Məhkəmə qərarları › İş №2(002)-1339/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1339/2025

14.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1339/2025 14.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi2, Ərizəçinin nümayəndəsi X5 iştirakı ilə, Ərizəçi2 «şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi1 Bakı şəhəri Maraqlı şəxs qismində qeyd etməklə, «hüquqi əhəmiyyəti olan ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qayınanası – xx.xx.1958-ci il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(002)-1339/2025 saylı qərardadı ilə iş üzrə əsl olmayan Ərizəçi1 əsl ərizəçi, mərhumun qızı olan Ərizəçi2 ilə əvəz edilməsi qərara alınmışdır. Ərizəçi2 məhkəmə iclasında ərizəni müdafiə etdi və izahatında bildirdi ki, xx.xx.1958-ci il təvəllüdlü X3 onun anasıdır. Anası xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Başları dəfn mərasiminə qarışdığı üçün bu barədə lazımi orqana müraciət etməmişlər. Sonradan bu barədə poliklinikaya müraciət etsə də, anasının adına ölüm haqqında şəhadətnamə almaq üçün zəruri olan tibbi şəhadətnamə verilməmişdir. Hazırda anasının ölüm faktının müəyyən edilməsi ona bəzi hüquqi sənədlərin, eləcə də, ölüm haqqında şəhadətnamənin alınması üçün lazımdır. Məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Ərizəçinin nümayəndəsi X10 məhkəmə iclasında ərizəni müdafiə etdi, ərizəçinin izahatına əlavəsinin olmadığını və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və onun nümayəndəsinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şahid X4 ifadəsində bildirdi ki, ərizəçi gəlinidir. Ərizəçinin anası 2025-ci ildə onkoloji xəstəlikdən rəhmətə getmişdir. Lökbatan qəsəbə qəbristanlığında dəfn edilmişdir. Yas və dəfn mərasimlərində iştirak etmişdir. X1 ifadəsində bildirdi ki, ərizəçi qonşusudur. Ərizəçinin anası 2025-ci ilin fevral ayında vəfat etmişdir. Mərhumə onkoloji xəstəlikdən əziyyət çəkirdi. Lökbatan qəsəbə qəbristanlığında dəfn edilmişdir. Yas və dəfn mərasimlərində iştirak etmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, ölüm faktının müəyyən edilməsi tələb edilən şəxs ərizəçinin anasıdır. İş materiallarına əlavə olunmuş xx.xx.2011-ci il tarixdə verilmiş AZE seriyalı 08252597 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.1958-ci il tarixdə Lənkəran şəhərində doğulmuşdur. Təcili və X7 Stansiyası tərəfindən verilmiş 21 fevral 2025-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, həmin tarixdə saat 10:01-də Bakı şəhəri Binəqədi qəsəbəsi İİİ Mədən korpus 124 ünvana X2 adına çağırış daxil olmuş, 16 saylı bölmənin təcili tibbi yardım briqadası həmin ünvana gəlmiş və həkimə qədər ölüm – qadın cinsli meyit aşkar etmişdir. Bakı şəhəri Maraqlı şəxs 28 fevral 2025-ci il tarixli məktubundan görünür ki, Ərizəçi2 xx.xx.2025-ci il tarixdə vəfat edən X2 ölümünün qeydə alınması barədə ərizəsinə baxılmış, ona qanunvericiliyin tələbləri izah edilmiş, ölüm haqqında tibbi şəhadətnamə olmadığından X2 ölümünün qeydə alınmasının mümkün olmadığı bildirilmişdir. 35 nömrəli Şəhər Poliklinikasının 27 fevral 2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.1958-ci il tarixdə xx.xx.1958-ci il tarixdə doğulmuş və xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etmiş X2 35 Şəhər Poliklinikasında qeydiyyatda olmadığı və xəstəliyi ilə əlaqədar müraciət etmədiyi üçün ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, Ərizəçi2 anasının ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, 05 dekabr 1958-ci il tarixdə Lənkəran şəhərində doğulmuş X3 21 fevral 2025-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 05 dekabr 1958-ci il tarixdə Lənkəran şəhərində doğulmuş X2 21 fevral 2025-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar