Məhkəmə qərarları › İş №2(002)-1134/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-1134/2024

01.04.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-1134/2024 01.04.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı paylı mülkiyyətdə olan əmlakların tərəflərin paylarına uyğun naturada ayrılması, bu mümkün olmadıqda cavabdeh tərəfindən kompensasiya ödənilməsi, bu mümkün olmadıqda əmlakların açıq hərrac vasitəsi ilə satılaraq paylara mütənasib surətdə pulun bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X2 Cavabdeh qarşı paylı mülkiyyətdə olan əmlakların tərəflərin paylarına uyğun naturada ayrılması, bu mümkün olmadıqda cavabdeh tərəfindən kompensasiya ödənilməsi, bu mümkün olmadıqda əmlakların açıq hərrac vasitəsi ilə satılaraq paylara mütənasib surətdə pulun bölünməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında vəsasət verərək, Cavabdeh ilə barışıq sazişi bağladığından iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh vəsatətin təmin edilməsinə, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasına etirazının olmadsığını bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, vəsatəti və mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göründüyü kimi, iddiaçı işin məhkəmə baxışına hazırlanması zamanı məhkəməyə vəsatət verərək tərəflər arasında olan mübahisə məhkəmədən kənar qaydada həll edildiyindən və artıq mübahisənin davam etdirilməsinə lüzum qalmadığından ərizənin qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin qaytarılması barədə vəsatət verildiyindən, mövcud iddia ərizəsi məhkəmə baxışına təyin edilə bilməz və geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 170.1, 263-264-cü, 267-268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Vəsatət təmin edilsin. İddiaçı X1 Cavabdeh qarşı paylı mülkiyyətdə olan əmlakların tərəflərin paylarına uyğun naturada ayrılması, bu mümkün olmadıqda cavabdeh tərəfindən kompensasiya ödənilməsi, bu mümkün olmadıqda əmlakların açıq hərrac vasitəsi ilə satılaraq paylara mütənasib surətdə pulun bölünməsi tələbinə dair iddia ərizəsi, ona əlavə edilmiş sənədlər və 50 (əlli) manat ödənilmiş dövlət rüsumu geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar