Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1181/2024 22.02.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X5 iclas katibliyi ilə, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən, Maraqlı şəxs ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli Barışıq Sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, ərizəçi cavab Maraqlı şəxs ilə xx.xx.2007-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2007-ci il təvəllüdlü X10, xx.xx.2010cu il təvəllüdlü X8 anadan olmuşdur. Münasibətləri pozulduğu üçün nikahın ləğvi ilə bağlı mediasiya şurasına müraciət etmişdir. Cavabdeh Maraqlı şəxs ilə aralarında uşaqların yaşayış yeri və aliment ilə bağlı mediatorun iştirakı ilə barışıq sazişi imzalanmışdır. Sumqayıt şəhər məhkəməsinin İş № 2(060)-6902/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Maraqlı şəxs ilə aramızda olan Sumqayıt şəhər VVADQ şöbəsində xx.xx.2007-ci il tarixdə 976 nömrə ilə qeyd edilmiş nikah qeydi pozulmuşdur. Aralarında mediatorun iştirakı ilə bağlanmış xx.xx.2022-ci il tarixli Barışıq Sazişindən görünür ki, "tərəflər razılaşırlar ki, aralarında bağlanmış və rəsmi dövlət qeydiyyatına alınmış nikahlarının pozulması üçün məhkəməyə müraciət olunmaları, onların birgə nikahlarından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X10 və xx.xx.2010-cu il təvəllüdlü X3 (İbrahimova) Fidan Vidadi qızının himayəsində qalmaları, onların birgə nikahlarından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X10 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər hər uşağa aylıq 200 (iki yüz) manat olmaqla cəmi 400 (dörd yüz) manat aliment məbləği müəyyən olunması, aliment məbləğinin ilk ödəniş tarixi xx.xx.2022-ci il müəyyən olunmaqla hər növbəti ayın 20-dək ödənilməsi, Maraqlı şəxs övladları X10 və X8 ilə hər həftənin şənbə və bazar günləri qabaqcadan xəbər verilməklə o cümlədən ailənin toy və yas günləri, ad günləri və bayram günləri daxil olmaqla ünsiyyət hüququnu əldə edir və Ərizəçi buna heç bir müdaxilə etməyəcəyi barədə, İbrahimov X9 (İbrahimova) Fidan Vidadi qızına övladlarını saxlaması üçün 10000 (on min) manat məbləğin bir dəfəlik maddi yardımı verməyi öhdəsinə götürür. Həmin məbləğin 5000 (beş min) manatlıq hissəsi xx.xx.2022-ci il tarixədək təqdim ediləcəkdir. Qalan 5000 (beş min) manatlıq hissə isə xx.xx.2023-cü il tarixədək Hüseynova (İbrahimova) Fidan Vidadi qızına veriləcəkdir. Uşaqların təhsil alması ilə bağlı ğlkə xaricinə aparılması üçün Maraqlı şəxs notarial qaydada razılığını əks etdirən sənədi imzalayaraq təqdim edəcəkdir və bununla bağlı hər hansı maneə yaratmayacaqları barədə öhdəlik Barışıq Sazişinin 2.4.-cü bəndinə əsasən, Barışıq Sazişi könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya) notariusa müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəmə və ya notariusa müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. Barışıq Sazişinin 3.7.-ci bəndinə əsasən, bu Saziş tərəflər arasında vahid razılaşma təşkil edir və bu mövzuda yazılı və ya şifahi başqa müqavilə və ya razılaşma yoxdur. Bu Saziş bütün tərəflər və ya onların nümayəndələri və mediator tərəfindən imzalanana qədər heç bir tərəf üçün məcburi olmayacaqdır. Bu Saziş son imzanın atıldığı gündən qüvvəyə minir. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi, yəni övladlarını saxlaması üçün 10000 (on min) manat məbləğin birdəfəlik maddi yardımı verməyi öhdəsinə götürməsinə, həmin məbləğin 5000 (beş min) manatlıq hissəsini xx.xx.2022-ci il tarixədək, qalan 5000 (beş min) manatlıq hissəsini isə xx.xx.2023-cü il tarixədək könüllü olaraq mənə verməli olmasına baxmayaraq hal-hazırki tarixədək bunu icra etməmişdir. Ona görə də, o, məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdeh Barışıq Sazişini könüllü icra etmədiyi üçün üzərinə götürdüyü öhdəliyi məcburi qaydada icra etməsi barədə məhkəmə tərəfindən qərar qəbul edilməlidir. Hal-hazırda, o başa düşmüşdür ki, cavabdeh onu aldadıb. Buna görə də o ondan 10000 manat pulu tələb etdi. Lakin o, pulu verməkdən qətiyyətlə imtina etdi. Odur ki, mülki qaydada məhkəməyə müraciət edir. Ərizəçinin nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq iddia tələblərini müdafiə etdiyini və məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirərək tələbin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasında iştirak edərək barışıq sazişinin 2.1.6-cı bəndinə etiraz edərək ərizəçiyə 10.000 manat pulun ödənilməsi ilə bağlı hissədə sazişin icra etmək istəmədiyini bildirmiş və bunu ərizəçinin uşaqları Türkiyə Respublikasına aparması ilə əlaqələndirmiş və uşaqları ilə görüşə bilmədiyini bildirmişdir. Məhkəmə maraqlı şəxsin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Həmin Məcəllənin 355-26.2-ci maddəsinə əsasən, barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən: 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmə qanunun qeyd edilən tələblərini işin hallarına tətbiq edərək bu qənaətə gəlir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2022-ci il tarixdə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olmadığı, mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmədiyindən həmin sazişin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina etmək üçün əsas yoxdur. Belə ki, qeyd edilən Barışıq Sazişinda tərəflər aşağıdakı şərtlərlə razılığa gəlmişlər: 2.1.1. aralarında bağlanmış və rəsmi dövlət qeydiyyatına alınmış nikahların pozulması üçün məhkəməyə müraciət olunsun. 2.1.2. Onların birgə nikahlarından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X10 və xx.xx.2010-cu il təvəllüdlü X2 Fidan Vidadi qızının himayəsində qalsın. 2.1.3, onların birgə nikahlarından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X10 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər hər uşağa aylıq 200 (iki yüz) manat olmaqla cəmi 400 (dörd yüz) manat aliment məbləği müəyyən olunsun; 2.1.4. Aliment məbləğinin ilk ödəniş tarixi xx.xx.2022-ci il müəyyən olunmaqla hər növbəti ayın 20-dək ödəniləcəkdir; 2.1.5. Maraqlı şəxs övladları X10 və X8 ilə hər həftənin şənbə və bazar günləri qabaqcadan xəbər verilməklə o cümlədən ailənin toy və yas günləri, ad günləri və bayram günləri daxil olmaqla ünsiyyət hüququnu əldə edir və Ərizəçi buna heç bir müdaxilə etməyəcəkdir; 2.1.6. Maraqlı şəxs Ərizəçi övladlarını saxlaması üçün 10000 (on min) manat məbləğin bir dəfəlik maddi yardımı verməyi öhdəsinə götürür. Həmin məbləğin 5000 (beş min) manatlıq hissəsi xx.xx.2022-ci il tarixədək təqdim ediləcəkdir. Qalan 5000 (beş min) manatlıq hissə isə xx.xx.2023-cü il tarixədək Ərizəçi veriləcəkdir; 2.1.7. uşaqların təhsil alması ilə bağlı ölkə xaricinə aparılması üçün Maraqlı şəxs notarial qaydada razılığını əks etdirən sənədi imzalayaraq təqdim edəcəkdir və bununla bağlı hər hansı maneə yaratmayacaqdır. 2.2. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 2.3. Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər. 2.4. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəmə və ya notariusa müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. 2.5. Əgər Saziş həm məhkəmə, həm də notarius tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icrası həm məhkəmənin qərarına, həm də notarisun icra qeydinə əsasən həyata keçirilə bilər. 2.6. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. 3.1. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, digər müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 3.2. Tərəflər bununla təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla məsləhətləşmək hüququ vardır və onlar Sazişin şərt və müddəaları ilə əlaqədar öz vəkilləri ilə məsləhətləşiblər və ya Sazişi imzalamaqla bu hüquqlarından imtina edirlər. Tərəflər həmçinin təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. 3.3. Tərəflər razılaşırlar ki, hazırkı Sazişdəki heç bir müddəa hər hansı tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz. Tərəflər mediasiya zamanı əldə edilmiş hər hansı bir məlumatı və ya sənədləri məxfi saxlamaq və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, bunu heç kimə açıqlamamaq vəzifələrini bir daha təsdiqləyirlər. 3.4. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: 3.4.1. bu məlumatı bilmələri vacib olan vəzifəli şəxslərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; 3.4.2. bu məlumatların açıqlanması qanunvericiliklə tələb edildikdə, vergi işçilərinə, digər dövlət qurumlarına, banklara və publik hüquqi şəxslərə; 3.4.3. mediasiya və ya hazırkı Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; 3.4.4. qarşı tərəfin yazılı icazəsi ilə; 3.4.5. yaxın qohumlara; 3.4.6. Sazişin təsdiqlənməsi və ya qüvvəyə minməsi üçün məhkəmələrə və notariuslara. 3.5. Bu Sazişin məzmununun Sazişin 3.4.1. və 3.4.5. bəndlərində sadalanan şəxslər tərəfindən açıqlanmasına görə həmin şəxslərə müvafiq məlumatı açıqlayan tərəf məsuliyyət daşıyır. 3.6. Tərəflər arasında digər razılaşma yoxdursa, "iş tərəflərin qarşılıqlı razılığı ilə həll edildi" və ya oxşar bir şərh vermək və ya ictimaiyyətə açıq olan hər hansı bir məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcək. 3.7. Bu Saziş tərəflər arasında vahid razılaşma təşkil edir və bu mövzuda yazılı və ya şifahi başqa müqavilə və ya razılaşma yoxdur. Bu Saziş bütün tərəflər və ya onların nümayəndələri və mediator tərəfindən imzalanana qədər heç bir tərəf üçün məcburi olmayacaqdır. Bu Saziş son imzanın atıldığı gündən qüvvəyə minir. Ərizəçi və Maraqlı şəxs arasında 07 sentyabr 2022-ci il tarixdə keçirilmiş mediasiya prosesi nəticəsində onlar arasında alimentin təyin edilməsi, uşaqla ünsiyyət, uşaqların valideynlərindən kimin yanında qalması, ərizəçiyə birdəfəlik ödənişin verilməsi və digər məsələlər ilə bağlı barışıq sazişi imzalanmış, sazişdə göstərilən məsələlər qarşılıqlı razılıq əsasında həll edilmişdir. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə qeyd edir ki, maraqlı şəxs barışıq sazişinin bütün şərtləri ilə razı olduğunu, yalnız 2.1.6-cı bəndinə, yəni “Maraqlı şəxs Ərizəçi övladlarını saxlaması üçün 10000 (on min) manat məbləğin bir dəfəlik maddi yardımı verməyi öhdəsinə götürür. Həmin məbləğin 5000 (beş min) manatlıq hissəsi xx.xx.2022-ci il tarixədək təqdim ediləcəkdir. Qalan 5000 (beş min) manatlıq hissə isə xx.xx.2023-cü il tarixədək Ərizəçi veriləcəkdir” hissəsinə etiraz etdiyini bildirmişdir. Məhkəmə həmin hissəyə münasibət bildirərək qeyd edir ki, məhkəmə iclasında sədrlik edənin sualına cavab olaraq maraqlı şəxs bildirmişdir ki, barışıq sazişi bağlanan zaman yuxarıda göstərilən 2.1.6-cı bənddə ifadə olunan şərtləri hər hansı təsir altında qalmadan, hədə-qorxu, etibardan sui-istifadə etmə və aldatma halı olmadan qəbul etmişdir. Məhkəmə göstərilən halı, eyni zamanda sazişin göstərilən şərtinin hər hansı digər haldan və ya sazişin digər şərtindən (məsələn uşaqla ünsiyyətin təmin edilməsi halından) asılı edilmədiyini nəzərə alıb hesab edir ki, bu şərtlər tamamilə qanuna uyğundur, üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Bu baxımdan məhkəmə uşaqların mənafeyini əsas götürərək, mülki prosessual və mediasiya haqqında qanunvericiliyin müddəalarını nəzərə alaraq barışıq sazişinin təsdiq edilməsi nəticəsinə gəlir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ərizə təmin edilməli, Bakı 6 saylı Mediasiya təşkilatında xx.xx.2022-ci il tarixdə bağlanmış “Barşıq sazişi” təsdiq edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı 6 saylı Mediasiya təşkilatında mediasiya prosesinin nəticəsində bağlanmış xx.xx.2022-ci il tarixli “Barşıq Sazişi” aşağıdakı şərtlərlə təsdiq edilsin: “2.1.1. aralarında bağlanmış və rəsmi dövlət qeydiyyatına alınmış nikahların pozulması üçün məhkəməyə müraciət olunsun. 2.1.2. Onların birgə nikahlarından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X10 və xx.xx.2010-cu il təvəllüdlü X2 Fidan Vidadi qızının himayəsində qalsın. 2.1.3, onların birgə nikahlarından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X10 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər hər uşağa aylıq 200 (iki yüz) manat olmaqla cəmi 400 (dörd yüz) manat aliment məbləği müəyyən olunsun; 2.1.4. Aliment məbləğinin ilk ödəniş tarixi xx.xx.2022-ci il müəyyən olunmaqla hər növbəti ayın 20-dək ödəniləcəkdir; 2.1.5. Maraqlı şəxs övladları X10 və X8 ilə hər həftənin şənbə və bazar günləri qabaqcadan xəbər verilməklə o cümlədən ailənin toy və yas günləri, ad günləri və bayram günləri daxil olmaqla ünsiyyət hüququnu əldə edir və Ərizəçi buna heç bir müdaxilə etməyəcəkdir; 2.1.6. Maraqlı şəxs Ərizəçi övladlarını saxlaması üçün 10000 (on min) manat məbləğin bir dəfəlik maddi yardımı verməyi öhdəsinə götürür. Həmin məbləğin 5000 (beş min) manatlıq hissəsi xx.xx.2022-ci il tarixədək təqdim ediləcəkdir. Qalan 5000 (beş min) manatlıq hissə isə xx.xx.2023-cü il tarixədək Ərizəçi veriləcəkdir; 2.1.7. uşaqların təhsil alması ilə bağlı ölkə xaricinə aparılması üçün Maraqlı şəxs notarial qaydada razılığını əks etdirən sənədi imzalayaraq təqdim edəcəkdir və bununla bağlı hər hansı maneə yaratmayacaqdır.” Alimentin tutulması xx.xx.2022-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə, elektron qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Aslanova
Məhkəmə qərarları › İş №2(002)-1181/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1181/2024
22.02.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver