Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1421/2025 29.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində qeyd etməklə, «şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qızı, xx.xx.1995-ci il tarixdə Bakı şəhərində doğulmuş X10 xx.xx.1996-cı il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, qızı X16 xx.xx.1995-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. xx.xx.1996-cı ildə onun və ailə üzvlərinin yanında X16 qızılca xəstəliyindən ev şəraitində vəfat etmişdir. Uşağı babası X11 və nənəsi X1 qəsəbə qəbristanlığında el adəti ilə dəfn etmişlər. Lakin uşaq körpə olduğu üçün baş daşı qoyulmamışdır və qəbrin yeri məlum deyildir. X6 yaşlarında vəfat etdiyindən onun ölümünün dövlət qeydiyyatına alınmasının vacibliyini bilməmişlər. Bunun üçün Maraqlı şəxsnə müraciət etmişlər. Lakin tibbi şəhadətnamə olmadığından ölümün dövlət qeydiyyatına alınmasının mümkün olmadığı yazılı surətdə bildirilmişdir. X3 müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi ona bəzi hüquqi sənədləri, o cümlədən ölüm haqqında şəhadətnamə əldə etmək üçün lazımdır. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub ünvanlayaraq ərizəyə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, nümayəndənin məhkəmə iclasına gələ bilməməsinin üzürlü səbəbi kimi iş həcminin çox olmasını göstərmişdir. Məhkəmə mülki işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şahid X12 ifadəsində bildirdi ki, Ərizəçi ilə faktiki ailə qurmuş, nikahlarını yalnız 26 iyul 2012-ci il tarixdə Maraqlı şəxsndə rəsmiləşdirmişlər. Faktiki nikahda olduqları vaxt xx.xx.1995ci il tarixdə Fatma adlı qızları doğulmuşdur. Çox təəssüf ki, övladı çox körpə olarkən xəstəlikdən vəfat etmişdir. Həmin vaxt övladının vəfat etməsi ona da, uşağın anasına da çox pis təsir etmiş, uzun müddət özlərinə gələ bilməmişlər. Yasa batdıqları üçün övladının ölümünə dair müvafiq rəsmiləşdirmə işləri apara bilməmişlər. Hazırda həyat yoldaşı məhkəməyə bu səbəbdən müraciət etmək məcburiyyətində qalmışdır. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, ölüm faktının müəyyən edilməsi tələb edilən şəxs ərizəçinin qızıdır. İş materiallarına əlavə olunmuş 20 dekabr 1995-ci il tarixli 136 saylı doğum haqqında akt qeydindən görünür ki, 14 №-li ŞBX-dan verilmiş 15 dekabr 1995-ci il tarixli arayışa əsasən X16 xx.xx.1995-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. X8, anası Ərizəçidır. Uşağın atası barədə qeyd uşağın anasının verdiyi məlumat əsasında aparılmışdır. xx.xx.2023-cü il tarixdə verilmiş AZ-İİ seriyalı 583814 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X12 ilə Ərizəçi arasında nikah 26 iyul 2012-ci il tarixdə Maraqlı şəxsndə 661 saylı akt qeydi ilə bağlanmış, arvada nikah bağlanandan sonra Abışova soyadı verilmişdir. Doğum haqqında şəhadətnamələrdən görünür ki: - X13 xx.xx.1997-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X12, anası Ərizəçidır; - X15 xx.xx.1999-cu il tarixdə Bakı şəhərində doğulmuşdur, X8, anası Ərizəçidır; - X19 xx.xx.2001-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, X8, anası Ərizəçidır. 26 noyabr 2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 137359 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X19 21 oktyabr 2020-ci il tarixdə hərbi əməliyyatlar nəticəsində, döyüş meydanında Şəhid olmuşdur. Bu barədə İmişli regional «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsində xx.xx.2020-ci il tarixdə müvafiq akt qeydləri kitabında 310 sayı qeyd aparılmışdır. 09 yanvar 2024-cü il tarixli 3-16-5/7-M-70-1689/2024 saylı arayışdan görünür ki, 10 iyun 1995-ci il tarixdə doğulmuş X10 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Arxiv məlumatları Bakı şəhəri Maraqlı şəxsndə 1995-2002-ci illərə dair akt qeydləri üzrə yoxlanılmışdır. Bakı şəhəri Maraqlı şəxs 23 yanvar 2025-ci il tarixli 3-16-5/7-15-114185 saylı məktubundan görünür ki, X14 etibarnamə üzrə nümayəndəsi olduğu Ərizəçi adından X10 ölümünün qeydə alınması barədə ərizə ilə Maraqlı şəxsnə müraciət etmişdir. X4 xx.xx.1996-cı il tarixdə vəfat etməsi və indiyə qədər dövlət qeydiyyatına alınmadığı bildirilmişdir. Qeydiyyat şöbəsi tərəfindən F.Ərizəçi ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə araşdırma aparılmış, akt qeydi aşkar olunmamış və bu barədə arayış verilmişdir. Ərizəçiyə qanunvericiliyin tələbləri izah edilərək, məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. 41 nömrəli şəhər poliklinikasının 07 mart 2025-ci il tarixli 18-1-1-78/2-43/2025 saylı məktubundan görünür ki, 41 nömrəli şəhər poliklinikasında (əvvəlki 9 saylı Birləşmiş Şəhər Xəstəxanası) mərhum X10 doğum, qeydiyyatı və ölümü haqqında heç bir məlumat olmadığından, tələb olunan sənədin ərizəçinin adından müraciət etmiş vəkilə təqdim edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, Ərizəçi qızının ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, xx.xx.1995-ci il tarixdə Bakı şəhərində doğulmuş X16 xx.xx.1996-cı il tarixdə Bakı şəhərində ölmüşdür. Ərizəçi dövlət rüsumu ödəməkdən azad edilmiş şəxsdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1995-ci il tarixdə Bakı şəhərində doğulmuş X10 xx.xx.1996-cı il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-1421/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1421/2025
29.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver