Məhkəmə qərarları › İş №2(002)-1157/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1157/2024

22.02.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1157/2024 22.02.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində qeyd etməklə, «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində qeyd etməklə, «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında xx.xx.2022-ci il tarixdə bağlanmış “barışıq sazişi”nin xx.xx.2016-cı il tarixdə anadan olmuş X2 üçün barışıq sazişinin bağlandığı gündən hər ayın 15-ə kimi 200 manat məbləğində aliment hissəsinin Maraqlı şəxs tutularaq Ərizəçi ödənilməsi hissəsinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizədə qeyd olunmuşdur ki, xx.xx.2022-ci il tarixdə Bakı Mediasiya Təşkilatında Maraqlı şəxs ilə aralarında fikir ayrılığı və mübahisəni qarşılıqlı razılıqla həll etmək üçün mediator X3 iştirakı ilə barışıq sazişi imzalanmışdır. Barışıq sazişində mübahisənin qısa təsviri verilmişdir. Həmin sazişdə tərəflərin birgə nikahından olan uşaqlarının X5 anası Ərizəçi qızının yanında saxlanılması, atası X4 həmin uşaqla ayda bir dəfə ananın iştirakı olmadan Maraqlı şəxs ilə yaşadığı evdə saat 10:00-20:00 radələrində görüşmələri, uşağın saxlanılması üçün barışıq sazişinin bağlandığı gündən başlayaraq hər ayın 15-ə kimi 200 manat məbləğində alimentin Ərizəçi kart hesabına ödənilməsi qeyd edilmiş, bu barədə barışıq sazişi bağlanılmışdır. Məhkəmənin qətnaməsi ilə Maraqlı şəxs ilə aralarında olan nikah pozulmuş, lakin Maraqlı şəxs barışıq sazişində razılığa gəldikləri kimi uşağın saxlanılması üçün alimenti ödəməyərək, barışıq sazişinin şərtlərini pozur. Ərizəçi məhkəmə iclasında ərizə tələbini müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs məhkəməyə gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 305.1, 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Ərizəçi ilə Maraqlı şəxs Fazil qızı arasında 01 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri 14 saylı Mediasiya Təşkilatı vasitəsi ilə bağlanmış Barışıq Sazişindən görünür ki: - uşaq X8, ana Ərizəçi himayəsində saxlanılacaq; - ata Maraqlı şəxs övladı xx.xx.2016-ci il tarixində anadan olmuş X8 ayda bir dəfə ananın (Ərizəçi) iştirakı olmadan, Maraqlı şəxs yalnız öz yaşadığı (əgər evlənərsə gələcəkdəki həyat yoldaşının və dostlarının iştirakı olmadan) evdə saat 10:00-20:00 radələrində görüşəcək. - ata Maraqlı şəxs övladı X1 üçün hər ayın 15-ə kimi 200 manat məbləğində aliment Ərizəçi kart hesabına ödəniləcəkdir. Barışıq sazişinin şərtlərindən göründüyü kimi, həmin sazişin təsdiq edilməsinə maneə yaradan (MPM-nin 355-26-cı maddəsində sadalanmış) hallar yoxdur. Ödəniş qəbzindən görünür ki, məhkəməyə ərizə təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi Maraqlı şəxs qismində qeyd etməklə, «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizəsi təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında 01 oktyabr 2024-cü il tarixdə Bakı şəhəri 14 saylı Mediasiya Təşkilatı vasitəsi ilə bağlanmış Barışıq Sazişi təsdiq olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Maraqlı şəxs qismində qeyd etməklə, «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizəsi təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında 01 oktyabr 2024-cü il tarixdə Bakı şəhəri 14 saylı Mediasiya Təşkilatı vasitəsi ilə bağlanmış, şərtləri ağdakılardan ibarət olan hissədə barışıq sazişi təsdiq edilsin. Ata Maraqlı şəxs xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ayın 15-ə kimi 200 manat məbləğində pul vəsaiti tutularaq Ərizəçi kart hesabına ödənilsin. Ödənilmiş 100 dövlət rüsumu Ərizəçi özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar