Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1448/2024 23.05.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qızıl-zinət və cehiz əşyalarının qaytarılması tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı qızıl-zinət və cehiz əşyalarının qaytarılması tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçıya məxsus qızıl-zinət və cehiz əşyalarının: 1 ədəd çəkisi 3.2 qram olan 750 problu brilyant qaşlı nişan üzüyü dəyəri 400 manat, 1 ədəd çəkisi 10.7 qram olan 585 problu sırğa üzük dəsti dəyəri 700 manat, 1 ədəd çəkisi 18.6 qram olan 585 problu kolye qolbaq boyunbağı dəyəri 3500 manat, 1 ədəd çəkisi 5.63 qram olan 585 problu sarı qaşlı üzük dəyəri 350 manat, Karamel mebel yataq dəsti dəyəri 2500 manat, Karamel mebel qonaq dəsti dəyəri 2200 manat, künc divanı dəyəri 1600 manat, mətbəx mebeli dəyəri 1200 manat, künc divanı, stol və stul dəyəri 700 manat, Vestel soyuducu 1 ədəd dəyəri 1000 manat, 1 ədəd Samsunq paltaryuyan maşın 6 kq dəyəri 900 manat, 1 ədəd Hofman televizor 108 ekran dəyəri 1400 manat, 1 ədəd Evrolyuks tozsoran 3400w dəyəri 250 manat, 1 ədəd Evrolyuks peç 100 manat, 1 ədəd Gepas mikser dəyəri 70 manat, 1 ədəd Evrolyuks ütü dəyəri 100 manat, 1 ədəd ütü stolu dəyəri 55 manat, 1 ədəd Hofman kondisioneri 32 kv.m dəyəri 800 manat, 1 ədəd yataq otağı üçün çilçıraq dəyəri 250 manat, 1 ədəd qonaq otağı üçün çilçıraq dəyəri 250 manat, 1 ədəd divar saatı dəyəri 50 manat, qonaq otağı üçün pərdə dəsti dəyəri 300 manat, yataq otağı üçün pərdə dəsti dəyəri 250 manat, mətbəx üçün pərdə dəsti dəyəri 100 manat, balkon üçün jalüz dəyəri 100 manat, 3 dəst gün keçirməz pərdə dəyəri 100 manat, 2 ədəd yataq otağı üçün xalça dəyəri 150 manat, 1 ədəd qonaq otağı üçün xalça dəyəri 150 manat, 2 ədəd dəhliz üçün xalça dəyəri 150 manat, 1 ədəd mətbəx xalçası dəyəri 100 manat, 4 ədəd balkon üçün xalça dəyəri 100 manat, 1 ədəd yemək servisi dəyəri 400 manat, 3 dəst çay servisi dəyəri 75 manat, qırmızı qazan dəsti dəyəri 200 manat, tava dəsti dəyəri 50 manat, qazan dəsti dəyəri 50 manat, qaşıq naboru dəyəri 100 manat, 12 ədəd böyük, 6 ədəd armudu xrustal stəkan dəyəri 100 manat, künclük pakrival dəyəri 100 manat, yataq pakrıvalı ağ rəngdə Türkiyə istehsalı dəyəri 350 manat, yataq pakrıvali dəyəri 100 manat, 2 ədəd adiyal dəyəri 100 manat, 4 ədəd adiyal sadə dəyəri 50 manat, 1 ədəd taxt döşəyi dəyəri 100 manat, 1 ədəd taxt yorğanı dəyəri 50 manat, 6 ədəd qaz tükündən balış dəyəri 70 manat, 1 ədəd yorğan 1 nəfərlik dəyəri 50 manat, 1 ədəd döşək 1 nəfərlik dəyəri 50 manat, 2 ədəd meyvə qabı dəyəri 100 manat, rumka güldan əl işi mavi dəyəri 100 manat, tovuz quşu mavi əl işi dəyəri 50 manat, səbət güldan sarı əl işi dəyəri 50 manat, süfrə qəhvəyi rəng, qaşlı dəyəri 70 manat, 2 ədəd süfrə sadə ağ rəngli dəyəri 50 manat, yataq dəsti dəyəri 100 manat, dəsmallar 10 ədəd böyük, 10 ədəd balaca dəyəri 150 manat, ağac yaşıl suvenir dəyəri 50 manat, oyuncaq ayı dəyəri 50 manat, iddiaçıya məxsus geyim dəstləri və ayaqqabıların naturada alınaraq, naturada verilməsi mümkün olmadıqda isə onların dəyərinin alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, Cavabdeh ilə 2019-cu ildə faktiki ailə qurmuş, nikahlarını 14 aprel 2022-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahdan uşaqları yoxdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2849/2023 saylı, 28 dekabr 2023-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Nişan və toy mərasimlərində, həmçinin ailəli olduğu dövrdə ona verilən cehiz və qızıl-zinət əşyaları cavabdeh tərəfdə qalmışdır, cavabdeh bütün əşyaları qaytarmağa hazır olduğunu bildirmiş, lakin onları yalnız məhkəmə qətnaməsinə əsasən icra məmurunun iştirakı ilə verəcəyini demişdir. İddia ərizəsində qeyd olunan bütün əşyalar hazırda cavabdehdədir, cavabdeh isə onları qaytarmaqdan imtina edir. Bu səbəbdən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Əlavə olaraq qeyd edir ki, 2022-ci ilin sentyabrında cavabdeh onu anasının evinə qonaq gətirmiş, sonradan çıxıb getmiş və geri qayıtmamışdır. Ona görə də heç bir əşyasını özü ilə götürə bilməmişdir. Bəzi əşyalar mağazadan anası X3 tərəfindən müqaviləyə əsasən alınmışdır, həmin müqavilələrin surətini məhkəməyə təqdim etmişdir. Hazırda o, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 135.7, 185.5-ci maddələrinin tələblərinə istinad edərək, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, iddiaçı onun qardaşı qızıdır. İddia ərizəsində qeyd olunan cehiz əşyaları onun və iddiaçının anasının iştirakı ilə alınmışdır. Evin bəzədilməsində, əşyaların yerləşdirilməsində şəxsən özü iştirak etmişdir. Bütün mebel dəstləri, künc divanı, soyuducu, paltaryuyan, televizor, tozsoran, ütü, çilçıraqlar, xalçalar, yorğan-döşək, qab-qacaqlar, Jaləyə məxsus suvenir oyuncaqlar və digər əşyalar cavabdeh tərəfin evinə yerləşdirilmişdir. Qızıl-zinət əşyalarına münasibətdə qeyd etmək istəyir ki, iddiaçıya 1 ədəd nişan üzüyü, 1 ədəd sırğa üzük dəsti, 1 ədəd kolye qolbaq boyunbağı, 1 ədəd sarı qaşlı üzük hədiyyə edilmişdir. İddiaçı qızıl-zinət və cehiz əşyalarını tələb etsə də, cavabdeh həmin əşyaları qaytarmaqdan imtina etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, iddiaçı onun dayısı qızıdır. O, evin bəzədilməsində şəxsən iştirak etmişdir və iddia ərizəsində qeyd olunan cehiz əşyalarının hər biri, hətta iddiaçıya məxsus tovuz quşu suveniri də həmin evdədir. Qızıl-zinət əşyalarına münasibətdə qeyd etmək istəyir ki, iddiaçıya 1 ədəd nişan üzüyü, 1 ədəd sırğa üzük dəsti, 1 ədəd kolye qolbaq boyunbağı, 1 ədəd sarı qaşlı üzük hədiyyə edilmişdir. İddiaçı öz anasının evinə qonaq kimi gətirilmiş, sonradan münasibətlər kəsilmişdir. Ona görə də iddiaçı heç bir əşyasını özü ilə götürə bilməmişdir. Məhkəmə, izahatları və şahidlərin ifadələrini dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-T seriyalı, 053668 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh 14 aprel 2022-ci il tarixində 3 saylı Bakı Asan Xidmət Mərkəzinin Qeydiyyat şöbəsində rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1262 nömrəsi ilə qeydiyyat aparılmışdır. İş materiallarında Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2849/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 14 aprel 2022-ci il tarixdə 3 saylı Bakı Asan Xidmət Mərkəzinin Qeydiyyat şöbəsində bağlanmış və 1262 nömrəsi ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir. İş materiallarında olan qızıl-zinət əşyaları barədə qiymət etiketlərinin surətindən görünür ki, 585 əyarlı qızılın çəkisi 10,7 qram, qiyməti 700 manat; 750 əyarlı qızılın çəkisi 3,2 qram, qiyməti 400 manat; 585 əyarlı qızılın çəkisi 18,6 qram, qiyməti 3500 manat; 585 əyarlı qızılın çəkisi 5,63 qram, qiyməti 350 manat təşkil edir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli müqavilənin surətindən görünür ki, "xxxx" MMC ilə X3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən "xxxx" MMC X2 648 manat dəyərində Samsung markalı paltaryuyanı və 162 manat dəyərində Gorenje markalı ətçəkəni hissə-hissə ödəniş etmək şərtilə satmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli müqavilənin surətindən görünür ki, "xxxx" MMC ilə X3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən "xxxx" MMC X2 1422 manat dəyərində Hoffmann LED-i hissə-hissə ödəniş etmək şərtilə satmışdır. İş materiallarında olan S.Axundova, M.Axundova, L.Axundova, Z.Qafarova tərəfindən tərtib edilmiş və öz imzaları ilə təsdiq etdikləri xx.xx.2024-cü il tarixli aktdan görünür ki, onlar İddiaçı cehiz əşyalarının alınmasına iştirak etmişlər. İş materiallarında olan S.Axundova, M.Axundova, L.Axundova, A.Aslanova tərəfindən tərtib edilmiş və öz imzaları ilə təsdiq etdikləri xx.xx.2024-cü il tarixli aktdan görünür ki, onlar İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Ə.Gülbabayev küçəsi, bina 16, mənzil 61-də yerləşən evinin İddiaçı valideynləri tərəfindən verilmiş cehiz əşyaları ilə bəzədilməsində iştirak etmişlər. İş materiallarında olan S.Axundova, M.Axundova, L.Axundova, T.Axundova tərəfindən tərtib edilmiş və öz imzaları ilə təsdiq etdikləri xx.xx.2024-cü il tarixli aktdan görünür ki, X1 Jalə Müşviq qızına cehiz əşyası olaraq 1000 manat dəyərində “Vestel” soyuducusunu hədiyyə almışdır. İş materiallarında olan Z.Qafarova, Ə.Daşdəmirov, S.Axundova, T.Axundova M.Axundova, L.Axundova tərəfindən tərtib edilmiş və öz imzaları ilə təsdiq etdikləri xx.xx.2024-cü il tarixli aktdan görünür ki, həqiqətən İddiaçı valideynləri tərəfindən ona verilmiş 2500 manat dəyərində Karamel mebel yataq dəsti, 2200 manat dəyərində Karamel mebel qonaq dəsti, 1600 manat dəyərində künc divanı, 1200 manat dəyərində mətbəx mebeli və 700 manat dəyərində künc divanı, stol və stul Binə qəsəbəsində yerləşən mebel mağazasından alınmışdır. İş materiallarında olan Z.Qafarova, S.Axundova, T.Axundova, M.Axundova tərəfindən tərtib edilmiş və öz imzaları ilə təsdiq etdikləri xx.xx.2024-cü il tarixli aktdan görünür ki, həqiqətən İddiaçı 400 manat dəyərində 1 ədəd çəkisi 3.2 qram olan 750 problu brilyant qaşlı nişan üzüyü, 700 manat dəyərində 1 ədəd çəkisi 10.7 qram olan 585 problu sırğa üzük dǝsti, 3500 manat dəyərində 1 ədəd çəkisi 18.6 qram olan 585 problu kolye qolbaq boyunbağı və 350 manat dəyərində 1 ədəd çəkisi 5.63 qram olan 585 problu sarı qaşlı üzük toy hədiyyəsi olaraq hədiyyə olunmuşdur. İş materiallarına həmçinin fotoşəkillər əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmişdir. Beləliklə, məhkəmə mülki iş üzrə sübutlara, o cümlədən izahatlara və şahidlərin ifadələrinə, iş materiallarında olan yazılı sübutlara (müqavilələrə, qızıl-zinət əşyaları barədə qiymət etiketlərinə, aktlara), fotoşəkillərə əsasən müəyyən edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan müqavilənin surətinə əsasən məhkəmə müəyyən edir ki, 1 ədəd Samsunq paltaryuyan maşının dəyərinin 648 manat olduğu nəzərə alınmalı və həmin əşyanın dəyərinə münasibətdə iddia tələbi qismən olunmalıdır. Eyni zamanda, mülki işin hallarını və mülki iş üzrə təqdim edilmiş sübutları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsində qeyd edilən digər cehiz əşyalarına və qızıl-zinət əşyalarına münasibətdə iddia tələbi tam təmin edilməldir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə, nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən, dövlət rüsumu da ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq tərəflərə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə mülki iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh aşağıdakı qızıl-zinət və cehiz əşyaları: 1 ədəd çəkisi 3.2 qram olan 750 problu brilyant qaşlı nişan üzüyü dəyəri 400 manat, 1 ədəd çəkisi 10.7 qram olan 585 problu sırğa üzük dəsti dəyəri 700 manat, 1 ədəd çəkisi 18.6 qram olan 585 problu kolye qolbaq boyunbağı dəyəri 3500 manat, 1 ədəd çəkisi 5.63 qram olan 585 problu sarı qaşlı üzük dəyəri 350 manat, Karamel mebel yataq dəsti dəyəri 2500 manat, Karamel mebel qonaq dəsti dəyəri 2200 manat, künc divanı dəyəri 1600 manat, mətbəx mebeli dəyəri 1200 manat, künc divanı, stol və stul dəyəri 700 manat, Vestel soyuducu 1 ədəd dəyəri 1000 manat, 1 ədəd Samsunq paltaryuyan maşın 6 kq dəyəri 648 manat, 1 ədəd Hoffmann televizor 108 ekran dəyəri 1400 manat, 1 ədəd Evrolyuks tozsoran 3400w dəyəri 250 manat, 1 ədəd Evrolyuks peç 100 manat, 1 ədəd Gepas mikser dəyəri 70 manat, 1 ədəd Evrolyuks ütü dəyəri 100 manat, 1 ədəd ütü stolu dəyəri 55 manat, 1 ədəd Hoffmann kondisioneri 32 kv.m dəyəri 800 manat, 1 ədəd yataq otağı üçün çilçıraq dəyəri 250 manat, 1 ədəd qonaq otağı üçün çilçıraq dəyəri 250 manat, 1 ədəd divar saatı dəyəri 50 manat, qonaq otağı üçün pərdə dəsti dəyəri 300 manat, yataq otağı üçün pərdə dəsti dəyəri 250 manat, mətbəx üçün pərdə dəsti dəyəri 100 manat, balkon üçün jalüz dəyəri 100 manat, 3 dəst gün keçirməz pərdə dəyəri 100 manat, 2 ədəd yataq otağı üçün xalça dəyəri 150 manat, 1 ədəd qonaq otağı üçün xalça dəyəri 150 manat, 2 ədəd dəhliz üçün xalça dəyəri 150 manat, 1 ədəd mətbəx xalçası dəyəri 100 manat, 4 ədəd balkon üçün xalça dəyəri 100 manat, 1 ədəd yemək servisi dəyəri 400 manat, 3 dəst çay servisi dəyəri 75 manat, qırmızı qazan dəsti dəyəri 200 manat, tava dəsti dəyəri 50 manat, qazan dəsti dəyəri 50 manat, qaşıq naboru dəyəri 100 manat, 12 ədəd böyük, 6 ədəd armudu xrustal stəkan dəyəri 100 manat, künclük pakrival dəyəri 100 manat, yataq pakrıvalı ağ rəngdə Türkiyə istehsalı dəyəri 350 manat, yataq pakrıvali dəyəri 100 manat, 2 ədəd adiyal dəyəri 100 manat, 4 ədəd adiyal sadə dəyəri 50 manat, 1 ədəd taxt döşəyi dəyəri 100 manat, 1 ədəd taxt yorğanı dəyəri 50 manat, 6 ədəd qaz tükündən balış dəyəri 70 manat, 1 ədəd yorğan 1 nəfərlik dəyəri 50 manat, 1 ədəd döşək 1 nəfərlik dəyəri 50 manat, 2 ədəd meyvə qabı dəyəri 100 manat, rumka güldan əl işi mavi dəyəri 100 manat, tovuz quşu mavi əl işi dəyəri 50 manat, səbət güldan sarı əl işi dəyəri 50 manat, süfrə qəhvəyi rəng, qaşlı dəyəri 70 manat, 2 ədəd süfrə sadə ağ rəngli dəyəri 50 manat, yataq dəsti dəyəri 100 manat, dəsmallar 10 ədəd böyük, 10 ədəd balaca dəyəri 150 manat, ağac yaşıl suvenir dəyəri 50 manat, oyuncaq ayı dəyəri 50 manat, iddiaçıya məxsus geyim dəstləri və ayaqqabılar naturada alınaraq, həmin əşyaların naturada verilməsi mümkün olmadıqda isə onların dəyəri, habelə 155 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-1448/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1448/2024
23.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver