Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1467/2021 24.05.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə МÜƏYYƏN ЕТDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 13 dekabr 1960-cı il tarixdə Füzuli rayonunda doğulmuş anası X1 04 aprel 2021-ci il tarixdə Bakı şəhəri, Lökbatan qəsəbəsində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi izahatında bildirdi ki, anası X3 onun anası olmaqla Füzuli rayonu Əbdülrəhmanlı kəndində anadan olmuşdur. Anası təzyiq xəstəliyindən əziyyət çəkmişdir. Anasının 04.04.2021-ci il tarixdə vəziyyəti ağır olduğuna görə Bakı şəhəri X8 çağırış etməklə həkim çağırmışlar. Həkim gələnə qədər anası vəfat etmişdir. Bu barədə ərizəyə X9 arayışı və qonşular tərəfindən təsdiq edilmiş akt əlavə edilmişdir. Sonradan ona sms vasitəsilə anasının koronavirus testinin pozitiv olduğu bildirilmişdir. Qardaşı da həmin xəstəlikdən vəfat etmişdir. Anasını el adəti ilə dəfn etmişlər. Onun başı anasının dəfninə, dəfnlə əlaqədar işlərə qarışdığına və hüquqi savadsızlığa görə ölüm haqqında şəhadətnaməni həmin vaxt almamışdır. Sonradan bununla bağlı Maraqlı şəxsnə müraciət etsə də, ona poliklinika qeydiyyatı və tibbi şəhadətnamə olmadığına görə ölüm haqqında şəhadətnamə verilməmişdir. Hazırda ölüm haqqında şəhadətnamə ona bəzi hüquqi sənədləri əldə etmək üçün lazımdır. Qeyd olunanlara əsasən o, ərizə ilə məhkəməyə müraciət etmişdir və hazırda məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X6 ifadə verərək bildirdi ki, o, ərizəçinin qonşusudur. Ərizəçinin anası X3 təzyiq və koronavirus xəstəliyindən əziyyət çəkmiş, 04 aprel 2021-ci il tarixdə vəziyyəti ağırlaşmış və vəfat etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X5 ifadə verərək bildirdi ki, o, ərizəçinin qonşusudur. Ərizəçinin anası X3 təzyiq və koronavirus xəstəliyindən əziyyət çəkmiş, 04 aprel 2021-ci il tarixdə vəziyyəti ağırlaşmış və vəfat etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, izahatı və şahidlərin ifadələrini dinləyib, təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə ərizə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 19 saylı Birləşmiş Şəhər Xəstəxanasının 885 saylı, 15.04.2021-ci il tarixli arayışından görünür ki, dispanser qeydiyyatda olmadığı üçün X2 ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün olmamışdır. İş materiallarında olan X2 məxsus AZE No 14216112 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 13.12.1960-cı il tarixdə Füzuli rayonunda anadan olmuşdur, ünvan 1-də qeydiyyatdadır. İş materiallarında olan Ərizəçi məxsus AZE No ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, ünvan 1-də qeydiyyatdadır. İş materiallarında olan X6, X5 tərəfindən tərtib edilmiş 16.04.2021-ci il tarixli aktdan görünür ki, X3 04.04.2021-ci il tarixdə ünvan 1-də vəfat etmişdir. İş materiallarında olan Bakı şəhəri Təcili və X4 Stansiyasının 15 saylı bölməsi tərəfindən verilmiş 04.04.2021-ci il tarixli müşayiət vərəqindən görünür ki, 04.04.2021-ci il tarixdə ünvan 1 ünvanına X1 adına çağırış daxil olmuş, həkiməqədər ölüm, qadın cinsli meyit aşkar edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. İş üzrə sübutlara hüquqi qiymət verərək məhkəmə müəyyən edir ki, təqdim olunmuş sübutlarla ərizəçinin anası X1 04 aprel 2021-ci il tarixdə Bakı şəhəri, Lökbatan qəsəbəsində vəfat etməsi faktı təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12.04.2019-cu il tarixli Qərarının 9cu bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi anası 13.12.1960-cı il təvəllüdlü X1 04 aprel 2021-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-1467/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1467/2021
24.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver