Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-111/2025 11.06.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, İddiaçı, cavabdehlər ̇ ırİ" Şəhərlərı̇ n Bı̇ rləşmı̇ ş Su Təchı̇ zati Xı̇ dmətı̇ ” publı̇ k hüquqi şəxsinin və Qaradağ Rayon Sukanal İdarəsı̇ nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər ̇ ırİ" Şəhərlərı̇ n Bı̇ rləşmı̇ ş Su Təchı̇ zati Xı̇ dmətı̇ ” publı̇ k hüquqi şəxsinə və Qaradağ Rayon Sukanal İdarəsı̇ nə qarşı işə bərpa və ödənilməmiş məzuniyyət pulunun ödənilməsi tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər ̇ ırİ" Şəhərlərı̇ n Bı̇ rləşmı̇ ş Su Təchı̇ zati Xı̇ dmətı̇ ” publı̇ k hüquqi şəxsinə və Qaradağ Rayon Sukanal İdarəsı̇ nə qarşı işə bərpa və ödənilməmiş məzuniyyət pulunun ödənilməsi tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin üzərinə iddiaçının əvvəlki işinə bərpa olması və ödənilməmiş məzuniyyət pulunun ödənilməsi vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, o, xx.xx.2014-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Qaradağ Rayon Sukanal İdarəsı̇ ndə çilingər vəzifəsində işləmişdir. xx.xx.2024-cü il tarixdə məzuniyyətə çıxmaq istəmiş, bu barədə tərtib edilmiş ərizəni oxumadan imzalayaraq İdarəyə təqdim etmişdir. Ərizədəki imza həqiqətən özünə məxsusdur. Lakin sonradan sənədlər ona təqdim olunanda bilmişdir ki, ərizə işdən azad olunması barədə olmuş və bu qaydada Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz xahişi ilə işdən azad olunmuşdur. Bununla bağlı cavabdehə dəfələrlə müraciət etsə də, indiyə kimi işə bərpa olunmamış və 2019-2020-ci illər üzrə məzuniyyət pulu ona ödənilməmişdir. Bununla bağlı Mediasiya təşkilatına müraciət etmiş, cavabdeh Mediasiya təşkilatına dəvət olunsa da, nümayəndəsinin iştirakını təmin etməmişdir. Ona görə də sonradan məhkəməyə müraciət etməli olmuşdur. Hazırda məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zaman cavabdehlər ̇ ırİ" Şəhərlərı̇ n Bı̇ rləşmı̇ ş Su Təchı̇ zati Xı̇ dmətı̇ ” publı̇ k hüquqi şəxsinin və Qaradağ Rayon Sukanal İdarəsı̇ nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, cavabdehlər iddia tələbinə qəti etiraz edir. Belə ki, iddiaçı işlədiyi müddət ərzində dəfələrlə işyerində sərxoş vəziyyətdə olmuş, iş prosesində təhlükə yaratmış, bir neçə dəfə aparılan yoxlama zamanı da sərxoş vəziyyətdə olduğu aşkar edilmiş, hər dəfə müalicə olunacağını bildirmişdir. xx.xx.2024-cü il tarixdə cavabdeh özü səhhətində problemlərlə bağlı müalicəsi ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə ərizə ilə müraciət etmiş, bununla bağlı qanunamüvafiq qaydada işdən azad edilmiş, həmçinin iddiaçıya işlədiyi bütün illər üçün məzuniyyət pulları vaxtında ödənilmişdir. Ona görə də iddia tələbi tamamilə əsassızdır. Eyni zamanda, iddiaçı işə bərpa barədə əmri mübahisələndirmək üçün bir aylıq iddia müddətini, həmçinin 2019-2020-ci illər üzrə pul tələbi ilə bağlı bir illik iddia müddətini ötürmüşdür. Cavabdehlər adından iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, iddia müddəti ötürüldüyündən, iddia tələbinin rədd edilməsini xahiş edir. Qeyd olunanlara əsasən, iddianın rədd edilməsi barədə qənamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X1 ifadə verərək bildirdi ki, o, Qaradağ Rayon Sukanal İdarəsı̇ ndə kadrlar üzrə mütəxəssis vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə iddiaçı səhhəti ilə bağlı öz xahişi ilə işdən çıxmaq istədiyini bildirmiş, bu barədə ərizəni imzalayaraq təqdim etmiş, nəticədə öz razılığı ilə işdən azad olunmuş, işdən azad olunması ilə bağlı sənədlər ona rəsmi qaydada təqdim edilmiş, habelə son haqq-hesab vaxtında ödənilmişdir. İşlədiyi dövr ərzində iddiaçının tənbehləri olmuşdur. xx.xx.2024-cü il tarixdə iddiaçının səhhəti ilə bağlı işdən azad olunmaq istədiyinin və bu barədə ərizəsini təqdim etməyinin şəxsən şahidi olmuşdur. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Əmirov İzmir Vəkil oğlu ifadə verərək bildirdi ki, o, Qaradağ Rayon Sukanal İdarəsı̇ ndə baş mühəndis vəzifəsində işləyir. İddiaçı 2014cü ildən işləyir, iddiaçı spirtli içki aludəçisi olduğundan, daim iş prosesində problemlər yaratmışdır. xx.xx.2024-cü il tarixdə iddiaçı səhhətində problem olduğunu, səhhəti ilə bağlı işdən çıxmaq istədiyini bildirmiş, bu barədə öz razılığı ilə ərizə təqdim etmiş, nəticədə öz razılığı ilə işdən azad olunmuşdur. Ona qarşı hər hansı təzyiq və təsir olmamışdır. Məhkəmə, izahatları, şahidlərin ifadələrini dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan İT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü ildə Qaradağ Rayon Sukanal İdarəsı̇ ndə çilingər vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2024-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (işçinin öz təşəbbüsü ilə) xitam verilmişdir. İş materiallarında olan Bakı 3 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı hazırki əmək mübahisəsinə dair xx.xx.2024-cü il tarixdə mediasiyanın tətbiqi barədə təklif vermişdir. İş materiallarında olan "xxxx" ASC Qaradağ rayon Sukanal İdarəsi ilə İddiaçı arasında bağlanmış 180 saylı, xx.xx.2014-cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, Kazımov X2 rayon Sukanal İdarəsinin Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinə 4-cü dərəcə ilə qəza bərpa işləri üzrə çilingər vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin 9.1-ci bəndinə əsasən, əmək müqaviləsi Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74, 75-ci maddələrində nəzərdə tutulmuş əsaslarla və qaydalara ciddi əməl olunmaqla tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilər. İş materiallarında olan İddiaçı Qaradağ Rayon Sukanal İdarəsı̇ nə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizənin surətindən görünür ki, İddiaçı onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 05/10 saylı “əmək müqaviləsinə xitam verilməsi haqqında” əmrin surətindən görünür ki, su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin tullantı suların axıdılması xidmətinin qəza-bərpa işləri üzrə çilingəri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işçinin təşəbbüsü ilə xx.xx.2024-cü il tarixdən xitam verilməsi əmr edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 fevral 2025-ci il tarixli, 9/9226 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat prosesinin təsviri hissəsində göstərildiyi kimi, İddiaçı Qaradağ Rayon Sukanal İdaərsində qəza bərpa işləri üzrə çilingər vəzifəsində işlədiyi 2020-ci il üzrə ümumilikdə 31 gün məzuniyyət günü olmaqla hesablanmış məzuniyyət haqqı tam şəkildə iddiaçının kart hesabına 1143,83 manat ödənilmişdir. 2019-cu il üzrə isə məzuniyyət haqqının hesablanması mümkün olmamışdır. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara əsasən müəyyən edildi ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işçinin təşəbbüsü ilə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. İddiaçının işdən çıxmaq barədə ərizə vermək istəməməsi barədə dəlili hər hansı mötəbər sübutla təsdiq edilmir, əksinə iş üzrə sübutlarla, o cümlədən şahidlərin ifadələri, ərizədəki imzanın ona məxsus olması barədə özünün izahatı, mülki işin halları ilə təkzib olunur. Həmçinin, 2019-2020-ci illər üzrə məzuniyyət pulunun ödənilməməsi barədə iddiaçı tərəfin dəlili ekspert rəyi ilə təkzib olunur. Beləliklə, iddiaçı iddia tələbinin əsasını təşkil edən halları sübuta yetirə bilməmişdir. Eyni zamanda, məhkəmə müəyyən edir ki, iddia tələbi üzrə iddia müddəti ötürülmüşdür. Belə ki, xx.xx.2024-cü il tarixli əmrlə işdən azad olunan iddiaçı xx.xx.2024-cü il tarixdə mediasiyaya müraciət etmiş, onun iddia ərizəsi isə məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Cavabdeh tərəf isə iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan, həmçinin iddia müddəti ötürüldüyündən, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən, əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinin “a” bəndinə əsasən, tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsi əsaslarından biridir. Həmin Məcəllənin 296.2-ci maddəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296.4-cü maddəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarına əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-cü il tarixli Qərarına əsasən, iddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi imkanının müəyyən müddətlə məhdudlaşdırılmasını nəzərdə tutur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarlar). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 2009-cu il 7 iyul tarixli Qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Beləliklə, mülki iş üzrə sübutlara, məhkəmə iclasında müəyyən edilən hallara və yuxarıda sadalanan hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan, həmçinin iddia müddəti ötürüldüyündən, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdehlər ̇ ırİ" Şəhərlərı̇ n Bı̇ rləşmı̇ ş Su Təchı̇ zati Xı̇ dmətı̇ ” publı̇ k hüquqi şəxsinə və Qaradağ Rayon Sukanal İdarəsı̇ nə qarşı işə bərpa və ödənilməmiş məzuniyyət pulunun ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-111/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-111/2025
11.06.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver