Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1274/2021 23.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçinın şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə МÜƏYYƏN ЕТDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxx 1952-ci il tarixdə doğulmuş anası X2 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi izahatında bildirdi ki, o, Bakı şəhəri, Lökbatan qəsəbəsində yaşayır. xx.xx.2020-ci il tarixdə təzyiq xəstəsi olan anası X1 gözlənilmədən pisləşdiyi üçün X16 çağırış etməklə həkim çağırmışlar. Həkim gələnə qədər anası vəfat etmişdir. Anasını el adəti ilə Qobustan rayonu, Dərəkənd kəndində dəfn etmiş və yas mərasimi keçirmişlər. X12 iştirak edib, anası vəfat edən zaman başı qarışdığı üçün ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Qonşuları da anasının qəflətən vəfat etməsinin şahidi olmuşlar və dəfn işlərində ona köməklik göstərmişlər. Sonradan ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin anasının xəstəxana qeydiyyatı və ölüm haqqında tibbi şəhadətnamə olmadığından, Qeydiyyat şöbəsi ona məhkəməyə müraciət etməsini izah etmişdir. Hazırda ölüm haqqında şəhadətnamə bəzi hüquqi sənədləri əldə etmək üçün lazımdır. Qeyd olunanlara əsasən o, ərizə ilə məhkəməyə müraciət etmişdir və hazırda məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X10 ifadə verərək bildirdi ki, o, ərizəçinin qonşusudur. X5 təzyiqdən əziyyət çəkirdi, vəziyyəti xx xxxxxx 2020-ci il tarixdə ağırlaşdı və həkim gələnə qədər vəfat etdi. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X15 ifadə verərək bildirdi ki, o, uzun illərdən bəri ərizəçinin qonşusudur. Ərizəçinin anası X5 təzyiqdən əziyyət çəkirdi, vəziyyəti xx xxxxxx 2020-ci il tarixdə ağırlaşdı və həkim gələnə qədər vəfat etdi. Məhkəmə iş materiallarını araşdırıb, izahatı və şahidlərin ifadələrini dinləyib, təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə ərizə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında 19 saylı Birləşmiş Şəhər Xəstəxanasının 822 saylı, xx.xx.2021-ci il tarixli arayışından görünür ki, X5 19 saylı Birləşmiş Şəhər Xəstəxanasında dispanser qeydiyyatda olmamışdır və bu səbəbdən ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün olmamışdır. İş materiallarında olan X7, X11 və X8 tərəfindən tərtib edilmiş aktdan görünür ki, mərhum qonşuları X5 xx xxxxxx 2020-ci il tarixdə vəfat etmiş və Qobustan rayonu, Dərəkənd kənd qəbirstanlığında dəfn olunmuşdur. İş materialalrında olan Azərbaycan Respublikası Qobustan rayonu İcra Hakimiyyəti Bşaçısının Dərəkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 04 saylı arayışdan görünür ki, X5 xx.xx.2020-ci il tarixdə Qobustan rayonu Dərəkənd kənd qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan XVİİİ-JQ seriyalı, 454175 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi anası X3r. İş materiallarında olan Ərizəçi məxsus AZE No ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1977-ci il tarixdə Şamaxı rayonunda anadan olmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan X4 məxsus AZE No 02530242 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx xxxx 1952-ci il tarixdə Şamaxı rayonunda anadan olmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri Təcili və X9 Stansiyasının 20 saylı bölməsi tərəfindən verilmiş sahə həkimi üçün xəbərdarlıq vərəqəsindən görünür ki, xx xxxxxx 2020-ci il tarixdə saat 14:39 radələrində X2 adına çağırış daxil olmuş, həkiməqədər ölüm, qadın cinsli meyit aşkar edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. İş üzrə sübutlara hüquqi qiymət verərək məhkəmə müəyyən edir ki, təqdim olunmuş sübutlarla ərizəçinin anası xx.xx.1952-ci il təvəllüdlü X2 xx xxxxxx 2020-ci il ildə Bakı şəhərində vəfat etməsi faktı təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarının 9-cu bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi anası xx xxxx 1952-ci il təvəllüdlü X2 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-1274/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1274/2021
23.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver