Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1112/2025 05.03.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə МÜƏYYƏNЕТDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1959-cu ildə anadan olmuş X1nın 26 oktyabr 2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. . Məhkəmə baxışı zamanı Ərizəçi ərizəsinə uyğun izahat verərək bildirdi ki, X9 onun anasıdır. X1 xx.xx.2024-cü ildə doğulmuş, son illərdə onkoloji xəstə olmuş, 26 oktyabr 2024-cü il tarixdə onun vəziyyəti ağırlaşdığına görə yaşadığı ünvana təcili yardım çağırmışlar, həkim gələnə qədər vəfat etmiş, həkim öldüyünü təsdiq etmişdir. Anasını el adəti ilə dəfn etmişlər. Həmin vaxt ölüm haqqında şəhadətnamə almamışlar. Belə ki, həmin vaxt başları dəfn mərasiminə qarışdığı üçün bu barədə lazımi orqana müraciət etməmişlər. Sonradan bu barədə Qeydiyyat şöbəsinə müraciət etsə də, ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamə verilməmişdir. Hazırda anasının müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi bəzi hüquqi sənədləri əldə etmək, o cümlədən ölüm haqqında şəhadətnamə almaq üçün lazımdır. Qeyd olunanlara əsasən o, ərizə ilə məhkəməyə müraciət etmişdir və hazırda məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq, işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X10 ifadə verərək bildirdi ki, ərizəçinin qardaşıdır. Mərhum anasının xx.xx.2024-cü il tarixdə vəziyyəti ağırlaşmış və təcili yardım gələnə qədər vəfat etmişdir, həkim öldüyünü təsdiq etmişdir. Mərhum onkoloji xəstə olmuşdur. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X7 ifadə verərək bildirdi ki, ərizəçinin qonşusudur. Mərhum onkoloji xəstə olmuş, xx.xx.2024-cü il tarixdə vəziyyəti ağırlaşmış və təcili yardım gələnə qədər vəfat etmişdir, həkim öldüyünü təsdiq etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, izahatı və şahidlərin ifadələrini dinləyib, təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə ərizə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan XVİ-JQ seriyalı, 339556 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 X1dır. İş materiallarında olan AZ-İ seriyalı, 984337 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X5 xx.xx.2014-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar, nikah bağlandıqdan sonra arvada “Fərzəliyeva” soyadı verilmişdir. İş materiallarında olan AZE seriyalı, 07799579 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.1959-cu il tarixdə Qəbələ rayonunda anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxsi Bakı şəhər Baş Səhiyyə Mərkəzi Publik hüquqi şəxsi 11 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş 119 saylı arayışdan görünür ki, X6 11 saylı şəhər poliklinikasında qeydiyyatda olmadığından ölüm haqqında tibbi şəhadətnamə vermək mümkün olmamışdır. İş materiallarında olan Bakı şəhəri Təcili və X8 Stansiyası 13 saylı bölməsi tərəfindən verilmiş arayışdan görünür ki, 26 oktyabr 2024-ci il tarixdə saat 19:14 radələrində X3 adına çağırış daxil olmuş, həkiməqədər ölüm, qadın cinsli meyit aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon MKTB 125 saylı MKİS tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Ərizəçi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsində yerləşən 10a saylı binanın 40 nömrəli mənzilində yaşayır. İş materiallarında olan Qəbələ rayonu Qəmərvan Bələdiyyəsi tərəfindən verilmiş 51 saylı arayışdan görünür ki, X9 27 oktyabr 2024-cü il tarixdə Qəbələ rayonu Qəmərvan kənd qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən, ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Həmin Məcəllənin 194.2-ci maddəsinə əsasən, ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. İş üzrə sübutlara hüquqi qiymət verərək məhkəmə müəyyən edir ki, təqdim olunmuş sübutlarla ərizəçinin anası xx.xx.1959-cu ildə doğulmuş X3 26 oktyabr 2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarının 9-cu bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi anası xx.xx.1959-cu ildə anadan olmuş X3 26 oktyabr 2024-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-1112/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1112/2025
05.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver