Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1157/2025 07.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində qeyd etməklə, «şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, həyat yoldaşı, xx.xx.1961-ci il tarixdə Ermənistan Respublikası, Sisyan rayonunda doğulmuş X5 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X8 onun həyat yoldaşıdır. Həyat yoldaşı X8 xx.xx.1961-ci il tarixdə Ermənistan Respublikası, Sisran rayonunda doğulmuşdur. Onlar 25 fevral 1985-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar və birlikdə ünvan 1 ünvanda yaşamışlar. X3 29 yanvar 2025-ci il tarixdə vəziyyəti ağırlaşmışdır. Bu səbəbdən, həkim çağırmışlar. Lakin həkim gələnə qədər həyat yoldaşı X8 vəfat etmişdir. Ərini el adətinə uyğun olaraq Müşfiqabad qəbristanlığında dəfn etmişlər. Həmin vaxt ölüm haqqında şəhadətnamə almamışlar. Belə ki, həmin vaxt başları dəfn və yas mərasimlərinə qarışdığı üçün bu barədə lazımi orqana müraciət etməmişlər. Sonradan bu barədə poliklinikaya müraciət etsə də, ərinin adına ölüm haqqında şəhadətnamə almaq üçün zəruri olan tibbi şəhadətnamə verilməmişdir. Hazırda ərinin ölüm faktının müəyyən edilməsi ona bəzi hüquqi sənədlərin, eləcə də, ölüm haqqında şəhadətnamənin alınması üçün lazımdır. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şahid X9 ifadəsində bildirdi ki, ərizəçigilin qonşusudur. Ərizəçinin əri vəfat etmişdir. Mərhum Müşfiqabad qəbristanlığında dəfn olunmuşdur. Dəfn və yas mərasimlərində iştirak etmişdir. X2 ifadəsində bildirdi ki, qonşudurlar. Ərizəçinin yoldaşı vəfat edib. Müşfiqabadda dəfn olunub. Mərhum ürəktutmasından vəfat edib. Dəfn və yas mərasimlərindən iştirak etmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, ölüm faktının müəyyən edilməsi tələb edilən şəxs ərizəçinin əridir. İş materiallarına əlavə olunmuş xx.xx.2011-ci il tarixdə verilmiş AZE seriyalı, 08980453 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1961-ci il tarixdə Ermənistan Respublikası, Sisyan rayonunda doğulmuşdur. Təcili və X4 Stansiyası tərəfindən verilmiş 29 yanvar 2025-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, həmin tarixdə saat 08:35-də Abşeron rayonu X13 ünvanına X5 adına çağırış daxil olmuş, 17 saylı bölmənin təcili tibbi yardım briqadası həmin ünvana gəlmiş və həkimə qədər ölüm – kişi cinsli meyit aşkar edilmişdir. Müşfiqabad Bələdiyyəsinin sədri tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 336 saylı arayışından görünür ki, X8 xx.xx.2025-ci il tarixdə vəfat etmiş və Qaradağ rayonu Müşfiqabad qəbristanlığında dəfn edilmişdir. Bakı şəhəri Maraqlı şəxs 05 fevral 2025-ci il tarixli məktubundan görünür ki, X1 xx.xx.2025ci il tarixdə vəfat edən X5 ölümünün qeydə alınması barədə ərizəsinə baxılmış, ona qanunvericiliyin tələbləri izah edilmiş, ölüm haqqında tibbi şəhadətnamə olmadığından X5 ölümünün qeydə alınmasının mümkün olmadığı bildirilmişdir. 13 nömrəli şəhər poliklinikasının 05 fevral 2025-ci il tarixli 18-1-1-80/2-38/2025 saylı məktubundan görünür ki, xx.xx.1961-ci il təvəllüdlü X5 adına ölüm haqqında tibbi şəhadətnamə verilməsindən imtina edilmişdir. Mərhumun ölümünə səbəb olacaq hər-hansı bir xəstəliklə poliklinikaya müraciət etməməsi, həmçinin ölümə səbəb olacaq xəstəlik barədə tibbi sənəd təqdim edilməməsi səbəb kimi göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, Ərizəçi ərinin ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, xx.xx.1961-ci il tarixdə Ermənistan Respublikası, Sisran rayonunda doğulmuş X8 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1961-ci il tarixdə Ermənistan Respublikası, Sisran rayonunda doğulmuş X5 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-1157/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1157/2025
07.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver