Məhkəmə qərarları › İş №2(002)-1384/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1384/2022

17.06.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1384/2022 17.06.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçı, onun vəkili X10, Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qızıl-zinət və cehiz əşyaları tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı qızıl-zinət və cehiz əşyaları tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona məxsus nişan üzüyü 6 qram dəyəri 780 manat, alyans üzük 3 qram dəyəri 250 manat, komplekt dəst (sırğa, üzük, qolbaq, boyunbağı) dəyəri 4000 manat, qədimi qızıl qol saatı 13 qram dəyəri 1100 manat, qızıl üzük 4 qram dəyəri 330 manat, qızıl üzük 5 qram yarım dəyəri 440 manat, qədimi qızıl üzük 7 qram dəyəri 950 manat, cəmi 7850 manat dəyərində qızıl-zinət əşyalarının, həmçinin dörd ədədli manti qazan dəyəri 130 manat, 1 dəst 6 ədədli bakal sarahı dəyəri 70 manat, 2 dəst 5 ədədli tefal qazan dəyəri 150 manat, 1 ədəd xrustal tort qabı dəyəri 35 manat, 5 ədədlə tefal qazan dəyəri 80 manat, “Yevrolox” markalı ət çəkən maşın dəyəri 350 manat, “Yevrolox” markalı şirəçəkən maşın dəyəri 150 manat, elektrik samovar dəyəri 60 manat, bəzək qabı 6 bakal 1 surahi, 2 meyvəqabı və 1 güldandan ibarət qaşlı dəst dəyəri 230 manat, 18 ədəd xrustal bakal dəyəri 75 manat, 6 ədəd qaşlı bakal dəyəri 25 manat, 12 nəfərlik yemək servizi dəyəri 200 manat, 12 nəfərlik çay servizi dəyəri 250 manat, 12 parçadan ibarət çəngəl-bıçaq dəsti dəyəri 160 manat, 2 ədəd çaydan dəsti dəyəri 80 manat, 12 ədəd çəngəl-bıçaq dəsti dəyəri 25 manat, 6 dəst çay dəsmalı dəyəri 25 manat, 6 ədəd serviz bıçaq dəsti dəyəri 70 manat, 5 ədəd padnos dəsti dəyəri 90 manat, altılı mətbəx dəsti dəyəri 35 manat, 12 dəst qab seti dəyəri 75 manat, 12 ədəd xrustal stəkan dəsti dəyəri 30 manat, 12 ədəd xrustal armudu stəkan dəyəri 20 manat, 24 parçadan ibarət yemək takımı dəyəri 100 manat, 8 ədəd masa örtüyü ikisinin dəyəri 50 manat, üçünün dəyəri 240 manat, üçünün dəyəri 75 manat, 2 ədəd xrustal qənd qabı 30 manat, 1 ədəd böyük xrustal meyvə qabı 35 manat, 1 güldan 25 manat, 2 mərtəbəli ləpə qabı 20 manat, 18 ədəd nəlbəki 30 manat, 24 ədəd limon qabı 40 manat, böyük ekran televizor dəyəri 1000 manat, “Samsunq” paltaryuyan maşın 7 kq-lıq dəyəri 900 manat, “Samsunq” tozsoran maşın dəyəri 280 manat, soyuducu dəyəri 750 manat, “Yevrolox” markalı ütü dəyəri 50 manat, ütüaltı dəyəri 20 manat, divan kreslo dəsti dəyəri 550 manat, stol və stul dəsti 6 nəfərlik dəyəri 400 manat, qonaq otağı dəsti dəyəri 2300 manat, yataq otağı dəsti dəyəri 1900 manat, çilçıraq 1 ədədi 180 manat, 1 ədəd təbriz xalçası 2x3 metr dəyəri 350 manat, 1 ədəd sadə xalça 3x4 metr dəyəri 190 manat, qaşlı “Qurani Kərim” qabın içində dəyəri 300 manat, 2 tonluq su çəni dəyəri 200 manat, yataq dəsti 2 nəfərlik yorğan döşək, 6 nalça, 10 balınc, 1 taxt döşək və yorğan dəyəri 70 manat, 2 ədəd taxt üzü qaşlı bahalı qırmızı və ağ rəngli dəyəri 150+170 manat=320 manat, 2 ədəd qaşlı qutuda çarşab dəsti birinin dəyəri 60 manat, cəmi 120 manat, 3 dəst sadə çarşab birinin dəyəri 25 manat, cəmi 75 manat, 8 ədəd əl dəsmalı dəyəri 35 manat, 3 dəst 3 set şəkilində 3 cüt pərdə qiyməti 100 manat, cəmi 21085 manat dəyərində əşyaların özünün və ya dəyərinin, habelə ödənilmiş 104 manat dövlət rüsumunun, mediasiya üçün ödənilmiş 50 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı izahat verərək bildirdi ki, o, Cavabdeh ilə 28 sentyabr 2017-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Birgə nikahdan iki uşaqları doğulmuşdur. Cavabdehlə ailə münasibətləri pisləşmiş və nikahları 10 mart 2022-ci il tarixdə məhkəmə qaydasında pozulmuşdur. O, cavabdehlə ailə qurarkən ona toy hədiyyəsi kimi iddia ərizəsində göstərdiyi, cəmi 7850 manat dəyərində qızıl-zinət əşyaları verilmişdir. Həmin qızıl əşyalar onun qaynatasında olmuş, yalnız toya gedəndə istifadə etmişdir. xx.xx.2021-ci ildə ikinci uşaq doğulandan iki ay sonra cavabdeh onu qonaq kimi öz atasının evinə aparmış, lakin sonradan gəlib aparmamışdır. Ata evinə gələndə cavabdehlə münasibətləri əvvəl yaxşı olmuş, lakin sonradan cavabdehin ona qarşı münasibəti pisləşmiş, onunla və uşaqları ilə maraqlanmamışdır, bununla da ailə münasibətləri pozulmuş, həmin qızıl əşyalar isə cavabdehdə qalmışdır. Bundan əlavə, cavabdehlə ailə qurarkən iddia ərizəsində qeyd etdiyi cehiz əşyaları cavabdehlə birgə yaşadıqları evə yerləşdirilmişdir. Cehiz kimi gətirdiyi paltaryuyan və tozsoran xarab olmuş, sonradan yenisini almışlar. Bir daha qeyd edir ki, iddia ərizəsi üzrə tələb etdiyi bütün əşyalar cavabdeh tərəfdədir və cavabdeh həmin əşyaları ona qaytarmaq istəmir, bu səbəbdən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hazırda o, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı İddiaçı vəkili X13 iddiaçının izahatına uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X11 izahat verərək bildirdi ki, cavabdeh olan oğlu iddia tələbinə qismən etiraz edir. Belə ki, cavabdeh oğlu N saylı Hərbi Hissədə xidmətdədir, özü isə 2018-ci ildən tərəflərdən ayrı yaşayıb. İddiaçının iddia ərizəsində qeyd etdiyi qaynanası 2015-ci ildə, yəni nikahdan əvvəl vəfat edib. Cavabdeh daimi işdə olduğu üçün və evdə heç kəs olmadığından iddiaçı qızıl-zinət əşyalarını özü ilə atası evinə aparmışdır. Beləliklə, iddiaçının qızıl əşyalarla bağlı tələbi tamamilə əsassızdır. Bununla yanaşı, digər cehiz əşyaların iddiaçı tərəfindən tələb edilməsinə cavabdehin hər hansı etirazı yoxdur. Lakin bildirmək istəyir ki, “Samsunq” paltaryuyan maşını (dəyəri 780 manat), “Samsunq” tozsoran maşını (dəyəri 200 manat) və soyuducunu cavabdeh kreditlə almışdır. Cavabdeh daha əvvəl həmin əşyaların verilməsinə etiraz etsə də, sonradan həmin əşyaların iddiaçı tərəfindən istifadə edildiyini nəzərə alaraq, hazırda həmin əşyaların iddiaçıya verilməsinə etirazı yoxdur. Qeyd olunanlara əsasən, o, iddia tələbinin qismən təmin edilməsini xahiş edir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ seriyalı, 233310 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X6 xx.xx.2017-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar. Nikahları 3 saylı Bakı Asan Xidmət mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən rəsmiləşdirilmişdir. İş materiallarında olan AZ-İV 030946 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İV 552051 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(002)-286/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat Şöbəsində 3400 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X1 və xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi, Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü X4 3 (üç) yaşı tamam olanadək hər ay əlavə olaraq 50 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, alimentin xx.xx.2021-ci il tarixdən tutulması qət edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, Cavabdeh 200 manat dəyərində “Samsunq” tozsoranı hissə-hissə ödəmək şərti ilə almışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli arayışdan, xx.xx.2020-ci il tarixli 454-FAM-0121- 20 saylı müqavilədən görünür ki, Cavabdeh 780 manat dəyərində “Samsung” markalı paltaryuyanı hissə-hissə ödəmək şərtilə almışdır. İş materiallarında olan AZ-İ No 738946 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Bu barədə 1 saylı Bakı Asan Xidmət Mərkəzinin Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında 141 nömrəsi ilə qeydiyyat aparılmışdır. Beləliklə, məhkəmə mülki iş üzrə sübutlara, o cümlədən tərəflərin izahatlarına, iş materiallarında olan yazılı sübutlara əsasən müəyyən edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iddia tələbi hazırda cavabdeh tərəfin etiraf etdiyi və iddiaçı tərəfə təhvil verməyə hazır olduğu əşyalara aid hissədə təmin edilməlidir. Həmçinin iş materiallarında olan sənədlərə əsasən “Samsung” markalı paltaryuyanın dəyərinin 780 manat, “Samsung” markalı tozsoranın dəyərinin 200 manat olduğu nəzərə alınmalıdır. Bununla yanaşı, məhkəmə iclasında mülki iş üzrə sübutlara əsasən müəyyən edildi ki, qızıl-zinət əşyalarının dəqiq əyarı və digər fərdi texniki xüsusiyyətləri göstərilmədiyindən, habelə onların iddiaçıya məxsusluğu və hazırda cavabdeh tərəfdə olduğu hər hansı mötəbər sübutla təsdiq edilmədiyindən və məhkəmə baxışında sübuta yetirilmədiyindən, iddia tələbi qızıl-zinət əşyalarına aid hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 77.1ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə, nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Məhkəmə iddianın dövlət rüsumunun və mediasiya xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin edildiyindən, həmin tələb də ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, mülki iş üzrə sübutlara və sadalanan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh aşağıdakı əşyalar: dörd ədədli manti qazan dəyəri 130 manat, 1 dəst 6 ədədli bakal sarahı dəyəri 70 manat, 2 dəst 5 ədədli tefal qazan dəyəri 150 manat, 1 ədəd xrustal tort qabı dəyəri 35 manat, 5 ədədlə tefal qazan dəyəri 80 manat, “Yevrolox” markalı ət çəkən maşın dəyəri 350 manat, “Yevrolox” markalı şirəçəkən maşın dəyəri 150 manat, elektrik samovar dəyəri 60 manat, bəzək qabı 6 bakal 1 surahi, 2 meyvəqabı və 1 güldandan ibarət qaşlı dəst dəyəri 230 manat, 18 ədəd xrustal bakal dəyəri 75 manat, 6 ədəd qaşlı bakal dəyəri 25 manat, 12 nəfərlik yemək servizi dəyəri 200 manat, 12 nəfərlik çay servizi dəyəri 250 manat, 12 parçadan ibarət çəngəl-bıçaq dəsti dəyəri 160 manat, 2 ədəd çaydan dəsti dəyəri 80 manat, 12 ədəd çəngəl-bıçaq dəsti dəyəri 25 manat, 6 dəst çay dəsmalı dəyəri 25 manat, 6 ədəd serviz bıçaq dəsti dəyəri 70 manat, 5 ədəd padnos dəsti dəyəri 90 manat, altılı mətbəx dəsti dəyəri 35 manat, 12 dəst qab seti dəyəri 75 manat, 12 ədəd xrustal stəkan dəsti dəyəri 30 manat, 12 ədəd xrustal armudu stəkan dəyəri 20 manat, 24 parçadan ibarət yemək takımı dəyəri 100 manat, 8 ədəd masa örtüyü ikisinin dəyəri 50 manat, üçünün dəyəri 240 manat, üçünün dəyəri 75 manat, 2 ədəd xrustal qənd qabı 30 manat, 1 ədəd böyük xrustal meyvə qabı 35 manat, 1 güldan 25 manat, 2 mərtəbəli ləpə qabı 20 manat, 18 ədəd nəlbəki 30 manat, 24 ədəd limon qabı 40 manat, böyük ekran televizor dəyəri 1000 manat, “Samsunq” paltaryuyan maşın 7 kq-lıq dəyəri 780 manat, “Samsunq” tozsoran maşın dəyəri 200 manat, soyuducu dəyəri 750 manat, “Yevrolox” markalı ütü dəyəri 50 manat, ütüaltı dəyəri 20 manat, divan kreslo dəsti dəyəri 550 manat, stol və stul dəsti 6 nəfərlik dəyəri 400 manat, qonaq otağı dəsti dəyəri 2300 manat, yataq otağı dəsti dəyəri 1900 manat, çilçıraq 1 ədədi 180 manat, 1 ədəd təbriz xalçası 2x3 metr dəyəri 350 manat, 1 ədəd sadə xalça 3x4 metr dəyəri 190 manat, qaşlı “Qurani Kərim” qabın içində dəyəri 300 manat, 2 tonluq su çəni dəyəri 200 manat, yataq dəsti 2 nəfərlik yorğan döşək, 6 nalça, 10 balınc, 1 taxt döşək və yorğan dəyəri 70 manat, 2 ədəd taxt üzü qaşlı bahalı qırmızı və ağ rəngli dəyəri 150+170 manat=320 manat, 2 ədəd qaşlı qutuda çarşab dəsti birinin dəyəri 60 manat, cəmi 120 manat, 3 dəst sadə çarşab birinin dəyəri 25 manat, cəmi 75 manat, 8 ədəd əl dəsmalı dəyəri 35 manat, 3 dəst 3 set şəkilində 3 cüt pərdə dəyəri 100 manat, həmin əşyaların naturada verilməsi mümkün olmadıqda isə onların dəyəri, habelə 95 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar