Məhkəmə qərarları › İş №2(002)-1368/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1368/2022

27.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1368/2022 27.05.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə МÜƏYYƏN ЕТDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 21 iyul 1967-ci ildə doğulmuş atası X3 16 yanvar 2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi izahatında bildirdi ki, X8 onun atasıdır. Atası 21.07.1967-ci ildə Bakı şəhərində doğulmuşdur. Atası onunla birlikdə ünvan 1 ünvanında yaşamışdır, ürəyindən şikayəti olsa da müalicə almamışdır. Atasının 16 yanvar 2022-ci il tarixdə vəziyyəti ağırlaşdığına görə təcili yardıma aparmışlar, həkim müayinə edərək bildirmişdir ki, artıq atası vəfat etmişdir. Atasını el adət-ənənəsinə uyğun olaraq Sofihəmid qəbirstanlığında dəfn etmişlər. Onun başı atasının dəfninə və dəfnlə əlaqədar işlərə qarışdığına görə ölüm haqqında şəhadətnaməni həmin vaxt almamışdır. Sonradan poliklinikaya müraciət etmiş, lakin dispanser qeydiyyatı olmadığına görə ölüm haqqında şəhadətnaməni almaq üçün tibbi şəhadətnamə verilməmişdir. Hazırda ölüm haqqında şəhadətnamə bəzi hüquqi sənədləri əldə etmək üçün lazımdır. Qeyd olunanlara əsasən o, ərizə ilə məhkəməyə müraciət etmişdir və hazırda məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinin tələblərinə istinad edərək, ərizəyə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X5 ifadə verərək bildirdi ki, mərhum onun dayısıdır. Mərhum dayısı X3 vəziyyəti 16 yanvar 2022-ci il tarixdə ağırlaşmış və onu maşınla təcili tibbi yardıma aparmışlar, həkim onun artıq vəfat etdiyini bildirmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X2 ifadə verərək bildirdi ki, o, mərhumun dayısı nəvəsidir. X1 halı 16 yanvar 2022-ci il tarixdə pisləşdiyindən onu təcili tibbi yardıma aparmışlar, həkim onun artıq vəfat etdiyini bildirmişdir. Məhkəmə iş materiallarını araşdırıb, izahatı və şahidlərin ifadələrini dinləyib, təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə ərizə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X12 “X11” X12 tərəfindən verilmiş 16.03.2022-ci il tarixli, 92 saylı arayışdan görünür ki, X8 dispanser qeydiyyatda olmamış, onun ölüm diaqnozu məlum olmadığı üçün ölüm haqqında tibbi şəhadətnamənin təqdim edilməsi mümkün olmamışdır. İş materiallarında olan Məmmədov S., Qədirova G., Məmmədov O. tərəfindən tərtib edilmiş və öz imzaları ilə təsdiq edilmiş 15.03.2022-ci il tarixli aktdan görünür ki, ünvan 1də qeydiyyatda olmuş 21.07.1967-ci il təvəllüdlü X8 göstərilən ünvanda 16.01.2022-ci ildə vəfat etmiş, Sofihəmid Piri qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan Qaradağ rayon İcra Hakimiyyəti Qobustan qəsəbəsi inzibati dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 408 saylı arayışdan görünür ki, Bakı şəhəri Qaradağ rayonu, ünvan 1-də qeydiyyatda olmuş 21.07.1967-ci il təvəllüdlü X8 qonşuların aktına əsasən 16.01.2022-ci il tarixdə vəfat etmiş və Sofihəmid Piri qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan 20 saylı tibbi bölmənin sorğuya cavabından görünür ki, 16.01.2022-ci il tarixdə saat 19:46-da X8 adına çağırış olmuş, müayinə zamanı həkiməqədər ölüm, kişi cinsli meyit aşkar edilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı, 656674 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi 23 avqust 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ərizəçi atası X6r. İş materiallarında olan X7 məxsus AZE N 17497684 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 21.07.1967-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. İş üzrə sübutlara hüquqi qiymət verərək məhkəmə müəyyən edir ki, təqdim olunmuş sübutlarla ərizəçinin atası 21 iyul 1967-ci ildə Bakı şəhərində doğulmuş X3 16 yanvar 2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12.04.2019-cu il tarixli Qərarının 9-cu bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi atası 21 iyul 1967-ci ildə doğulmuş X3 16 yanvar 2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar