Məhkəmə qərarları › İş №2(002)-1453/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1453/2022

31.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1453/2022 31.05.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X7 oğlunun katibliyi, Ərizəçinun iştirakı ilə, Ərizəçinun «ölümün qeyd edilmə faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsini maraqlı şəxs qismində qeyd etməklə «ölümün qeyd edilmə faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 23.02.2006-cı ildə təvəllüdlü X4 23.02.2009-cu il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 23.02.2006-cı il tarixdə nikahdankənar münasibətlərindən oğlu X9 doğulmuşdur.12.07.2007-ci il tarixdə uşağın atalığı müəyyən edilərək,atası qrafasında X6 qeyd edilmişdir.Uşaq doğulduğu vaxtdan ağ qan xəstəliyindən əziyyət çəkirdi,bir neçə dəfə ambulator və stasionar müalicələr almışdır.Faktiki olaraq tək yaşadığı Kəlbəcər rayonunda məcburi köçkün olduğu,həmin vaxt kirayələrdə yaşadığı və heç bir yerdə işləmədiyi nəzərə alaraq uşağın müalicəsini lazımi səviyyədə saxlaya bilmədi və təəssüf ki,azyaşlı körpəsi 3 yaşında olarkən,10 aprel 2009-cu il tarixdə ev şəraitində vəfat etdi.Həmin vaxt güclü stress və depressiya keçirtdi,hansı hüquqi addımın bildiyini öncədən üçün ölümlə artıq razılaşmışdı.Ona görə də uşaq vaxtı vəfat edərkən,nə təcili yardım çağırdı,nə də ki poliklinikaya ölüm şəhadətnaməsi üçün müraciət etmədi.Bir müddət sonra isə bu işlə məşğul olmaq istəyərkən ona bildirildi ki,qanunla müəyyən edilmiş müddət ötürüldüyü üçün məhkəməyə müraciət etməlidir.İmkansız olduğu üçün və uşağın ölüm haqqında sənədinə hər hansı zərurət olmadığı üçün həmin zaman bu işləri tamamlamadı.Yaşayış yeri üzrə poliklinikaya tibbi ölüm şəhadətnaməsi üçün müraciət etdikdə,ona əsaslı imtina edildi ki,uşaq həmin poliklinikada qeydiyyatda olmamışdır,tibbi anketi qeydə alınmamışdır.Qohumların vasitəsilə uşağı Bakı şəhərində dəfn etdi.13 il sonra isə,yəni 31 dekabr 2021-ci il tarixdə uşağın X1nun vəfat etdiyini öyrəndi.Hazırda onun vərəsələri miras əmlakın qəbulu üçün notarial orqana müraciət etmişlər.Lakin qeydiyyat şöbəsinin məlumat bazasında onun mərhum oğlu da ailə üzvü kimi qeyd edildiyi üçün vərəsəlik işi tamamlana bilmir.Ona görə də ölüm haqqında hüquqi faktın müəyyən edilməsinə zərurət yaranmışdır. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verərək, öz izahatında uşağının 3 yaşı olduğunu, dəfn etdikdə, heç bir qəbirüstü daş qoymadıqlarını, uşağının qan xəstəliyindən əziyyət çəkdiyini, uşağın adına ölüm haqqında şəhadətnamə almaq lazm olduğunu heç bilmədiyini, indi uşağın atası vəfat etdiyindən onun adına vərəəslik işi açılmış, uşağın mirasda payın alınması üçün lazım olduğunu, uşağın 10 aprel 2009-cu ildə vəfat etdiyini bildirdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Ərizəçinin vəkili məhkəmə iclasında iştirak edəək, iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmunun uyğun izahat verərək, öz izahatında uşağın yaşı az olduğundan sadəcə dəfn etdiklərini, heç bir qəbir götürülmədiyini, bununla bağlı lazımi orqanlara mürcaiət etdiyini 2009-cu ildə orada heç bir qeydiyyat kitabı olmadığını, artıq 13 il keçib deyə heç bir sənədi əldə etməyin mümkün olmadığını, hazırki sənədin isə uşağın atasının vərəslik işi ilə bağlı lazım olduğunu bildirərək, bu halın nəzərə alınaraq uşağın ölüm faktının müəyyən eidlməsini zəruri olduğunu bildirərək,iddianın təmin eidlməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasına ərizə göndərərək,iş həcminin çoxluğundan işə nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadə verərək, öz ifadəsində ərizəçinin qonşusu olduğunu, anası ilə ərizəçinin rayondan bəri qonşu olduğunu, anası uşağın öldüynü ona dediyini, o da həmin gün Rəfiqə xanımın evinə getdiyini, həmin vaxtı onların Neftçilər metrosu yanında kirayədə yaşadıqlarını, o ora çatanda artıq uşağın öldüyünü, Rəfiqənin özündə olmadığını, uşağın ölüm günün 10 aprel 2009-cu il olduğunu bildiyini qeyd etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadə verərək, öz ifadəsində ərizəçinin nikahdan olan oğlu olduğunu, qardaşının xəstə olduğunu, 10 aprel 2009-cu ildə vəfat etdiyini, onun adına heç bir sənəd almadıqlarını indi isə atasının vərəsəlik işinə görə lazım olduğunu, ona görə məhkəməyə mürcaiət olunduğunu bildirdi. İş materiallarında olan Şuşa Rayon Mərkəzi Xəstəxanasının PHŞ/1.1.83-3-2022-18 № li 21.04.2022-ci il tarixli məktubun məzmunundan görünür ki, 2006-cı il təvəllüdlü X9 10.04.2009-cu ildə dünaysını dəyişmiş, ambulator kartası olmadığı üçün 106 № li forma verilməmişdir. Şuşa RMX-nın dispanser qeydiyyatda olmamışdır. İş materiallarında olan 794 № li 18.03.2022-ci il tarixli Maraqlı şəxs məktbunun məzmununda aydın olur ki, X4 ölümünün qeydə alınması barədə ərizəyə cavab olaraq ölüm faktının tibb müəssiəsində müvafiq sənədi ilə təsdiq edildiyini, bu sənəd olmadıqda ölüm faktının məhkəmə tərəfindən müəyyən edildiyini qeyd etmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, ölüm faktının müəyyən edilməsi tələb edilən şəxs ərizəçinin oğludur.. İş materiallarında olan AZ-İ 419771 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin çıxarışının məzmunundan aydın olur ki, X9 23.02.2006-cı il tarixdə Şamaxı rayonunda anadan olmuşdur. X1, anası Ərizəçidır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Ali Məhkəmə Plenumunun qərarına əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Məhkəmə araşdırması zamanı iş üzrə toplanmış və tədqiq olunmuş ərizəçinin izahatı və digər mötəbər sübutlar əsasında təsdiq olundu ki, 23.02.2006-cı ildə Şamaxı rayonunda doğulmuş X9 10.04.2009-cu ildə ölmüşdür. Belə ki, Ərizəçi oğlunun ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən düzgün olaraq məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, ərizə əsaslı olmaqla təmin edilməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqnda” Azərbaycan Respublikası Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlar məcmuəsinə hüquqi qiymət verərək, hesab edir ki, ərizə təmin edilməli, 23.02.2006-cı ildə Şamaxı rayonunda doğulmuş X4 10.04.2009-cu ildə ölməsi faktı müəyyən olunmalidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 23.02.2006-cı ildə Şamaxı rayonunda doğulmuş X4 10.04.2009-cu ildə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə Qaradağ rayon Qeydiyyat Şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə faktın qeydə alınması üçün əsasdır. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar