Məhkəmə qərarları › İş №2(002)-1161/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1161/2022

18.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1161/2022 18.05.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli olan şəxsin ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli olan şəxsin ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum X5 onun atasıdır, atası X5 15.02.1941-ci ildə Ağcabədi rayonunda doğulmuşdur. Atası onunla birlikdə ünvan 1 ünvanında yaşamışdır. 04 mart 2022-ci il tarixdə atasının vəziyyəti ağırlaşmış və həkim çağırmışlar. Həkim gələnə kimi artıq atası vəfat etmişdir. Atasını el adəti ilə Ağcabədi rayonu, Hüsülü kəndi qəbirstanlığında dəfn etsələr də atası xəstəxanada qeydiyyatda olmadığından həmin vaxtı ölüm haqqında şəhadətnamə almamışlar. Belə ki, həmin vaxt başı dəfn mərasiminə qarışdığı üçün bu barədə lazımi orqana müraciət etməmişlər. Sonradan bu barədə poliklinikaya müraciət etsələr də ona ölüm haqqında şəhadətnamə almaq üçün tibbi şəhadətnamə verilməmişdir. Hazırda atasının ölüm faktının müəyyən edilməsi ona bəzi hüquqi sənədləri, o cümlədən atasına ölüm haqqında şəhadətnamə əldə etmək üçün lazımdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq, 15.02.1941-ci ildə Ağcabədi rayonunda doğulmuş X2 04.03.2022-ci ildə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə etdi. O, ərizənin məzmununa uyğun izahat verərək, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində göstərdi ki, mərhum X6 qonşusu olmuş, dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində göstərdi ki, mərhum X6 qonşusu olmuş, dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə aşağıdakılara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan BŞT və TTYS-nin 20-ci bölməsinin Təcili və X1 X4 haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 04.03.2022-ci il tarixdə X9 oğlunun adına çağırış olmuş, xəstə üzərində aparılmış müayinə zamanı həkimə qədərki kişi cinsli meyid aşkar edilmişdir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs 17 mart 2022-ci il tarixli, 05/Q-347/15 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Bakı şəhər Baş Səhiyyə Mərkəzi 23 nömrəli Şəhər Xəstəxnasının 14 mart 2022-ci il tarixli məktubundan görünür ki, 15.02.1941-ci il təvəllüdlü və 04.03.2022-ci ildə vəfat etmiş X9 oğlu ASM-də qeydiyyatda olmayıb və xəstəliyi ilə əlaqədar müraciət etmədiyi üçün ölüm haqqında tibbi şəhadətnamə verilməsi tərəflərindən mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X2 04.03.2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi iş materialları və şahid ifadələri ilə tam sübuta yetirildiyindən və ölüm faktnının müəyyən edilməsi ərizəçiyə ölüm haqqında şəhadətnamə alınması üçün lazım olduğundan həmin hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 15.02.1941-ci ildə Ağcabədi rayonunda doğulmuş X2 04.03.2022-ci ildə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırkı məhkəmə qətnaməsi ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: KAMRAN ƏSƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar