Məhkəmə qərarları › İş №2(002)-1440/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-1440/2025

09.04.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-1440/2025 09.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi ilə Ərizəçi, Maraqlı şəxs nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etməklə barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etməklə barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında izahatında qeyd etdi ki, boşanıblar, 3 uşaqları var, onlardan biri yetkinlik yaşına çatmışdır.Əvvəlki qətnamə ilə uşaqların hərəsi üçün 150 manat olmaqla 450 manat aliment kəsilmişdir. Hazırda isə iki uşağa cəmi 360 manat aliment ödəyirlər. Bu səbəbdən hazırda 360 manat razı deyil, aliment məbləğinin artırılmasını istəyir. Bu səbəbdən ərizə verərək sənədlərin geri qaytarılmasını və mülki işin baxılmamış saxlanılmasını xahiş etdi. Maraqlı şəxs nümayəndəsi X3 məhkəmə iclasında izahatında mülki işin baxılmamış saxlanmasına etiraz etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 259.0.6, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etməklə barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi baxılmamış saxlanılsın. Ərizə, ona əlavə edilmiş sənədlər və ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar