Məhkəmə qərarları › İş №2(002)-1185/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1185/2022

13.06.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1185/2022 13.06.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi X4, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı «əmlak» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «əmlak» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qızıl-zinət əşyaları – 1 ədəd nişan üzüyü, brilyant qaşlı, 750 əyarlı, 8 qram çəkidə, 960 manat dəyərində; 1 dəst qızıl üzük-sırğa, qolbaq və zəncir brilyant qaşlı, 750 əyarlı, 29 qram çəkidə, 3.480 manat dəyərində; 1 dəst qızıl sırğa halqa, İtaliya qızılı, 3,5 qram çəkidə, 280 manat dəyərində; 1 ədəd qızıl zəncir, kulonlu, 585 əyarlı, 6 qram çəkidə, 480 manat dəyərində; 1 ədəd qızıl üzük, 2 qram çəkidə, 160 manat dəyərində; 1 ədəd qızıl qolbaq, 6 qram çəkidə, 480 manat dəyərində; cehiz əmlakları (qalan hissə) – 1 ədəd soyuducu, 1.600 manat dəyərində; şəxsi əşyaları – 1 ədəd palto, 70 manat dəyərində; 3 cüt ayaqqabı, 100 manat dəyərində; 1 ədəd çanta, 40 manat dəyərində; 3 ədəd köynək, 100 manat dəyərində; 2 ədəd don, 100 manat dəyərində; 1 ədəd gödəkcə, 90 manat dəyərində; dəst paltar (kofta, yubka), 100 manat dəyərində; 2 ədəd fen, 100 manat dəyərində olmaqla, həmin əşyaların, onlar mövcud olmadıqda isə dəyərinin və ödənilmiş 50 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 13 aprel 2021-ci il tarixdə rəsmi nikah münasibətinə daxil olmaqla, ailə həyatı qurmuşdur və cavabdehin yaşadığı evə gəlin köçmüşdür. Birgə nikahdan uşaqları yoxdur. Cavabdehlə onların yaşadıqları müddət ərzində ər-arvadlıq münasibətlərinin uyğun gəlməməsi səbəbindən cavabdehin məcbur tələbi ilə gəlin birgə yaşadıqları evdən çıxmışdır. Hal-hazırda, Saatlı rayonu Mustafabəyli kəndində yerləşən valideynlərinə məxsus evdə yaşayır. Cavabdeh ona qarşı Saatlı rayon Məhkəməsində «nikahın pozulması» tələbinə dair iddia qaldırmış və məhkəmənin icraatında 2(055)-141/2022 saylı mülki iş vardır. Saatlı Rayon Məhkəməsinin müvafiq bildirişini iddia ərizəsinə əlavə etmişdir. Qeyd etdiyi kimi, 13 aprel 2021-ci il tarixdə cavabdehlə onun nişan mərasimi olmuşdur. Nişan mərasimində ona cavabdeh tərəfindən qızıl-zinət əşyaları hədiyyə edilmişdir. Ona məxsus olan cehiz əmlakları, şəxsi əşyaları və cavabdeh tərəfindən ona hədiyyə olunan qızıl-zinət əşyaları cavabdehdə qalmış, indiyə kimi qaytarılmamışdır. Ailə münasibətlərinə xitam verilən müddət ərzində əmlak mübahisələri cavabdehin tələblərini könüllü olaraq icra etməməsi nəticəsində həll edilməmiş qalmışdır. Bu tələblər, qeyd etdiyi kimi, cehiz əmlakları, şəxsi əşyaları və nişan mərasimində cavabdeh tərəfindən ona hədiyyə olunan qızıl-zinət əşyalarından ibarətdir. Nişan mərasimində cavabdeh tərəfindən ona hədiyyə olunan qızılzinət əşyaları aşağıdakılardan ibarətdir: 1 ədəd nişan üzüyü, brilyant qaşlı, 750 əyarlı, 8 qram çəkidə, 960 manat dəyərində; 1 dəst qızıl üzük-sırğa, qolbaq və zəncir brilyant qaşlı, 750 əyarlı, 29 qram çəkidə, 3.480 manat dəyərində; 1 dəst qızıl sırğa halqa, İtaliya qızılı, 3,5 qram çəkidə, 280 manat dəyərində; 1 ədəd qızıl zəncir, kulonlu, 585 əyarlı, 6 qram çəkidə, 480 manat dəyərində; 1 ədəd qızıl üzük, 2 qram çəkidə, 160 manat dəyərində; 1 ədəd qızıl qolbaq, 6 qram çəkidə, 480 manat dəyərində. (Cəmi 5.840 manat). Valideynləri tərəfindən hədiyyə olunan cehiz əmlakları (qalan hissə): 1 ədəd soyuducu, 1.600 manat dəyərində. (Cəmi 1.600 manat). Şəxsi əşyaları: 1 ədəd palto, 70 manat dəyərində; 3 cüt ayaqqabı, 100 manat dəyərində; 1 ədəd çanta, 40 manat dəyərində; 3 ədəd köynək, 100 manat dəyərində; 2 ədəd don, 100 manat dəyərində; 1 ədəd gödəkcə, 90 manat dəyərində; dəst paltar (kofta, yubka), 100 manat dəyərində; 2 ədəd fen, 100 manat dəyərində. (Cəmi 700 manat). Qeyd olunan əmlaklarının qiymətləri əmtəəşünas rəyi ilə müəyyən edilərək mülki işə əlavə edilmişdir. Məhkəməyə müraciət etməzdən əvvəl iddiaçı tərəfindən Mediasiya Şurasına müraciət edilmiş, cavabdehin ilkin mediasiya sessiyasında iştirak etməməsi barədə xx.xx.2022-ci il tarixli 2022-15677 saylı mediator tərəfindən arayış verilmişdir. İlkin mediasiya sessiyasında iştirak etdiyi üçün iddiaçı 50 manat məbləğində mediasiyaya dair xərc ödəmişdir. İddiaçı və onun nümayəndəsi X7 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etməmiş və izahatında bildirdi ki, gəlinləri xəstəlikdən əziyyət çəkmişdir. Müayinə və müalicəyə ehtiyacı olmuşdur. Bu səbəbdən, gəlininə aid qızıl-zinət əşyalarını sataraq, əldə olunmuş pul vəsaitini gəlinlərinin müalicəsinə, dərman preparatlarının alınmasına sərf etmişlər. Soyuducu gəlininə məxsus deyil. Həmin soyuducu qayını tərəfindən ona hədiyyə edilmişdir. Şəxsi geyim əşyalarına dair hissədə qeyd edir ki, onlarda cavabdehə dair hansısa əşyası qalmamışdır. Məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını, şahid ifadəsini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, şahid X3 ifadəsində bildirdi ki, iddia ərizəsində adı qeyd olunan soyuducunu qardaşının həyat yoldaşı olan cavabdehin anasına hədiyyə etmişdir. Həmin soyuducunu gəlinə deyil, məhz cavabdehin anasına hədiyyə etmişdir. Soyuducunu gəlin tərəfin valideynləri almamışlar. Şahid qismində dindirilən X5 ifadəsində bildirdi ki, o, xəstəxanada iddiaçı ilə eyni palatada müalicə almışdır. O, həmin palataya onun xəstəxanadan çıxmasına 1 həftə qalmış daxil olmuşdur. İddiaçının xəstəxanada çəkdiyi bütün xərclər onun qaynanası Şəlalə adlı qadın tərəfindən ödənilmişdir. Belə ki, həmin qadın N. Abdullayeva palatada yatarkən onun yanına tez-tez baş çəkmiş, lazım olan bütün məsrəfləri ödədiyinin şahidi olmuşdur. Digər şahid qismində dindirilən X10 ifadəsində bildirdi ki, o, iddiaçı tərəfindən cehizlərin aparılmasında şahidlik etmişdir. Şahid ifadəsinə göstərmişdir ki, o, Cavabdeh ilə qonşuluqda yaşayır. Şəxs iddiaçının bir sıra əşyalarının cavabdehin yaşadığı mənzildən daşınmasında iştirak etmişdir. İş materiallarına əlavə olunmuş sənədlər toplusundan görünür ki, tərəflər rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahdan uşaqları yoxdur. Hazırda tərəflər arasında nikahın pozulması ilə bağlı məhkəmə çəkişməsi var. Saatlı rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli 2(055)-141/2022 saylı bildirişindən görünür ki, tərəflər arasında olan nikahın pozulması tələbinə dair mülki işin baxışı 03 iyun 2022-ci il tarixə təyin edilmişdir. Həmin iş üzrə iddianı Cavabdeh vermişdir. İddiaçı iddia ərizəsində qeyd edir ki, cavabdeh tərəfin təzyiqi ilə üzləşərək yaşadığı mənzili tərk etmişdir və hazırda valideynlərinə məxsus evdə yaşayır. Mənzildən çıxarkən əşyalarını (qızıl-zinət əşyaları, soyuducu, geyim əşyaları) götürə bilməmişdir. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş materiallarına əlavə olunmuş 15 mart 2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 2022-15677 saylı arayışdan göründüyü kimi, iddiaçı məhkəməyə iddia ərizəsi təqdim etməmişdən öncə mediasiya institutuna müraciət etmişdir. İddiaçı tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar, iddiaçı cavabdehin yaşadığı mənzilə gəlin gəlmiş, özü ilə qızıl-zinət əşyaları, həmçinin şəxsi geyim əşyaları gətirmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddiaçıya məxsus cehiz əşyaları, onlar mövcud olmadıqda isə dəyəri iddiaçıya qaytarılmalıdır. Məhkəmə həmçinin vurğulayır ki, real olaraq cavabdehdə qalmış, iddiaçıya məxsus əşyaların dairəsi dəqiq müəyyən edilməlidir. İddia tələbinin qızıl-zinət əşyalarına dair hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh tərəf qızıl-zinət əşyalarının iddiaçıya məxsus olduğunu etiraf edir. Cavabdeh tərəf bildirir ki, qızıl-zinət əşyalarını sataraq əldə olunan pul vəsaitini iddiaçının müalicəsinə sərf etmişlər. Bu səbəbdən, cavabdeh tərəf hesab edir ki, iddiaçının iddia tələbinin qızıl-zinət əşyalarına dair hissədə rədd edilməlidir. Cavabdeh tərəf iddiaçının sağlamlıq durumuna dair tibbi sənədlər təqdim etmişdir. Lakin, məhkəmə vurğulayır ki, həmin sənədlər iddiaçının sağlamlıq durumu ilə bağlı problemləri olduğunu təsdiq etsə də, satılmış qızıl-zinət əşyalarına görə əldə edilmiş pul vəsaitinin məhz iddiaçının müalicəsinə sərf edildiyini təsdiq etmir. Cavabdeh tərəf tibb müəssisələrinə ödəniş edilməsi, həmçinin dərman preparatları alınmasına görə apteklərə ödəniş edilməsinə dair qəbzləri məhkəməyə təqdim etməmişdir. Məhkəməyə təqdim edilmiş çeklərdə qeyd olunan məbləğ isə, iddiaçıya məxsus qızıl-zinət əşyalarının dəyəri ilə müqayisə edilməz dərəcədə azdır. Digər tərəfdən, əgər cavabdeh tərəf doğrudan da qızıl-zinət əşyalarını satıb, gəlinlərinin müalicə edilməsinə sərf etmək niyyətində olmuşlarsa, bunun üçün iddiaçıdan, yəni qızıl-zinət əşyalarının mülkiyyətçisindən razılıq almalı idilər. İddiaçının belə bir razılığı olmamışdır. Bu səbəbdən, məhkəmə hesab edir ki, qızıl-zinət əşyalarına dair hissədə iddia təmin edilməlidir. Soyuducuya dair hissədə iddia tələbi rədd edilməlidir. Çünki, soyuducu iddiaçıya hədiyyə edilməmişdir, iddiaçının valideynləri tərəfindən alınmamışdır, həmin məişət əşyasını cavabdehin əmisi cavabdehin anasına (hazırkı iş üzrə cavabdehin nümayəndəsinə) hədiyyə almışdır. Şəxsi geyim əşyalarına münasibətdə məhkəmə hesab edir ki, iddia həmin hissədə əsaslı olmaqla, təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş 28 fevral 2022-ci il tarixli rəydə qeyd olunmuşdur ki, qızıl-zinət əşyalarının dəyəri müvafiq olaraq 960 manat, 3.480 manat, 280 manat, 480 manat, 160 manat, 480 manat olmaqla, cəmi 5.840 manat təşkil edir. Şəxsi geyim əşyaları isə cəmi 700 manat dəyərindədir. Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 28 May küçəsi Ticarət Cərgəsində ********** saylı VÖEN üzrə fəaliyyət göstərən, zərgər X11 tərəfindən müfəssəl şəkildə tərtib olunmuş mütəxəssis rəyindən görünür ki, cavabdeh tərəfindən təqdim edilmiş iddia ərizəsi, fotoşəkillər və qızılın üzərində olan birka əsasında əlaqəli şəkildə qızıl-zinət əşyalarının hazırkı bazar qiymətinə uyğun satış qiyməti təyin edilmişdir. Qeyd olunmuşdur ki, qızılzinət əşyalarının üzərində olan birkada qızılın əyarı və brilyantın çəkisi dəqiq göstərilir. Lakin alıcı ilə razılaşdırılaraq qiymətində endirim etməyin mümkün olması üçün qızılın qiyməti nisbətən artıq göstərilir. Təqdim edilmiş birkadan müəyyən olunur ki, 1 dəst qızıl üzük, sırğa, qolbaq və zəncirdən ibarət brilyant qaşlı komplekt dəstinin əyarı 14 K (585), brilyantın çəkisi 2,40 ct, ümumi çəkisi 20 qram, qiyməti 2.800 manat qeyd edilmişdir. Hazırda qeyd olunan komplektin satış qiyməti 2.200 manat təşkil edir. Həmçinin, təqdim olunmuş birkadan müəyyən olunur ki, 1 ədəd nişan üzüyünün birkasında həmin zinət əşyalarının əyarı 18 K (750), brilyantın çəkisi 0,60, qızılın ümumi çəkisi 5 qram, qiyməti 650 manat qeyd edilmişdir. Hazırda qeyd olunan nişan üzüyünün satış qiyməti 550 manat təşkil edir. Məhkəmə qeyd edir ki, 1 dəst qızıl üzük, sırğa, qolbaq və zəncirdən ibarət brilyant qaşlı komplekt dəstinin və 1 ədəd nişan üzüyünün qiymətləri və digər özəllikləri (çəkisi, əyarı, brilyantın çəkisi və s.) müəyyən edilərkən, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 28 May küçəsi Ticarət Cərgəsində ********** saylı VÖEN üzrə fəaliyyət göstərən, zərgər X11 tərəfindən tərtib edilmiş mütəxəssis rəyi əsas götürülməlidir. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 50 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı məxsus olan – 1 dəst qızıl üzük, sırğa, qolbaq və zəncirdən ibarət brilyant qaşlı komplekt dəsti (əyarı 14 K (585), brilyantın çəkisi 2,40 ct, ümumi çəkisi 20 qram) - dəyəri 2.200 manat; 1 ədəd nişan üzüyü (əyarı 18 K (750), brilyantın çəkisi 0,60, qızılın ümumi çəkisi 5 qram) – dəyəri 550 manat; 1 dəst qızıl sırğa halqa, İtaliya qızılı, 3,5 qram çəkidə, 280 manat dəyərində; 1 ədəd qızıl zəncir, kulonlu, 585 əyarlı, 6 qram çəkidə, 480 manat dəyərində; 1 ədəd qızıl üzük, 2 qram çəkidə, 160 manat dəyərində; 1 ədəd qızıl qolbaq, 6 qram çəkidə, 480 manat dəyərində; 1 ədəd palto, 70 manat dəyərində; 3 cüt ayaqqabı, 100 manat dəyərində; 1 ədəd çanta, 40 manat dəyərində; 3 ədəd köynək, 100 manat dəyərində; 2 ədəd don, 100 manat dəyərində; 1 ədəd gödəkcə, 90 manat dəyərində; dəst paltar (kofta, yubka), 100 manat dəyərində; 2 ədəd fen, 100 manat dəyərində olmaqla, həmin əşyalar, onlar mövcud olmadıqda isə dəyəri və ödənilmiş 50 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı məxsus olan – 1 dəst qızıl üzük, sırğa, qolbaq və zəncirdən ibarət brilyant qaşlı komplekt dəsti (əyarı 14 K (585), brilyantın çəkisi 2,40 ct, ümumi çəkisi 20 qram) dəyəri 2.200 manat; 1 ədəd nişan üzüyü (əyarı 18 K (750), brilyantın çəkisi 0,60, qızılın ümumi çəkisi 5 qram) – dəyəri 550 manat; 1 dəst qızıl sırğa halqa, İtaliya qızılı, 3,5 qram çəkidə, 280 manat dəyərində; 1 ədəd qızıl zəncir, kulonlu, 585 əyarlı, 6 qram çəkidə, 480 manat dəyərində; 1 ədəd qızıl üzük, 2 qram çəkidə, 160 manat dəyərində; 1 ədəd qızıl qolbaq, 6 qram çəkidə, 480 manat dəyərində; 1 ədəd palto, 70 manat dəyərində; 3 cüt ayaqqabı, 100 manat dəyərində; 1 ədəd çanta, 40 manat dəyərində; 3 ədəd köynək, 100 manat dəyərində; 2 ədəd don, 100 manat dəyərində; 1 ədəd gödəkcə, 90 manat dəyərində; dəst paltar (kofta, yubka), 100 manat dəyərində; 2 ədəd fen, 100 manat dəyərində olmaqla, həmin əşyalar, onlar mövcud olmadıqda isə dəyəri və ödənilmiş 50 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar