Məhkəmə qərarları › İş №2(002)-1464/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-1464/2025

15.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-1464/2025 15.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X2 oğlunun katibliyi ilə, Ərizəçi «şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində qeyd etməklə məhkəməyə müraciət edərək xx.xx.1978-ci ildə doğulmuş X1 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə araşdırması gedişində müəyyən olmuşdur ki, Ərizəçi vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 48-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1— 261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. İş materiallarından görünür ki, hazırkı mülki iş üzrə ərizəçi tərəfindən iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Həmçinin, iş materiallarından görünür ki, hazırkı mülki iş üzrə ərizəçi qismində çıxış edən şəxs Ərizəçi vəfat etmişdir. Məhkəmə hesab edir ki, şəxsin mülki prosessual hüquq münasibətlərinin subyekti qismində çıxış etməsi üçün zəruri olan şərtlərdən biri də şəxsin məhz prosessual hüquq qabiliyyətinə, yəni mülki prosessual hüquq və vəzifələr daşımaq qabiliyyətinə malik olması şərtidir, hüquq qabiliyyəti isə şəxsin ölümü ilə xitam olunur. Deməli vəfat etmiş şəxs mülki prosessual hüquq qabiliyyətinə (prosessual hüquq və vəzifələr daşımaq qabiliyyətinə) malik deyildir. Ona görə də, məhkəmə qeyd edilən halları əsas götürərək, hazırkı mülki iş üzrə ərizəçi vəfat etdiyindən iddia tələbi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməlidir. Mülki prosessual Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə qeyd edilən halları nəzərə alaraq, mülki prosessual qnaunvericiliyin tələbini əsas götürərək, hesab edir ki, hazırki iş üzrə iddia tələbi vəfat etmiş şəxsə (prosessual hüquq qabiliyyəti olmayan şəxsə) qarşı irəli sürüldüyündən, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Ərizəçi xx.xx.1978-ci ildə doğulmuş X1 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində, elektron kabinet vasitəsilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar