Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1451/2025 12.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə МÜƏYYƏNЕТDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1994-cü ildə anadan olmuş oğlu X3 03 noyabr 1995-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. . Məhkəmə baxışı zamanı Ərizəçi ərizəsinə uyğun izahat verərək bildirdi ki, oğlu X9 xx.xx.1994-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Uşaq doğulduğu vaxtdan xəstə olmuş və 03 noyabr 1995-ci il tarixdə xəstəxanada vəfat etmişdir. Oğlu doğulandan sonra ona doğum haqqında şəhadətnamə almışdır. Lakin vəfat edəndən sonra ölüm haqqında şəhadətnamə almalı olduqlarını bilməmişlər. X5 Şəki rayonu, Babaratma kəndi “Pirbaba” qəbirstanlığında ata nənəsinin məzarı yanında dəfn etmişlər. Həmin vaxt başları dəfn mərasiminə qarışdığı üçün və uşaq vəfat edərkən körpə olduğu üçün bu barədə lazımi orqana müraciət etməmişlər. Sonradan bu barədə poliklinikaya müraciət etsə də, tibbi şəhadətnamə verilməmişdir. Hazırda oğlunun müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi bəzi hüquqi sənədləri əldə etmək, o cümlədən həyat yoldaşının vəfatından sonra vərəsəliklə bağlı sənədləri almaq üçün lazımdır. Qeyd olunanlara əsasən o, ərizə ilə məhkəməyə müraciət etmişdir və hazırda məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq, işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X4 ifadə verərək bildirdi ki, ərizəçinin qonşusudur. Mərhum körpə 1995-ci ilin qış fəslində xəstəxanada vəfat etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X6 ifadə verərək bildirdi ki, ərizəçinin qonşusudur. Mərhum körpə 1995-ci ilin noyabr ayında xəstəxanada vəfat etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, izahatı və şahidlərin ifadələrini dinləyib, təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə ərizə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan XVİİ-JQ seriyalı, 445784 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 anası Ərizəçidır. İş materiallarında olan 03 saylı, xx.xx.2025-ci il tarixli arayışın surətindən görünür ki, həmin arayış Şəki rayonu Cumakənd bələdiyyəsi tərəfindən ünvan 2 ünvanında yaşayan Ərizəçi verilmişdir ondan ötrü ki, xanımın azyaşlı uşağı X9 1995-ci ilin noyabr ayında vəfat etmişdir. Vəfat etmiş uşaq dəfn olunmaq üçün mərhum atası X1 doğulub böyüdüyü Şəki rayonu Babaratma kəndinə gətirilmiş və “Pirbaba” adlı qəbirstanlıqda ata nənəsinin məzarının yanında dəfn olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli aktın surətindən görünür ki, sabiq Babaratma kənd sakini X2 1990-cı ildən ailəsi ilə birlikdə ömrünün sonunadək Bakı şəhərində yaşamışdır. Bakı şəhərində yaşadığı dövrdə 18 iyul 1994-cü ildə X9 anadan olmuşdur. Uşaq xəstə olduğundan 1995-ci ilin noyabr ayında vəfat etmişdir. Uşaq dəfn olunmaq üçün atasının əvvəllər yaşadığı Şəki rayonu Babarama kəndinə gətirilmişdir və “Pirbaba” adlı qəbirsanlıqda ata nənəsinin yanında dəfn olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X15 “Bakı Baş Səhiyyə Mərkəzi” X15 13 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ev 6, mənzil 43-də yaşayan Ərizəçi övladı xx.xx.1994-cü il təvəllüdlü mərhum X8 13 nömrəli Şəhər Poliklinikası tərəfindən “Ölüm haqqında Tibbi Şəhadətnamə” (Forma AZS-106 saylı) verilməsindən, ölümün baş verdiyi tarixdən uzun müddət keçməsi və həmin dövrdə ölümə səbəb olacaq hər-hansı xəstəliklə poliklinikaya müraciət edilməməsi səbəbindən, imtina edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 3-16-5/7-Q-xx-xx/2025 saylı arayışdan görünür ki, X9 barəsində Maraqlı şəxs arxivində ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Arxiv məlumatları Bakı şəhəri Maraqlı şəxsndə xx.xx.1992-xx.xx.1998-ci illərə dair ilkin və 1998- 2003-cü illərə dair bərpa akt qeydləri üzrə yoxlanılmışdır. Ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaş haqqında məlumatın müəyyən edilməsi məqsədilə” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X15 “Respublika Pediatriya Mərkəzi” X15 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Ərizəçi Hümət qızının övladı xx.xx.1994-cü il təvəllüdlü X9 həqiqətən arxiv “ölüm” qeydiyyat kitabına əsasən, xx.xx.1995-ci il saat 06:30-da Ə.F.Qarayev adına X7 Reanimasiya şöbəsinə aqonal vəziyyətdə daxil olmuşdur. Həmin kitabda xx.xx.1995-ci il saat 22:15-də “iki tərəfli bronxopnevmoniya” diaqnozu ilə vəfat etdiyinə dair qeydlər mövcuddur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən, ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Həmin Məcəllənin 194.2-ci maddəsinə əsasən, ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. İş üzrə sübutlara hüquqi qiymət verərək məhkəmə müəyyən edir ki, təqdim olunmuş sübutlarla ərizəçinin oğlu xx.xx.1994-cü ildə doğulmuş X3 03 noyabr 1995-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarının 9-cu bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi oğlu xx.xx.1994-cü ildə anadan olmuş X3 03 noyabr 1995-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-1451/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1451/2025
12.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver