Məhkəmə qərarları › İş №2(002)-122/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-122/2025

11.08.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-122/2025 11.08.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Salmanova Könül Xasay qızının katibliyi, İddiaçı iştiraklı ilə, İddiaçı Cavabdeh qarşı “cehiz və qızıl-zinət” əşyalarının geri qaytarılması tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «“cehiz və qızıl-zinət əşyalarının geri qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2 qapılı vitrin(2 ədəd)- 980 manat,1 qapılı vitrin(1 ədəd)- 282 manat, TV altlığı(1 ədəd)- 225 manat,Komputer stolu- 380 manat,Yemək solu- 650 manat, Stul(6 ədəd)- 540 manat, Jurnal stolu- 300 manat, Güzgülü komod-482 manat, Künc divanı- 1800 manat, Taxt-325 manat, Taxt döşəyi- 300 manat,Tumboçka(2 ədəd)- 356 manat, Tryumo(yataq komodu)- 415 manat,Paltar dolabı- 1080 manat,Uşaq çarpayısı- 380 manat, 16.Mətbəx mebeli- 1500 manat, Mətbəx stolu- 150 manat, Mətbəx stulu(4 ədəd)- 200 manat, Televizor-720 manat ,Soyuducu LG-1250 manat, Paltaryuyan LG-850 manat, Tozsoran- 180 manat, Ütü- 75 manat, Xalça(5m*3,5m)- 480 manat ,Xalça (1,5m*2)-250 manat ,Xalça(3m*2,5m)-350 manat, Pərdə qalın,qonaq-2 ədəd)- 150 manat, Pərdə qalın, yataq-2 ədəd)- 180 manat, Tül(qonaq)-160 manat, Tül(yataq)-150 manat,Yataqüstlüyü- 350 manat, Ütü stolu-65 manat, Çilçıraq(qonaq)- 300 manat,Çılçıraq(yataq)- 280 manat, Saat(Divar)-40 manat, Ət maşını-280 manat, Sok çəkən- 250 manat, Mikser-55 manat, Elektrik soba- 230 manat, Samovar(çaynikli)- 120 manat, Termos-25 manat, Padnos(3 ədəd)- 45 manat, Dopu(qaz)- 75 manat, Polsilən-22 man, Süpürgə (tozyığan)- 15 manat, Ev süpürgəsi- 13 manat, Vanna(3 ədəd)- 12 manat, Uşaq vannası(1 ədəd)- 20 manat, Çuğun qazan dəsti(5 ədəd)- 95 manat, Nikel qazan dəsti(3 ədəd)- 160 manat, Qranit qazan dəsti (5 ədəd) 258 manat, Tefal qazan dəsti(3 ədəd)- 150 manat, Qazan dəsti(qutu)- 300 manat, Qranittava(3 ədəd)- 75 manat, Şüşə qazan(1 ədəd)-25 manat, Düyüqabı- 80 manat, Çaydan (çuğun) - 35 manat, Çaydan (çuğun)- 25 manat, Vedrə(çuğun-2 ədəd)- 54manat, Vedrə(plastikə2 ədəd)- 20 manat ,Vedrǝ(alminiu2 ədəd)- 16 manat, Tas(alminium-3 ədəd)- 105 manat, Tas(çuğun-4 ədəd)- 120 manat,Tas(plastik-4 ədəd)- 12 manat, Südqabı(çuğun)-25 manat ,Çörəkqabı- 19 manat, Kofemolko-14 manat, Qaz plitəsi-200 manat, Aspirator- 90 manat, Qaşıq çamadanı- 320 manat, Bıçaq çamadanı- 150 manat ,Dəm çaydan (5 ədəd)-100 manat, Dördayaq-12 manat, oxlov-6 manat, Ələk-3 manat, Aşsüzən (2 ədəd)-40 manat, Boşqab dəsti(xırdagüllü-36 ədəd)- 250 manat, Abqələm boşqab dəsti (36 ədəd)- 350 manat, Madonna serviz(nahar)- 450 manat, Madonna serviz(çaynı)- 750 manat, Boşqab dəsti(güllü-36 ədəd)- 120 manat, Sadə çuğun qazanlar(6 ədəd)- 300 manat ,Ağ lepkalı güldan(1 ədəd) və meyvəqabı(2 ədəd)-240 manat, Sadə şirə qabı(dəst)- 25 manat, Dovğa qabı(dəst)-25 manat, Kasa(6 ədəd)- 42 manat ,Billur böyük güldan- 120 manat, Billur bogema güldan- 150 manat, Billur bogema güldan-2 ədəd) 180 manat, Göy billur bogema güldan( kiçik) - 250 manat, Nazik uzun billur güldan- 60 manat ,Böyük billur meyvəqabı(2 ədəd)- 200 manat, Kiçik billur meyvəqabı(2 ədəd)- 180 manat, Qara sadə güldan(1 ədəd)- 50 manat, Ağ-qara şirə qabı(dəst-1 ədəd)- 250 manat, Ağ-sarızərli şirə qabı(dəst-1 ədəd)- 270 manat, Boz-sarızərli şirə qabı(dəst-1 ədəd)- 300 manat, Yaşil billur meyvəqabı(dəst-1 ədəd)- 75 manat, Qara sarıgüllü dolça(1 ədəd)- 50 manat, Ağzıenli bohema stəkan(6 ədəd)- 250 manat, Billur konfet qabı(2 ədəd)- 130 manat, Ayaqlı billur mürəbbəqabı(2 ədəd)- 100 manat, Billur lodka(2 ədəd)- 150 manat, Hündür qara güldan- 20 manat, Billur fujer (6 ədəd)- 90 manat, Billur fujer (6 ədəd)- 120 manat, Kiçik billur fujer- 60 manat ,Billur stəkan(18 ədəd)- 140 manat, Billur stəkan(6 ədəd)- 60 manat ,Billur stəkan(6 ədəd)- 70 manat, Çini sarızərli çay dəsti- 400 manat ,kiçik xrustal stəkan(12 ədəd)- 60 manat, Abqələm çay nəlbəkisi (12 ədəd)- 80 manat ,Abqələm armudu stəkan nəlbəkisi (12 ədəd)- 75 manat, Sadə çay nəlbəkisi (18 ədəd)-30 manat, Sadə armudu stəkan nəlbəkisi (18 ədəd)-20 manat ,Sada sok stəkanı(12 ədəd) 25 manat, Şirniyyat qabı(2 qutu)-30 manat, Tort qabı(1 ədəd)- 20 manat, Paltar səbəti(1 ədəd)- 5 manat, Tərəvəz rəfi- 15 manat, Qaşıq(24 ədəd)- 30 manat ,Çəngəl(24 ədəd)- 30 manat ,Ədviyyat qabları-40 manat, Plastik asma qaşıq- 25 manat, Nikel asma qaşıq- 45 manat, Qaşıqlı kasa dəsti (2 ədəd)- 15 manat, 3 mərtəbə şirniyyat qabı(2ədəd)-30 manat, Taxt döşəyi(1 ədəd)- 150 manat,Taxt yorğanı(1 ədəd)-100 manat, Yorğan(2 ədəd)-70 manat, Döşək (2 ədəd)-100 manat,Böyük balış(4 ədəd)-50 man, Kiçik balış(2 ədəd)-25, Nazik adyal(1 ədəd)-15 manat, Qalın adyal(1 ədəd)- 65 manat ,Pambıq yorğan(2 ədəd)-50 manat ,Dəvə yunu yorğan-75 manat, Pastel( 6 qutu)- 300 manat ,Pastel(açıq salafanda-6 ədəd)- 180 manat, Qətvǝ(8 ədəd)- 160 manat, Çay dəsmalı(6 ədəd)-48 manat, Əl-üz dəsmalı(5 qutu)- 225 manat, Əl-üz dəsmalı(açıq-12 ədəd)-120 manat, Süfrə(4 qutu)- 280 manat ,Süfrə açıq-2 ədəd)- 60 manat, Hamam dəsti- 40 manat, Uşaq adyalı-30 manat, Çərəzqabı( 2 ədəd)- 30 manat, Sadə meyvəqabı- 25 manat, Ayaqlı sadə şirniyyat qabı-20 mana, Tava(qızartma üçün-3 ədəd)- 80 manat, Mişka(3 ədəd)- 60 manat, Dovşan(1 ədəd)- 30 manat, Ayı-50 manat .Ayı-25 manat, Pendir boşqabı(24 ədəd)- 24 manat ,Çexski dərin boşqab(12 ədəd)- 160 manat, Sadə dərin boşqab(12 ədəd)- 60 manat, Düz şəffaf boşqab(12 ədəd)-40 manat, Qutuda güllü boşqab dəsti (şirniyyat üçün)- 75 manat ,Boşqab dəsti (2 qutu)- 50 manat, Sünbül boyunbağı (italyan qızılı)-6000 manat ,Komplekt(üzük, sırğa-italyan qızılı)- 7500 manat, Sünbül qolbaq(italyan qızılı)-3000 manat ,Uşaq sırğası- 120 manat olmaqla cəmi 46100 manat məbləğində əmlaklarının naturada və ya dəyərinin və ödədiyi 228.30 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 19 sentyabr 2019cu il tarixdə rəsmi nikahla ailə həyatı qurmuşdur. Birgə nikahdan bir uşaqları var. Nikahının ləğvi ilə bağlı məhkəməyə müraciət etmişdilər. Hal hazırda iş məhkəmədə baxılır. İddiasında təkidlidir. Nikahı ləğv etdirəcəkdir. Hazırda onun cehiz əşyaları və qızıl zinət əşyaları cavabdehdədir. Belə ki, o, 28 fevral 2024-cü il tarixdə evdən çıxarılmışdır. Polislər də orada olub. Heç nə götürməmişdir. Bir neçə gün sonra bir-iki dəst paltar götürmək üçün ora getmişdir. Anası ilə baçısı bir iki dəst paltar verib onları oradan çıxarıblar. Qızıllarını, əmlaklarını tələb edəndə deyiblər ki, məhkəməyə ver orada qərar verilsin. İddiaçı xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə verərək qeyd etdi ki, qızıl-zinyət əşyalarından başqa digər cehiz əmlakını cavabdehdən geri götürdüyünə görə hazırda cavabdehdən yalnız qızıl-zinyət əşyalarını-585 əyarlı, çəkisi 6 qram olan sünbülü (italyan qızılı) boyunbağı-600 manat, 750 əyarlı, çəkisi 5 qram üzük - 850 manat, 750 əyarlı, çəkisi 10 qram sırğa-1200 manat, 750 əyarlı, çəkisi 8 qram qolbaq- 1300 manat və 585 əyarlı, çəkisi 2 qram uşaq sırğası-250 manat, 750 əyarlı, çəkisi 16,5 qram kolye-2600 manat onlar olmasa onların dəyərinin tutulmasını məhkəmədən xahiş etdi. O həmçinin cehiz əmlak hissəsində iddia tələbindən imtina barədə ərizəni məhkəməyə təqdim etmişdi. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, uşaq sırğası özləri alıb, sadəcə cavabdehgildə qalıb. Onun da qiyməti təxmini -250 manat təşkil edir. 16 qranlıq kolye sünbül boyunbağı, 8 qramlıq sünbül qolbaq, 5 qramlıq üzük və 10 qramlıq sırğa tələb edir. Onun evdən çıxarkən qızıları götürmədiyini cavabdehin anası və digər şahidlər təqdiqləmisdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini rədd olunmasını xahiş etdi. İzahatına əlavə etdi ki, sadalanan qızıllar olmuşdur, sadəcə qiymətlərində fərq var idi. Həmçinin qızılları Aydan aparmışdır.Belə ki, əvvəl Aydanın apardığını bildirmiş, sonra isə Aydanın rəfiqəsi onlarda gəlib qalıb ola bilsin həmin rəfiqəsi qızılları aparıb. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdilər və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını, iddia ərizəsi üzrə işin faktiki hallarını araşdıraraq, eləcə də toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, geri qaytarılması tələb edilən qızıl-zinət əşyaları mövcud olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Şamaxı rayon məhkəməsinin 2(074)-841/2024 saylı xx.xx.2024-cü il tarixli qətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasındakı xx.xx.2019-cu il tarixli 3 saylı Bakı ASAN Xidmət Mərkəzinin qeydiyyat şöbəsində 3273 saylı akt ilə bağlanmış nikahın pozulması, birgə nikahdan olan uşaqların xx.xx.2021-ci il ltəvəllüdlü X4 İddiaçı himayəsində saxlanması və Cavabdeh İddiaçı xeyrinə xx.xx.2024-cü il tarixdən xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatandək saxlanması üçün hər ay 200 manat pul məbləğində aliment tutlması qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/1201 nömrəli ekspert rəyindən görünür ki, analoji mallara müvafiq olaraq, ekspertiza təyini haqqında qərardadda və iş materiallarında göstərilən 04 adda qızıl-zinət əşyalarının orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri məmulatlarının ayrı-ayrılıqda təxminən 4140 manat(585 əyarlı, çəkisi 6 qram olan sünbülü (italyan qızılı) boyunbağı-690 manat, 750 əyarlı, çəkisi 5 qram üzük və 750 əyarlı, çəkisi 10 qram sırğa-2100 manat, 750 əyarlı, çəkisi 8 qram qolbaq-1120 manat və 585 əyarlı, çəkisi 2 qram uşaq sırğası-230 manat) müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli rəyindən görünür ki , 750 əyarlı, çəkisi 16,5 qram kolyenin orta bazar qiyməti 2600 manat təşkil etmişdir. Aparılmış tədqiqatın dəyəri 200 manat təşkil edir.(Hesab: VÖEN: **********, Bank "xxxx"ASC Nərimanov filialı, bank VÖEN- **********,M.H.AZ03NABZ********************,H.h:AZ471BAZ********************,Kod 805711, SWİFT:İBAZAZ2X) X2 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, cavbabdehin anasıdır, oğlugil ondan ayrı qalırdılar. Nəvəsi xəstəxanadan çıxarandan 3 yaşına kimi o saxlamışdır. Hadisə olan gün iddiaçı dedi ki, uşağı gətirəcək, yuyundurmağa, amma gördü ki gəlmirlər durub özü getdi. Onlara gedəndə Aydan dedi anasıgil onlara gəlir. Amma onlara gedəndə oğlugilin dava etdiklərini görmədi.X7 gedəndə o qızı ilə oğlugildə qaldı.Polis Bölməsinə gedilməzdən əvvəl ondan qızıl istənilməmişdir. Aydangil gəlib paltarlarını yığıb apardı, nəvəsinin paltarlarından da o, biraz yığdı.Aydan evdən gedərkən özünün və uşaqların geyimlərini, şkafdakı pencəyin cibindən nəsə götürdü. Aydanın yanında idi, götürdüklərini görürdü. Aydanın hansısa qabın içindən nəsə götürdüyünü görmədi. Oğlugilin evindəki qızıl qoyduqları sandığı görməmişdir. Aydanın stulun üstə çıxıb yuxarıdan nəsə götürməsini görmədi. Aydan evdən gedəndə ondan qızıl istəmədi, o an qızıl vaxtı deyildi. Oğlugilə qızını və oğlanlarını özü çağırdı ki, Ziyatayı polislər apardı durub gəlsinlər. Ziyataygil polisdə olanda onlara ancaq qızı gəldi. Həmin vaxt qızı oğlugilin evinin balkonunda otururdu. O ,qızılların yerin bilmirdi. X1 məhkəmə iclasında ifadə verərək bildirmişdirki, Aydanın anası, qardaşnı Şamaxı rayonundan özü sürücü kimi gətirmişdir.. Polislərlə eyni vaxtda evə çatdılar. Cavabdehi polislər aparanda onlar da onların ardınca Polis Bölməsinə getdilər. X8 evə qayıtdılar. Polis Bölməsindən evə qayıdanda Validə müəllimə içərdə kiməsə dedi qızılı verin, içəridəki dedi məhkəməyə verəndə verəcəklər. Yolda Aydan ilə anası qızıldan danışırdı, iddiaçı dedi ki, qızılını vermədilər.O, çöldə dayanmışdı. İşin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilən hallarından görünür ki, iddiaçı boyunbağı, üzük, sırğa, qolbaq, uşaq sırğası və kolye-olmaqla qızıl-zinyət əşyalarını tələb etmişdir. Cavabdeh isə iddia tələbinə dair qızıl-zinyət əşyalarının mövcudluğunu inkar etməmiş, sadəcə qızıl-zinyət əşyalarının dəyərləndirilməsi–qiyməti ilə razılaşmamış, həmçinin bildirmişdir ki, sadalanan qızıl-zinyət əşyaları iddiaçının özündədir. Məhkəmə qeyd edir ki, ilk növbədə qeyd olunmalıdır ki, iddia tələbinin hüquqi əsasını vindikasiya iddiası, yəni mülkiyyətində olan əmlakına sahibliyindən məhrum olmuş iddiaçının cavabdehə yönəlmiş əmlakının geri qaytarılması tələbi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddənin məzmunundan göründüyü kimi, vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir.

1. İddiaçının həmin əmlakı tələb etməyə subyektiv hüququ olmalıdır, yəni vindikasiya iddiasına əmlaka sahibliyini itirmiş mülkiyyətçi malikdir.

2. Mülkiyyətçi öz əmlakına faktiki sahiblikdən məhrum olunmalıdır;

3. Mülkiyyətçinin sahibliyindən çıxmış əmlak digər şəxsin faktiki sahibliyində olmalıdır. İlk növbədə qeyd edilməlidir ki, tələb olunan qızıl-zinyət əşyalarının mövcudluğu iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlar, fotoşəkillər və şahid ifadələri və tərəflərin izahatları ilə təsdiq olunuşdur. və onların hazırda cavabdehdə olmaması məhkəmə iclasında cavabdeh tərəfindən inkar edilsə də,buna dair heç bir mötəbər sübut təqdim etməmişdir İkinci və üçüncü komponentlərlə bağlı isə məhkəmə aşağıdakıları qeyd edir: Cavabdeh iddia ərizəsində qeyd edilən qızıl zinət əşyalarının onda olması halını məhkəmə iclasında inkar etsə, bu hissədə sübut etmə yükü cavabdehin üzərinə düşsə də, cavabdeh məhkəməyə bu halı təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbində qeyd edilən qızıl-zinət əşyaları vindikasiya iddiasının istinad edilən 2 və 3-cü komponentlərinin də mövcudluğu, yəni iddiaçıya məxsus olan həmin qızıl-zinət əşyalarının onun qanuni sahibiyindən çıxması və sahibliyindən çıxmış fotoşəkillərdə əks olunmuş həmin əşyaların məhz cavabdehin faktiki sahibliyində olması öz təsdiqini tapmışdır. Məhkəmə tərəflərin hər ikisinin verdiyi ifadələrə istinadən işin faktiki hallarını və iddiaçının evi tərk etməsi hallarını nəzərə alaraq bildirir ki, tərəflərin ailə münaqişəsi evdə olub, Aydan anasına zəng edib ki, Ziyatay ilə münaqişə yaşayır, Şamaxı rayonundan gəlsin Müşfiqabad qəsəbəsinə ki, bu münaqişədən onu qurtarsın. X12 rayonundan yol məsafəsini nəzərə alaraq polisə zəng etmişdir ki, qızının münaqişəsi var əraziyə getsinlər. Həm Validə, həm də polislər eyni vaxta tərəflərin yaşadığı mənzilə gəlib çatmışlar. Bundan sonra polislər tərəflərin hər ikisini bölməyə aparmış, izahatları alınmış, sonra onlar evə gələndə görmüşlər ki, Ziyatayın anası X5 və onun qızı Ziyataygildədi. Bundan sonra Aydan özünə və uşağa məxsus paltarları götürüb evi tərk etmişdir. Bu halı Məmmədova Törədə məhkəmə iclasında şahid kimi təsdiq etmişdir. Qızıl əmlakın saxlanma yeri ilə bağlı hər iki tərəf bildirmişlər ki, qızıllar evdə şkafın içində hündür yerdə olurdu, hansı ki, onu götürmək üçün insan boyu çatmır, stolun üstünə çıxıb götürmək olardı. Aydan paltarı götürərəkən Ziyatayın anası da orda olub və o şahid kimi bildirmişdir ki, Aydanın stolun üstünə çıxaraq nəsə (qızıl) götürdüyünü görməmişdir. Bundan sonra məhkəmənin Ziyataya verdiyi sualın cavabı olaraq o, bildirmişdir ki, ola bilsin Aydanın rəfiqəsi bir müddət olarda qalıb o götürüb aparıb. Təxminən 2023-cü ilin sentyabrın 14-də gəlib 20-si getmişdir. Məhkəmənin sualına cavab olaraq Ziyatay bildirmişdir ki, əmlakın oğurlanması ilə bağlı polisə müraciət olunmayıb. Aydan isə məhkəmənin sualına cavab olaraq rəfiqəsinin evdən gedəndən sonra qızılları noyabr ayında üzərində olmasına dair foto görüntüləri məhkəmə təqdim edə bildi. Belə olan halda əmlakı aparıb deyən tərəfin yəni Ziyatayın üzərinə sübutetmə düşür ki, bu halı o sübut edə bilməyib. Əksinə Aydan əmlakın cavabdehdə olmasına dair məhkəməni inandırmağı bacarıb. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə iş materiallarında olan ekspertiza rəylərini nəzərə alaraq, həmin əşyaların dəyərinin bu rəydə əks olunmuş qiymətlərə uyğun şəkildə qeyd edilməsini qanunauyğun hesab edir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, əşyaların dəyərinə dair ekspertiza rəyi nəzərə alınaraq, iddia tələbi qismən təmin edilməli, Cavabdeh aşağıda qeyd olunan əşyalar-“585 əyarlı, çəkisi 6 qram olan sünbülü (italyan qızılı) boyunbağı-690 manat, 750 əyarlı, çəkisi 5 qram üzük və 750 əyarlı, çəkisi 10 qram sırğa-2100 manat, 750 əyarlı, çəkisi 8 qram qolbaq-1120 manat və 585 əyarlı, çəkisi 2 qram uşaq sırğası-230 manat, 750 əyarlı, çəkisi 16,5 qram kolye-2600 manat, onlar mövcud olmadıqda isə onların dəyəri-6740 manat alınaraq İddiaçı veriməlidir. 50(yüz) manat ekspertiza xərci Cavabdeh tutularaq müvafiq hesab üzrə Dövlət Büdcəsinə ödənilməlidir. 200 manat ekspertiza xərci Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq(6740 manat)-87,40 manat məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh aşağıda qeyd olunan əşyalar--“585 əyarlı, çəkisi 6 qram olan sünbülü (italyan qızılı) boyunbağı-690 manat, 750 əyarlı, çəkisi 5 qram üzük və 750 əyarlı, çəkisi 10 qram sırğa-2100 manat, 750 əyarlı, çəkisi 8 qram qolbaq-1120 manat və 585 əyarlı, çəkisi 2 qram uşaq sırğası-230 manat, 750 əyarlı, çəkisi 16,5 qram kolye-2600 manat, onlar mövcud olmadıqda isə onların dəyəri-6740 manat alınaraq İddiaçı verilsin. 50(yüz) manat ekspertiza xərci Cavabdeh tutularaq müvafiq hesab üzrə Dövlət Büdcəsinə ödənilsin. 200(iki yüz) manat ekspertiza xərci Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına-( VÖEN: **********, Bank "xxxx" ASC Nərimanov filialı, bank VÖEN-**********, M.H AZ03NABZ********************,H.h: AZ471BAZ********************, Kod 805711, SWİFT:İBAZAZ2X ) ödənilsin. Ödənilmiş 87,40(səksən yeddi manat qırx qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar