Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-1284/2024 28.02.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı əmlak və borc tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nağıyeva Süsənbərə məxsus mebel avadanlığının Nağıyeva Süsənbərə tam şəkildə qaytarılması, “Bank of Baku” kredit təşkilatından götürülmüş səkkiz min manat pul borcunun qalıq hissəsinin ödənilməsi cavabdehə həvalə və cavabdehin Süsənbərə eləcə də onun qohumalarına qarşı xoşagəlməz hərəkətlər etməkdən əl çəkindirmək barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 150.0.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi geri qaytarılır. 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, hazırkı mülki iş üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada iddia qiymətinə uyğun olaraq dövlət rüsumu ödənilməli olduğu halda iddiaçı tərəfindən dövlət rüsumu ödənilməmişdir. Bundan başqa, hazırkı halda kiçik iddiaya dair ərizədə Cavabdeh rəsmi qeydiyyat ünvanı kimi ünvan 1dilmişdir. Məhkəmə onu da qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, hazırkı mülki iş üzrə iddia tələbinin predmeti məhz X1 və Cavabdeh arasında birgə nikah dövründə əldə edilmiş əmlak ilə bağlı olsa da İddiaçı tərəfindən irəli sürülmüşdür və iddia ərizəsinə əvvəllər məhkəmənin icraatında olmuş işə ər-arvad arasında nikahın ləğvinə dair 2(002)-1301/2023 saylı mülki iş üzrə mediasiya mərhələsində verilmiş ilkin mediyasiya sessiyası arayışı əlavə edilmişdir. Beləliklə, birgə nikah dövründə əldə edilmiş əmlak ilə bağlı ailə mübahisəsinin həll edilməsi ilə bağlı ilkin medasiya sessiyasında iştirak etməsinin nəticəsinə dair müvafiq arayış və ya müvafiq protokol iş materiallarına əlavə edilsə də xx.xx.2023-cü il tarixli mediasiya arayış tərəflərin indiki mübahisəsi ilə əlaqədar olmamışdır. Bu halda məhkəmə hesab edir ki, hazırkı mülki iş üzrə iddia tələbi ərazi aidiyyətinə görə Qaradağ Rayon Məhkəməsinin səlahiyyətinə aid olmadığından iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149, 150, 152.1.2, 152.2 və 152.4-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nağıyeva Süsənbərə məxsus mebel avadanlığının Nağıyeva Süsənbərə tam şəkildə qaytarılması, “Bank of Baku” kredit təşkilatından götürülmüş səkkiz min manat pul borcunun qalıq hissəsinin ödənilməsi cavabdehə həvalə və cavabdehin Süsənbərə eləcə də onun qohumalarına qarşı xoşagəlməz hərəkətlər etməkdən əl çəkindirmək tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə İddiaçı geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin geri qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində, elektron qaydada Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Aslanova
Məhkəmə qərarları › İş №2(002)-1284/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-1284/2024
28.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver