tərəflər arasında başqa aktiv və ya passivlərə dair mübahisə yoxdur.

29. Məhkəmə qeyd edir ki, iddiaçı mübahisəli əmlak üzərində mülkiyyət hüququnu realizə edə bilmədiyini, mübahisəli mənzildə yaşamasına şərait yaradılmadığını bildirərək ümumi əşyadakı payının ayrılmasını xahiş etmişdir.

30. Mülki Məcəllənin 223.4-cü maddəsinin tələbinə əsasən, birgə mülkiyyətdə olan ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Odur ki, məhkəmə tərəfindən bu istiqamətində araşdırma aparılmış, müvafiq ekspertiza təyin edilmişdir.

31. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/1646 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Qəraradadın 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci sualları üzrə, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinin mülk iş materiallarında olan **********67-10301 reyestr nömrəli çıxarış sənədində qeyd olunan paylar üzrə (6 hissəyə) naturada bölünməsinin İnşaat Norma və Qaydaları 2.08.01.89* un 1.1, 2.2, 2.4., bəndlərində və Məhkəmə Tikinti-X7 Metodlarında göstərilənlərə əsasən texniki cəhətdən mümkün olmadığı müəyyən olunur.

32. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 10/2200-9/2196 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Qəraradadın 1-ci sualı üzrə ünvan 2 fərdi yaşayış evinin yerləşdiyi 0.055 ha torpaq sahəsinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri 101000.0 manat məbləğində müəyyən olunmuşdur. Qərardadın 2-ci sualı üzrə ünvan 2 fərdi yaşayış evinə baxış keçirilməsi mümkün olmadığından (baxış zamanı, tərəflər fərdi yaşayış evinin mübahisə predmeti olmadığını bildirdilər və evi təqdim etmədilər) İddiaçı məxsus 6/14 hissənin dəyərinin müəyyən edilməsinə dair tədqiqat aparılmadı.

33. "xxxx" MMC tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli UNİ/M 01-079/2025 nömrəli ekspert rəyində göstərilmişdir ki, ekspert qarşısında qoyulan 1-ci sual üzrə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 4-cü massiv, 1003-cü keçid, 15 saylı fərdi yaşayış evinin mövcud vəziyyəti, yerləşdiyi ərazi, analoq obyektlərlə müqayisəli satışı, sahəsi, təmiri və s. xüsusiyyətlər nəzərə alınmaqla aparılmış hesablanmalara və təhlillərə əsasən orta bazar qiyməti 167000 manat təşkil edir. Ekspert qarşısında qoyulan 2-ci sual üzrə ünvan 2 fərdi yaşayış evinin İddiaçı məxsus 6/14 hissəsinin, (daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışına əsasən) orta bazar qiyməti 71600 manat təşkil edir.

34. Məhkəmə ekspert rəylərini işdə olan sənədlərlə birlikdə qiymətləndirərək onu mötəbər sübut kimi qəbul edir.

35. Göründüyü kimi, tərəflərin ümumi birgə mülkiyyətində olan ünvan 2 fərdi yaşayış evin və torpaq sahəsinin naturada ayrılması mümkün olmadığı və iddiaçının kompensasiyanın ödnilməsi ilə bağlı tələbi olduğundan, məhkəmə araşdırması zamanı mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi cavabdehlərə təklif olunmuşdur.

36. Məhkəmə iclasında iştirak edən cavabdeh Sücaət Musayev yazılı ərizə təqdim edərək ümumi mülkiyyətdə olan iddiaçının payının dəyərini kompensasiya şəklində ödəyə bilmədiyini və əmlakın açıq hərracda satılmasına etirazının olmadığını bildirmiş, əlavə olaraq, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X12 ölkə xaricində yaşadıqlarını və kompensasiya ödəməyəcəklərini bildirmişdir.

37. Mülki Məcəllənin 220.6-cı maddəsi və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarının tələblərinə əsasən məhkəmə bu qənaətə gəlir ki, cavabdehlərin kompensasiya vermək imkanı olmadığı və ya kompensasiya vermək istəmədiklərindən, eləcə də, iddiaçı məhkəmə iclaslarında verdiyi izahatlarında ümumi əmlakdakı payının açıq hərracdan satış yolu ilə realizə edilməsini tələb etdiyindən, tərəflərin ümumi birgə mülkiyyətinə olan əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxılmalıdır.

38. Beləliklə, məhkəmə hesab edir ki, ünvan 2 ünvanda yerləşən ümumi mülkiyyətdə olan əmlak açıq hərracda satılmaqla, satışdan əldə olunan vəsaitin tərəflərin payına mütənasib surətdə bölünməsi işin hallarına və Mülki Məcəllənin 220-ci maddəsinin tələblərinə uyğun olacaqdır.

Məhkəmə xərcləri

39. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0-cı maddəsinə görə, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

40. MPM-in 107 və 119.2-ci maddələrinin tələblərini nəzərə alaraq, məhkəmə hesab edir ki, mülki iş üzrə Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən apardığı, xx.xx.2023-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli ekspertiza tədqiqatının dəyəri olan 210 manat məsrəf cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

41. Bununla yananşı, mülki iş üzrə "xxxx" MMC tərəfindən keçirilmiş xx.xx.2025-ci il tarixli ekspertiza tədqiqatının dəyəri olan 300 manat rüsum cavabdehlərdən tutularaq "xxxx" MMC-nin hesabına ödənilməldir.

Nəticə

42. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ünvan 2 ünvanda yerləşən əmlak açıq hərracdan satılmalı, satışdan əldə olunan pul vəsaiti paylı mülkiyyətçilərin paylarına mütənasib bölünməli, yəni 0.01376 ha torpaq sahəsi və 2/14 hissədə Cavabdeh1, 0.01376 ha torpaq sahəsi və 2/14 hissədə Cavabdeh3, 0.00688 ha torpaq sahəsi və 1/14 hissədə X11, 0.00688 ha torpaq sahəsi və 1/14 hissədə Cavabdeh5, 0.01376 ha torpaqs sahəsi və 2/14 hissədə Cavabdeh2 və 6/14 hissədə İddiaçı verilməlidir.

43. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

İddia təmin edilsin. ünvan 2 ünvanda yerləşən əmlak açıq hərracdan satılsın. Satışdan əldə olunan pul vəsaiti paylı mülkiyyətçilərin payına mütənasib bölünsün: yəni 0.01376 ha torpaq sahəsi və 2/14 hissədə Cavabdeh1, 0.01376 ha torpaq sahəsi və 2/14 hissədə Cavabdeh3, 0.00688 ha torpaq sahəsi və 1/14 hissədə X11, 0.00688 ha torpaq sahəsi və 1/14 hissədə Cavabdeh5, 0.01376 ha torpaq sahəsi və 2/14 hissədə Cavabdeh2 və 6/14 hissəyə münasibətdə İddiaçı verilsin. İş üzrə keçirilmiş 17 iyul 2023-cü il, 04 iyun 2024-cü il və 28 noyabr 2024-cü il tarixli ekspertiza tədqiqatlarının dəyəri olan, 210 manat məsrəf cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X6 tutularaq dövlət büdcəsinə (Büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3; X2, VÖEN **********; Müxbir hesab: AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; MEM VÖEN **********; Hesab AZ34CTRE********************) keçirilsin. İş üzrə keçirilmiş xx.xx.2025-ci il tarixli ekspertiza tədqiqatının ümumi dəyəri olan 300 manat məbləğində işə baxılması ilə əlaqədar məsrəf cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X6 tutularaq "xxxx" MMC-in hesabına (VÖEN: **********, Hesab № AZN: AZ77AHB400600C**********4218, Bank: "xxxx" ASC Bravo 3 filialı, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ013501**********1944, filialının kodu: 201296; SWİFT kod: AHBAZ2XXXX) ödənilsin. Qətnamədən tərəflərə rəsmi verildiyi gündən 1 (bir) ay müddətində, elektron məhkəmə informasiya sistemi və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar