Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1290/2020 12.08.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində qeyd etməklə, «şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi barədə hüquqi faktın müəyyən ediməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində qeyd etməklə, «şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi barədə hüquqi faktın müəyyən ediməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı, xx.xx.1967-ci ildə Cəbrayıl rayonunda doğulmuş X1xx xxxx 2020-ci il il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X3 onun qardaşı olmaqla xx xxxxxx 1967cı ildə Cəbrayıl rayonu Balyand kəndində doğulmuşdur. Qardaşı sonradan Ukrayna Respublikasında yaşamaqla Ukrayna Respublikasının vətəndaşlığını qəbul etmiş və uzun müddət orada yaşamaqla xəstəliyi ilə əlaqədar Bakı şəhərinə gəlmiş və ona məxsus evə müvəqqəti qeydiyyata düşmüşdür. Qardaşı xəstə olmaqla xx xxxx 2020-ci il tarixdə vəziyyəti ağırlaşdığına görə təcili yardım çağırmışlar, həkim gələnə kimi qardaşı artıq vəfat etmişdir. Qardaşını el adəti ilə Lökbatan qəbiristanlığında dəfn etsələr də həmin vaxtı ölüm haqqında şəhadətnaməsi almamışlar. Belə ki, həmin vaxt başları dəfn mərasiminə qarışdığı üçün bu barədə lazimi orqana müraciət etməmişlər. Sonradan bu barədə poliklinkaya müraciət etsə də, ona ölüm şəhadətnaməsi almaq üçün tibbi şəhadətnamə verilməmişdir. Hazırda qardaşının müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi ona bəzi hüquqi sənədləri, o cümlədən qardaşına ölüm haqqında şəhadətnamə əldə etmək üçün lazımdır. AR MPM-in müvafiq maddələrinə əsasən ərizəsinin təmin edilməsini xahiş edir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmənin ünvanına ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, şahid Məmmədov Qafar Dövlət oğlu məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, ərizəçi onun dayısıdır. Ərizəçinin qardaşı yəni onun dayısı Alıyoşa Ukrayna vətəndaşı idi, xəstə olduğu üçün Bakıya gəlmişdi. xx xxxx 2020-ci il il tarixdə Bakı şəhərində ərizəçiyə məxsus evdə vəfat etdi. X5 Aslanovna məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, ərizəçi onun qonşusudur. Ərizəçinin qardaşı X3 xx xxxx 2020-ci il ərizəçiyə məxsus evdə xəstəlikdən vəfat etmişdir. Yas mərasimində iştirak edib. X3 xx xxxx 2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktını təsdiq edir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, ölüm faktının müəyyən edilməsi tələb edilən şəxs ərizəçinin qardaşıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş FA559525 nömrəli Ukrayna Respublikasının pasportunun surətindən görünür ki, X3 xx.xx.1967-ci il tarixdə Cəbrayıl rayonunda doğulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş AR Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Qaradağ rayon Sektorunun xx xxxxx 2020-ci il tarixli arayışının surətindən görünür ki, Ərizəçi qeydiyyat ünvanı Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, ev 14, mənzil 22-dir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş A3 seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.1967-ci il tarixdə Cəbrayıl rayonunda doğulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş İİ-JQ seriyalı 472840 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1974-cü il tarixdə Cəbrayıl rayonunda doğulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Maraqlı şəxs xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, qeyd olunan faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhər Baş Səhiyyə İdarəsinin 19 saylı X2 xx.xx.2020-ci il tarixli məktubunun surətindən görünür ki, X1 xarici vətəndaş olduğu üçün tərəflərindən ölüm haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Qaradağ rayon Lökbatan qəsəbə Məscidinin Dini icmasının sədri F.Əhmədov tərəfindən 17 nömrəli 2020-ci ilin aprel ayında verilən arayışdan görünür ki, X3 xx.xx.2020-ci il tarixdə vəfat etmiş və Lökbatan qəsəbə qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş BŞT və TTYS 15 saylı bölməsinin ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X3 xx xxxx 2020-ci il il tarixdə həkim gələnə qədər ölmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında Olduğu Yer üzrə Qeydiyyata alınması barədə 80757195 nömrəli bildirişdən görünür ki, X3 xx xxxxxx 2020-ci il tarixdə sərhədi keçərək Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, ev 14, mənzil 22-də qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Bu Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Qeyd olunan mülki prosessual hüquq normalarının məzmunundan görünür ki, həmin normalarda xüsusi icraat qaydasında məhkəmə tərəfindən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin şərtləri nəzərdə tutulmuşdur. Həmin şərtlər qeyd olunan maddələrdə aşağıdakı ardıcıllıqla göstərilmişdir: - ərizəçinin müəyyən edilməsini məhkəmədən xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır; - ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onları bərpa edə bilməməlidir. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədləri başqa qaydada ala bilməməsi dedikdə, həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Başqa sözlə, müəyyən edilməsi tələb edilən hüquqi əhəmiyyətli faktı təsdiq edən hər hansı sənədin əldə olunması və ya bərpa edilməsi mümkün olmamalıdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmə Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1.4-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi, Ərizəçi qardaşının ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, xx.xx.1967-ci ildə Cəbrayıl rayonunda doğulmuş X1 xx xxxx 2020-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmadığından ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir və onun qardaşı olanxx.xx.1967-ciiltəvəllüdlü BaxşalıyevAlıyoşaRafiqoğlunun xx xxxx 2020-ci il il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1967-ci il tarixdə Cəbrayıl rayonunda doğulmuş X1 xx xxxx 2020-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi X1 ölümünün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-1290/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1290/2020
12.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver