Məhkəmə qərarları › İş №2(002)-132/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-132/2023

21.02.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-132/2023 21.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, Salmanova Könül Xasay qızının katibliyi, İddiaçının qəyyumu Qanuni nümayəndə, İddiaçının nümayəndəsi və vəkili X18, Cavabdehin nümayəndəsi X14 iştirakı ilə, İddiaçı qəyyumu Qanuni nümayəndə Cavabdeh qarşı «mirasın qəbul edilməsi müddətinin ötürülməsinin üzürlü hesab edilməsi, vərəsə kimi tanınmaq, miras əmlakın bölünməsi və verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı qəyyumu Qanuni nümayəndə Cavabdeh qarşı «mirasın qəbul edilməsi müddətinin ötürülməsinin üzürlü hesab edilməsi, vərəsə kimi tanınmaq, miras əmlakın bölünməsi və verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1971-ci il tarixdə doğulmuş, fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş və buna görə də, üzərində qəyyum təyin edilmiş, ünvan 1 ünvanda rəsmi qeydiyyatda olan və yaşamış İddiaçı atası X10 vəfatından sonra qalmış miras əmlakın qəbul edilməsi müddətinin ötürülməsini üzürlü hesab etməklə, vərəsə kimi tanınması, miras əmlakın bölünməsi və verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı qəyyumu Qanuni nümayəndə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, mirasın qəbul edilməsi müddətinin ötürülməsinin üzürlü hesab edilməsi; vərəsə kimi tanınaraq, miras əmlakın bölünməsi və verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən etibarsız hesab edilməsi, həmin vərəsəlik haqqında şəhadətnamə üzrə qardaşı X13 miras qalmış və onun ölümündən sonra özgəninkiləşdirilmiş əmlakdan əldə edilmiş pul vəsaitinin 1/8 hissəsinin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qəyyumu Qanuni nümayəndə iddia ərizəsini onunla əsaslandırmışdır ki, ailədə 8 qardaş və bacı olmuşlar. ünvan 1 ünvanda valideynləri ilə birlikdə yaşamışlar və qeydiyyatda olmuşlar. X9 xx.xx.1979-cu ildə, atası X15 xx.xx.2004-cü il tarixdə vəfat etmişdir. Atasının vəfatından sonra Bakı şəhəri 8 saylı Dövlət notariat ofisinə qardaşı X11 müraciəti əsasında 2005-ci ildə 28/2005 saylı vərəsəlik işi açılmış və qardaşı X13 vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Şəhadətnamə verilərkən vərəsələrin dairəsi müəyyənləşdirilməmiş, qanun üzrə 1-ci növbə vərəsə olan digər qardaş və bacılar olmasına baxmayaraq, miras qoyanın vərəsəsi kimi yalnız X16 nəzərə alınmışdır. X1 adına keçirdiyi ünvan 2 ünvanda yerləşən mənzili 2014-cü ildə satmışdır. Mənzili hansı qiymətə satdığı belə məlum deyil. Vərəsəlik işi açılarkən atasının xüsusi mülkiyyətində olan mənzilin yerləşdiyi ünvanda daimi pasport qeydiyyatında olmuşlar. Miras qoyandan vəsiyyətnamə olmamışdır. Qanun üzrə birinci növbə vərəsə olan qardaşlardan Adil, Hacıbaba, bacılarından Nəsibə vəfat etmiş, Namik, Sevda, Pərvanə adlı qardaş və bacıları sağdırlar. Göstərilən vərəsələr içərisində bacısı İddiaçı xx.xx.1971-ci il tarixdə doğulmuşdur. Anadangəlmə əlildir və ona xx.xx.1987-ci ildə İ qrup üzrə ömürlük əlillik verilmişdir. O, atasının və anasının sağlığında və sonuncuların ölümündən sonra da qeyd edilən ünvanda yaşamışdır. Sağlamlıq baxımından digərlərinin qulluğuna ehtiyacı olduğundan atasının himayəsində olmuşdur. Lakin qardaşı Əhmədağa vərəsəlik işi ilə əlaqədar 8 saylı notariat ofisinə müraciət edərkən onlara məlum olmayan səbəblərdən əlil bacısı Pərvanə təqdim edilən arayışa vərəsə kimi daxil edilməmiş və vərəsəliyə çağırılmamışdır. Halbuki, Pərvanə onlarla birlikdə yaşamışdır. Qardaşı Əhmədağa xx.xx.2005-ci il tarixli 7E-3474 reyestr nömrəli ərizəsində də atasının yeganə vərəsəsi olduğunu göstərmişdir. Əhmədağa Rüstəmov vərəsəlik yolu ilə adına keçirdiyi sözügedən mənzili 2014-cü ildə Bakı şəhəri 8 saylı notariat ofisində satmışdır. Həmin mənzili satdıqdan sonra ünvan 3 ünvanda yerləşən mənzili 2014-cü ildə almış və əlil bacısı Pərvanə də daxil olmaqla ailəsi ilə birlikdə həmin mənzilə köçmüş və orada yaşamışdır. Qardaşı Əhmədağa 2018-ci il tarixdə vəfat etdikdən sonra qardaşının arvadı Cavabdeh ünvan 3 ünvanda yerləşən mənzili içərisində olan bir sıra əşyalarla birlikdə ər-arvad X29 və X23 55.000 manata satmışdır. Bildirir ki, 2005-2019-cu il müddətində bacısı Pərvanənin pensiyası qardaşı və onun arvadı Cavabdeh tərəfindən alınmış və öz ehtiyaclarına xərclənmişdir. Qeyd edilən mənzili satdıqdan sonra İ qrup əlil olan bacısı İddiaçı Cavabdeh tərəfindən evdən qovulmuşdur və onlarla bütün əlaqələr kəsilmişdir. Faktiki olaraq qardaşı X11 və onun vəfatından sonra arvadı Cavabdeh qanunsuz hərəkətləri nəticəsində vərəsəlik hüququ pozulmuş, bacısı İddiaçı xəstəliyi (əlilliyi), onun psixoloji durumu, vərəsə kimi mülki qanunvericiliklə müəyyən edilmiş tələblərə (qaydalara) əməl etməyə imkan verməmişdir. Bacısının anadangəlmə xəstə olması, İ qrup ömürlük pensiyası təyin edilməsi, habelə onun fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən nəzərə alınmalıdır. Belə bir psixoloji durumda olan şəxs tərəfindən vərəsəlik, vərəsə kimi pay almaq haqqında düşünmək absurd bir fikirdir. Digər bacı və qardaşları da hərəkətsizlik göstərmişlər. Bacısı İddiaçı vətəndaş olaraq pozulmuş hüquqlarının bərpası məqsədi ilə qanunvericiliyə uyğun Qaradağ rayon Məhkəməsinə müraciət etmişdir. Qaradağ rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(002)-808/2021 saylı qətnaməsi ilə İddiaçı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. 08 iyul 2021-ci il tarixdə Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinin başçısının 169 saylı sərəncamı ilə onun üzərində qəyyum təyin edilmişdir. Atasının vəfatından sonra qanun üzrə birinci növbə vərəsələrin, xüsusilə fəaliyyət qabiliyyəti olmayan, üzərində qəyyum təyin edilmiş bacısı İddiaçı qanuni maraq və mənafeləri kobud şəkildə pozulmuşdur. Vərəsəlik işi açılarkən və mənzil satılarkən təqdim edilmiş sənədlərdə bilərəkdən Pərvanə barədə məlumat göstərilməmişdir. Hesab edir ki, mərhum qardaşları X11 və onun vəfatından sonra arvadı Mətanətin hərəkətləri əsassız varlanmağa yönəlmişdir. Qanun üzrə birinci növbə vərəsə olan, fəaliyyət qabiliyyəti olmayan, bu səbəbdən üzərində qəyyum təyin edilmiş bacısı İddiaçı tərəfindən mirasın faktiki qəbul edilməsinə qardaşı Əhmədağa kimi onunla birlikdə vaxtında əməl etmişdir. Lakin onun iradəsindən asılı olmayan səbəblərdən, habelə bilərəkdən ona çatacan miras payından qardaşı Əhmədağa və onun arvadı Cavabdeh tərəfindən məhrum edilmişdir. Halbuki, əgər vəsiyyətnamə olsaydı belə və vəsiyyətnamədə miras qoyanın himayəsində olmuş və özlərini müstəqil saxlaya bilməyən əmək qabiliyyəti olmayan şəxslərin adları göstərilməmişdirsə (çəkilməmişdirsə) onlar mirasdan dolanacaq təminatı (alimentlər) tələb edə bilərlər. İşin faktiki halları Pərvanənin vərəsəlik hüququnun kobud şəkildə pozulmasını şəksiz sübut edir. Digər vərəsələr tərəfindən mirasdan imtina olunmamışdır. Vərəsəlik hüquqları pozulmuş bacısı İddiaçı sağlamlığına, psixoloji durumuna, habelə ailə daxili münaqişələrə görə vərəsə kimi mirasdan pay almamışdır. Məhkəmə işə baxarkən qeyd edilən halları tam araşdırıb ədalətli hüquqi qiymət verməlidir. Vərəsəlik qaydasında atasının əmlakını ələ keçirmiş qardaşı Əhmədağanın sağlığında və onun ölümündən sonra həmin əmlakdan öz xeyrinə qanunsuz istifadə etmiş Cavabdeh əməlinə hüquqi qiymət verilməlidir. Onlar ataları X15 ilə həmişə mehriban münasibətdə və təmasda olmuşlar, ona qulluq göstərmiş, xüsusilə bacısı Pərvanə atasının yanında yaşadığından, tez-tez onlara baş çəkmişlər. Hesab edir ki, yaşayış evi, maddi təminatı, habelə fəaliyyət qabiliyyəti olmayan, İ qrup əlil İddiaçı taleyinin hüquqi yolla həll edilməsi zəruri və vacibdir. İddiaçının qəyyumu Qanuni nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili X30 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəməyə iddiaya etiraz təqdim edərək, etirazda göstərmişdir ki, mərhum əri X16 ilə 12 dekabr 1990-cı ildə ailə münasibəti qurmuş və ünvan 1 ünvanda yaşamağa başlamışdır. Baldızı İddiaçı onlarla birlikdə yaşamışdır. Mərhum qayınatası X15 xəstə olduğu üçün bir müddət yataq xəstəsi olmuş və 04 noyabr 2004-cü il tarixdə vəfat etmişdir. Mərhum qayınatasının 8 uşağı olmuşdur. Lakin, qayınatası onlarla birlikdə yaşadığı üçün və qayınatasına qulluq etdikləri üçün ümumi qəbul olunmuş adət-ənənələrə uyğun olaraq mənzili şifahi qaydada mərhum əri Əhmədağa Rüstəmova vəsiyyət etmişdir. Bundan sonra mərhum əri vərəsəlik haqqında şəhadətnamə almışdır. Həmim vəsiyyətnamənin alınmasında o, qanun üzrə vərəsə olmadığı üçün iştirak etməmişdir və vərəsəlik işində hansı sənədlərin olması və ya kimlərin iştirak etməsi ona məlum olmamışdır. Sonradan mərhum əri vərəsəlik haqqında şəhadətnaməyə əsasən mənzilə öz adına çıxarış almış və 2014-cü ilədək həmin mənzildə iddiaçı da daxil olmaqla ailə üzvləri bir yerdə yaşamışlar. Daha sonra həmin mənzili xatırlamadığı bir məbləğə mərhum əri özgəninkiləşdirmiş və Səbail rayonu 2-ci Bibiheybət döngəsi 31 ünvanda yaşayış sahəsi almışlar. Həmin yaşayış sahəsinin qeydiyyat sənədləri olmadığı üçün notarial qaydada alğı-satqı müqaviləsi imzalanmamışdır. Həmin yaşayış sahəsinin qiyməti özgəninkiləşdirdikləri evdən çox olduğu üçün mərhum əri yaxın çevrəsindən borc almışdır. Mərhum əri 12 noyabr 2018-ci il tarixdə vəfat etmişdir. Son vaxtlar mərhum ərinin müalicəsi ilə bağlı xeyli vəsait xərclədikləri və mərhum ərinin vəfatı ilə əlaqədar gəlirlərinin kəskin azalması səbəbindən elə həmin il evi Adil Eynullayev adlı şəxsə satmışdır. Daha sonra mənzil sahəsi kirayələyərək ailə üzvləri və İddiaçı ilə həmin mənzil sahəsinə köçmüş və bu günədək həmin mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. 2020-ci ilin avqustunda iddiaçının qanuni nümayəndəsi ona «WhatsApp» mobil tətbiqi vasitəsi ilə yazaraq iddiaçının sənədlərini istəmiş və bundan sonra özünün bacısının qeydinə qalacağını bildirmiş, həmçinin bu günədək bacısının qeydinə qaldığı üçün ona təşəkkür etmişdir. Bundan sonra da iddiaçı ilə əlaqələri olmuş, sonuncunun doğum günlərində də iştirak etmişdir. İddiaçının qanuni nümayəndəsinin 2005-2009-cu illərdə İddiaçı təyin edilmiş əlilliyə görə müavinətinin (pensiyanın) mərhum və ərinin şəxsi xərclənməsi ilə sadəcə iddiasını gücləndirmək üçün əsassız fikir bildirməkdən başqa bir şey deyildir. Əgər bu belə olsaydı belə bir bacı kimi mərhum ərinin sağlığında buna niyə münasibət bildirməmişdir? İddiaçı fəaliyyət qabiliyyətsiz hesab etdirib, onu himayəsi altına almamışdır? Eyni sualları iddiaçının qanuni nümayəndəsinə iddiasının əsasını təşkil edən miras əmlakının qəbul edilməsi ilə də bağlı ünvanlamaq olar. Özü də mərhum qayınatası Məmmədrza Rüstəmovun qanun üzrə vərəsəsi olmuşdur. Niyə həmin müddətdə vərəsəlik işində ərizə ilə özü və bacısı İddiaçı üçün müraciət etməmişdir? İddia ərizəsində göstərdiyi kimi bacısının psixoloji durumunun pay almaq barədə fikirləşməsini absurd adlandırsa da, özünün sağlamlıq imkanları buna imkan verdiyi halda heç bir hərəkət etməmiş və 18 il gözləmişdir? Bu cür sualların miqdarını hədsiz çoxaltmaq olsa da, məhkəmənin dəyərli vaxtına qənaət etmək üçün etirazının hüquqi əsaslandırılmasını qeyd etmək istəyir. İddia ərizəsindən də göründüyü kimi miras əmlakını o deyil, mərhum əri Əhmədağa Rüstəmov qəbul etmiş və bu barədə vərəsəlik haqqında şəhadətnaməni 8 saylı notariat orqanı vermişdir. İş üzrə iddiaya cavab verməli şəxs o deyil, mərhum əri və 8 saylı notariat orqanıdır. Həmçinin qeyd etmək istəyir ki, əri vəfat etdikdən sonra heç bir vərəsəlik işi açılmamış və onun hüquqi varisi müəyyən edilməmişdir. İddiaçının qanuni nümayəndəsi 2021-ci ildən İddiaçı rəsmi nümayəndəsi olduqdan sonra vərəsəlik işində özünün və digər bacı-qardaşlarının iştirak etmədiyini 2005-ci ildən bildiyi halda heç bir iddia irəli sürməmiş, hətta iş üzrə materiallardan 8 saylı notariat ofisində verilmiş 10 saylı vəkil bürosunun vəkili X24 xx.xx.2022-ci il tarixdə ünvanlanmış məktubda da bacısı İddiaçı vərəsəlik işində iştirak etmədiyini bilmiş, lakin məhkəməyə 4 ay sonra, 2022-ci ilin oktyabr ayında müraciət etmişdir. Hesab edir ki, iddiaçının mərhum qardaşı və onun barəsində iddia ərizəsində əsassız olaraq qeyd etdiyi fikirləri özü bacısı İddiaçı fəaliyyət qabiliyyətsiz olması və özünün onun himayəçisi olmasından sui-istifadə edərək, öz maddi vəziyyətinin yaxşılaşdırılmasına yönəlmişdir. Bu səbəbdən hesab edir ki, iddia müddəti üzürsüz səbəblərdən buraxıldığı üçün bərpa edilməməli; iddia müddətinin üzürlü səbəblərdən buraxlıması qənaətinə gəlinərsə iddiaya cavab verməli şəxs olmadığı üçün iddiaçının qanuni nümayəndəsinə cavabdehin əsl cavabdehlə əvəz olunması təklif olunmalı; iddiaçının qanuni nümayəndəsi cavabdehin əsl cavabdehlə əvəz olunmasına razılıq vermədikdə iddia tələbi rədd edilməlidir. Cavabdehin nümayəndəsi X20 məhkəmə iclasında iddia tələbini qəbul etmədi, iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etdi, etiraz ərizəsində qeyd edilənlərə uyğun izahat verərək, iddia müddəti tətbiq etməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının qəyyumunun və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(002)-808/2021 saylı qətnaməsindən görünür ki, ərizəçi Qanuni nümayəndə maraqlı şəxs Qaradağ rayon İcra Hakimiyyətinə qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi təmin edilmiş, İddiaçı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. - Bakı şəhəri 8 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli 1140 saylı məktubundan görünür ki, X10 xx.xx.2004-cü il tarixdə ölümündən sonra Bakı şəhəri 8 saylı dövlət notariat kontoruna 2005-ci ildə müraciət daxil olmuş, 28/2005 nömrəli vərəsəlik işi açılmış və X3na vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 2005-ci ildə vərəsələrin dairəsi Mənzil istismar sahələrinin və qəsəbə nümayəndəliklərinin arayışları əsasında müəyyən edilirdi. Miras qoyanın X3 miras qalmış əmlaka vərəsəlik işi açdırarkən Qaradağ rayon MKTB 132 saylı MKİS-in xx.xx.2005-ci il tarixli 2394 nömrəli arayışını təqdim etmişdir. Həmin arayışda miras qoyanın yalnız X3 göstərilmişdir. Miras qoyanın X3 ölənin yeganə vərəsə olması barədə xx.xx.2005-ci il tarixli 7E-3474 reyestr saylı ərizəsində də qeyd etmişdir. Miras qoyanın X3 adına keçirdiyi ünvan 2 ünvanda yerləşən mənzili 2014cü ildə ünvan 6radağ rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 132 saylı MKİS-dən xx.xx.2014-cü il tarixdə aldığı 18 nömrəli arayışı təqdim etmişdir. Həmin arayışa əsasən ünvan 2 ünvanda yerləşən mənzildə adları arayışda qeyd olunan şəxslərdən razılıq ərizələri alınmışdır. Bu günkü günə qədər xx.xx.2004-cü il tarixdə vəfat etmiş X7 miras qalmış əmlaka dair X3ndan başqa digər vərəsələri mirasın qəbulu ilə bağlı notariat ofisinə müraciət etməmişlər. - 132 saylı MKİS-in 24 may 2022-ci il tarixli 500 saylı məktubundan görünür ki, X16 mərhum atasının adına olan Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi Eduard İmanov küçəsi 1 saylı evin 59 saylı mənzilini öz adına keçirib və xx.xx.2014-cü il tarixdə X6. Halhazırda mənzil X21 məxsusdur. Qaradağ RPİ-dən 132 saylı MKİS-ə vətəndaşların qeydiyyata düşmə və çıxma haqqında məlumat verilmədiyi üçün yuxarıda qeyd olunan ünvanda kimlərin qeydiyyatda olduqları barədə dəqiq məlumatları yoxdur. - Bakı şəhəri Tİ və MHQİ tərəfindən verilmiş 29 sentyabr 2005-ci il tarixli ÖM seriyalı 247430 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi Eduard İmanov küçəsi 1 saylı evin 59 saylı mənzili xüsusi mülkiyyət kimi X11 adına qeydiyyata alınmışdır. - 24 yanvar 2014-cü il tarixdə bağlanmış AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, X16 özünə məxsus olan Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi Eduard İmanov küçəsi 1 saylı evin 59 saylı mənzilini X2. - Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 28 yanvar 2014-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi Eduard İmanov küçəsi 1 saylı evin 59 saylı mənzili xüsusi mülkiyyət kimi X17 adına daşınmaz əmlakın dövlət reyestrində 2054 saylı reyestr kitabının 189937 saylı vərəqində qeydiyyata alınmışdır. - 132 saylı MKİS-in 25 may 2022-ci il tarixli arayışından görünür ki, Qaradağ rayon Polis İdarəsinin pasport qeydiyyat portalında xx.xx.1965-ci il təvəllüdlü Qanuni nümayəndə ünvan 8 ünvanda xx.xx.2016-cı ildən, xx.xx.1971-ci il təvəllüdlü İddiaçı xx.xx.2021-ci il tarixdən qeydiyyatdadırlar. - Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti başçısının 08 iyul 2021-ci il tarixli 169 saylı sərəncamından görünür ki, Qanuni nümayəndə bacısı 31 may 1971-ci il təvəllüdlü İddiaçı üzərində qəyyum təyin edilmişdir. - 132 saylı MKİS-in 30 may 2005-ci il tarixli arayışından görünür ki, X11 atası X15 vəfat edənədək ünvan 8 ünvanda aşağıdakı ailə üzvləri ilə birgə yaşamışdır:

1. X3.

2. Gəlini Cavabdeh.

3. X4.

4. X5.

5. X12. - Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli ******* saylı arayışdan görünür ki, İddiaçı 03 oktyabr 2005-ci il tarixdən ünvan 8 ünvanda qeydiyyatdadır. - 132 saylı MKİS tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli 2 saylı forma üzrə arayışdan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən ünvan 8 ünvanda müvəqqəti qeydiyyatda olan şəxs kimi göstərilmişdir. - Təqdim olunmuş şəhadətnamələrdən görünür ki, İddiaçı miras qoyan X10 doğma qızı, qəyyum Qanuni nümayəndə bacısı, Cavabdeh baldızıdır. Vərəsəlik işindəki sənədlərdən görünür ki, Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi Eduard İmanov küçəsi 1 saylı evin 59 saylı mənzili X10 mülkiyyətində olmuşdur. X10 adına Bakı şəhəri Tİ və MHQİ tərəfindən xx.xx.1996-cı il tarixdə MH seriyalı 007840 saylı qeydiyyat vəsiqəsi verilmişdir. X15 Bakı şəhərində, ürək dayanmasından 04 noyabr 2004-cü il tarixdə vəfat etmişdir. Miras qoyanın X3 132 saylı MKİS-in təqdim etdiyi arayışı və digər sənədləri Bakı şəhəri 8 saylı notariat kontoruna təqdim etmiş, 28/2005 saylı vərəsəlik işi açılmışdır. İddiaçı birinci növbə vərəsə olmasına baxmayaraq, miras açılan vaxt cəlb edilməmişdir (çağırılmamışdır). Məhkəmə vurğulayır ki, İddiaçı fəaliyyət qabiliyyətsiz olmaqla, başqa şəxsin qayğısına daim ehtiyacı var. Beləliklə, miras qoyanın X3 miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə (xx.xx.2005-ci il tarixli, 2V-İ 70 reyestr nömrəli) almış, həmin əmlaka dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (qeydiyyat vəsiqəsi) almış, sonradan mənzili vicdanlı alıcı olan X2. Bütün bu müddət ərzində iddiaçı X16 ilə həmin ünvanda yaşamışdır. X32 özünə başqa ünvanda sənədsiz olan evi faktiki olaraq əldə etmiş, ailə üzvləri, o cümlədən bacısı olan iddiaçı ilə həmin evə köçmüşdür. İddiaçı X11 vəfatından sonra, anadangəlmə İ qrup üzrə ömürlük əlil olan İddiaçı bir müddət qardaşının evində yaşasa da, sonradan iş üzrə cavabdeh ünvan 3 ünvanda yerləşən mənzili içərisində olan bir sıra əşyalarla birlikdə faktiki olaraq başqa şəxslərə satmışdır. İddiaçı yaşadığı yerdən məhrum olmuş, miras qoyanın ailə üzvü kimi hüquqları pozulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X28 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Həmin Konvensiyanın 13-cü maddəsində isə göstərilir ki, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. Azərbaycan Respublikası MPM-in 4.1 və 4.2-ci maddəsində isə qeyd olunur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halda hüquqi qiymət verməlidir. X11 niyyət və məqsədini nümayiş etdirən sübutlardan biri – yuxarıda göstərilən, notariat orqanına təqdim etdiyi ərizədir. Həmin ərizədə vərəsələr barədə notariat kontoruna məlumat verərkən, ərizədə iddiaçının adını göstərməmişdir. Digər sözlə ifadə etdikdə, vərəsəliyə çağırılmalı olan İddiaçı vərəsələrin dairəsi qeyd edilən ərizədə göstərilməməklə, faktiki olaraq mərhum qardaşı tərəfindən aidiyyəti orqanlardan gizlədilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145 və 1146-cı maddələrinə əsasən miras fıziki şəxsin ölümü və ya məhkəmə tərəfındən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fıziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1157-ci maddəsinə əsasən əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir. 1159.1.1-ci maddəsinə görə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı birinci növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4-cü maddəsinə əsasən sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1160-ci maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mülki Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. «Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). İşin faktiki hallarından göründüyü kimi, iddiaçı birinci növbə vərəsə olmasına, miras qalmış mənzildə yaşamasına, mənzildən təyinatı üzrə istifadə etməsinə baxmayaraq, mərhum qardaşı notariat orqanına ərizə ilə müraciət edərək, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alarkən iddiaçıya bu barədə məlumat verməmiş, notariat orqanına təqdim etdiyi ərizədə onun adını göstərməmişdir. Halbuki, miras şərikləri bir-birinə zəruri məlumat verməklə, vərəsəliyə çağırıldıqlarını bir-birinə bildirməlidirlər. İddiaçı da mərhum qardaşı kimi birinci növbə vərəsədir, atası vəfat edəndən həmin mənzildə yaşamışdır. Göründüyü kimi, Bakı şəhəri 8 saylı Notariat Ofisi tərəfindən X11 adına verilmiş xx.xx.2005ci il tarixli, 2V-İ 70 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qismən etibarsızdır. Çünki, iddiaçı qanun üzrə vərəsələrdən biri olduğu, miras qalmış əmlakdan imtina etməsi barədə notariat orqanına ərizə vermədiyi, atası vəfat edəndən miras qalmış mənzildə yaşamasına baxmayaraq, cavabdehin mərhum əri notariat orqanına ərizə verərkən vərəsələrin dairəsini tam göstərməməklə, iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur, qanun üzrə vərəsəlik almalı olan şəxslərin dairəsi dolğun göstərilməmişdir və iddiaçının da cavabdehin mərhum əri kimi atasından miras qalmış əmlakdan irs almaq hüququ var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən: 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddi hüquq normalarının tələblərindən və işin faktiki hallarından göründüyü kimi, iddia – Bakı şəhəri 8 saylı Notariat Ofisi tərəfindən X11 adına verilmiş xx.xx.2005-ci il tarixli, 2V-İ 70 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən etibarsız hesab edilməsinə dair hissədə əsaslıdır və təmin edilməlidir. İddia iddiaçının vərəsə kimi tanınması hissəsində də əsaslıdır və təmin edilməlidir. Çünki, iddiaçı da cavabdehin mərhum əri kimi mərhum atasının birinci növbəli vərəsəsidir, miras şərikidir və iddiaçının atasından miras qalmış mənzildən, hazırki durumda isə mənzili alan şəxsin vicdanlı alıcı olması nəzərə alınaraq, miras əmlakın satışından əldə edilmiş pul vəsaitindən 1/8 hissədə irs almaq hüququ var. Məhkəmə qeyd edir ki, iddia tələbi üzrə iddia müddəti ötürülməmişdir. İddiaçı İ qrup ömürlük əlil olmaqla, kənar şəxsin qulluğuna, qayğısına ehtiyacı olan şəxsdir. Müstəqil şəkildə hüquqları müdafiə etmək imkanına malik olmamışdır. İddia müddətinin axımı bacısı Qanuni nümayəndə onun üzərinə qəyyum təyin olunan vaxtdan hesablanmaqla, ötürülməmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri 8 saylı Notariat Ofisi tərəfindən X11 adına verilmiş xx.xx.2005-ci il tarixli, 2V-İ 70 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qismən etibarsız hesab edilməli; həmin vərəsəlik hüququ haqqında şəhadətnamə üzrə X13 atası X7 miras qalmış və onun tərəfindən sağlığında özgəninkiləşdirilmiş mənzilin satışından əldə edilmiş 41.800 manat məbləğində pulun 1/8 hissəsini təşkil edən məbləği mərhumun arvadı-vərəsəsi, Cavabdeh 5.225 manat məbləğində hissəsi tutularaq İddiaçı (qəyyumu Qanuni nümayəndə) verilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Bakı şəhəri 8 saylı Notariat Ofisi tərəfindən X11 adına verilmiş xx.xx.2005-ci il tarixli, 2V-İ 70 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qismən etibarsız hesab edilsin. Həmin vərəsəlik hüququ haqqında şəhadətnamə üzrə X13 atası X7 miras qalmış və onun tərəfindən sağlığında özgəninkiləşdirilmiş mənzilin satışından əldə edilmiş 41.800 manat məbləğində pulun 1/8 hissəsini təşkil edən məbləği mərhumun arvadı-vərəsəsi, Cavabdeh 5.225 manat məbləğində hissəsi tutularaq İddiaçı (qəyyumu Qanuni nümayəndə) verilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar