Məhkəmə qərarları › İş №2(002)-1381/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1381/2023

17.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1381/2023 17.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Həsənzadə Zöhrə Ədalət qızının katibliyi, Ərizəçi, onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə МÜƏYYƏNЕТDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1962-ci il təvəllüdlü atası X2 08 yanvar 2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi ərizəsinə uyğun izahat verərək bildirdi ki, ünvan 1 ünvanında qeydiyyatda olmuş atası xx.xx.1962-ci il təvəllüdlü X5 şəkər xəstəsi olmuşdur. Onun xx.xx.2023-cü il tarixdə yolda vəziyyəti ağırlaşmış, təcili yardım vasitəsilə aparıldığı “X11”də xx.xx.2023-cü il tarixdə saat 17:45-də vəfat etmişdir. Mərhum atası Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən Sofi Həmid qəbirstanlığında dəfn olunmuşdur. O, ölüm haqqında tibbi şəhadətnamə almaq üçün “X11”ə müraciət etmiş, həmin mərkəzdən ona bildirilmişdir ki, atası xx.xx.2023-cü il tarixdə saat 17:37-də 20 saylı X12 stansiyası briqadasının müşayiəti ilə X10 gətirilmiş və saat 17:45-də bioloji ölüm baş vermişdir. Lakin ona X11 tərəfindən ölüm haqqında tibbi şəhadətnamənin təqdim edilməsi mümkün olmamışdır. X9 məlumat verdiyi polis bölməsinə müraciət etmiş, oradan isə cinayət tərkibi olmadığından hər hansı araşdırmanın aparılmadığı bildirilmişdir. Daha sonra Maraqlı şəxsnə müraciət etmiş, ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Hazırda ölüm haqqında şəhadətnamə dəfn pulunu almaq və bəzi hüquqi sənədləri əldə etmək üçün lazımdır. Qeyd olunanlara əsasən o, ərizə ilə məhkəməyə müraciət etmişdir və hazırda məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Ərizəçi etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil ərizəçinin izahatına uyğun izahat verdi və ərizə tələbinin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq, işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X4 ifadə verərək bildirdi ki, ərizəçinin atası mərhum X5 ilə uzun müddət qonşuluq münasibətində olmuşlar. Mərhum ürək və şəkər xəstəliyindən əziyyət çəkmişdir. Mərhum xx.xx.2023-cü il tarixdə atası evindən öz evinə gələndə vəziyyəti ağırlaşmaqla yerə yıxılmış, yerə yıxılan vaxt ürəyinin ağrıdığını bildirmiş, təcili yardım gələrək onu “X11”ə aparmış, orada vəfat etmişdir. Sonradan mərhumun yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, izahatları və şahidin ifadəsini dinləyib, təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə ərizə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası “TƏBİB” publik hüquqi şəxs “X11” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, 1962-ci il təvəllüdlü X5 20 saylı X12 stansiyasının briqadası tərəfindən küçədən götürülərək “Dəqiqləşdirilməmiş beyin qan dövranı pozğunluğu. Sol əlin travması” diaqnozu ilə xx.xx.2023cü il tarixdə saat 17:37-də KTM-ə gətirilmişdir. Eyni zamanda, travma barədə 20 saylı TTYS tərəfindən 11 saylı polis bölməsinə serjant Məmmədova məlumat verilmişdir. xx.xx.2023-cü il tarixdə saat 17:45-də X9 Ümumi reanimasiya və intensiv terapiya şöbəsində “Miokardın önyan divarının kəskin infarktı. Hiss dəstəsinin sağ ayaqcığının tam blokadası.” diaqnozu ilə vəfat etmişdir. Meyit iltizamnamə əsasında yaxınlarına təhvil verilmişdir. Xəstənin aldığı travmada cinayət tərkibinin olub-olmadığı bilinmədiyinə görə X11 ölüm haqqında tibbi şəhadətnamə təqdim edə bilmir. İş materiallarında olan Azərbaycan Respublikası “TƏBİB” publik hüquqi şəxs “X11” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.1962-ci il təvəllüdlü X5 xx.xx.2023-cü il tarixdə saat 17:37-də 20 saylı X12 stansiyasının briqadasının müşayiəti ilə KTM-ə gətirilmişdir. Xəstənin xx.xx.2023-cü il tarixdə saat 17:45-də bioloji ölümü baş vermişdir. Əsas ölüm səbəbi kimi ürək dayanması qeyd olunmuşdur. İş materiallarında olan Zahidov Qafur, Dostaliyev Əkbər, İsmayılov Dadaş, Sariyev Müşfiq tərəfindən tərib edilmiş və Səngəçal Bələdiyyəsi tərəfindən təsdiq edilmiş aktdan görünür ki, ünvan 1 ünvanında yaşamış xx.xx.1962-ci il təvəllüdlü X5 08 yanvar 2023-cü il tarixdə ata evindən çıxıb öz evnə dönən zaman küçədə müvazinətini itirərək yıxılmışdır. Yardımına çatan insanlar ailəsinə xəbər verərək təcili yardım vasitəsilə onu xəstəxanaya yollamışlar. Xəstəxanada edilmiş müdaxiləyə baxmayaraq xəstə dünyasını dəyişmişdir. 09 yanvar 2023-cü il tarixdə X1 Həmid qəbirstanlığında dəfn olunmuşdir. İş materiallarında olan XVİİİ-JQ seriyalı, 37904 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ərizəçi atası X3r. İş materiallarında olan AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1994-cü il tarixdə anadan olmuşdur, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı, 09602910 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1962-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən, ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Həmin Məcəllənin 194.2-ci maddəsinə əsasən, ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. İş üzrə sübutlara hüquqi qiymət verərək məhkəmə müəyyən edir ki, təqdim olunmuş sübutlarla ərizəçinin atası xx.xx.1962-ci ildə doğulmuş X2 08 yanvar 2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarının 9-cu bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi atası xx.xx.1962-ci ildə anadan olmuş X2 08 yanvar 2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar