Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1471/2024 29.04.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi İddiaçı iştirakı ilə, Ərizəçi İddiaçı hüquqi əhəmiyyətli olan ölüm faktının müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı hüquqi əhəmiyyətli olan ölüm faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1935-ci ildə İsmayıllı rayonunda doğulmuş X2 xx.xx.2024-cü il tarixdə müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X5 onun anasıdır. X1 xx.xx.1935-ci ildə İsmayıllı rayonunda doğulmuş, onunla birlikdə ünvan 1 ünvanənda ünvanda yaşamışdır. xx.xx.2024-cü il tarixdə anasının vəziyyəti ağırlaşmış və həkim çağırmışlar. Həkim gələnə kimi anası vəfat etmişdir. Anasə el adəti ilə İsmayıll rayonu, Quşencə kənd qəbirstanlığında dəfn edilsə də, həmin vaxtı ölüm haqqında şəhadətnamə almamışlar. Belə ki, həmin vaxtı başı dəfn mərasiminə qarışdığı üçün bu barədə lazımı orqana müraciət etməmişdir. Sonradan bu barədə poliklinikaya müraciət etsə də anasına ölüm şəhadətnaməsi almaq üçün tibbi şəhadətnamə verilməmişdir. Hazırda X1nın müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi ona bəzi hüquqi sənədləri o cümlədən ölüm haqqında şəhadətnamə əldə etmək üçün lazımdır. Məhkəmə iclasında iştirak edən ərizəçi İddiaçı ərizəni müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahid ifadəsini dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində qeyd etmişdir ki, o mərhumənin qonşusu olmuşdur, mərhumə xx.xx.2024-cü il tarixdə evdə vəfat etmişdir. İsmayıllı rayonunda dəfn edildiyinə görə dəfnində iştirak edə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində qeyd etmişdir ki, mərhumənin qonşusu olmuşdur, mərhumə xx.xx.2024-cü il tarixdə evdə vəfat etmişdir. Mərhumə İsmayıllı rayonunda dəfn olunmuşdur. Lakin dəfndə iştirak edə bilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş 15 mart 2024-cü il tarixli, 3-16-5/7-15-355/2024 saylı arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X2 ölümün qeydə alınması barədə ərizəyə baxılmışdır, ölüm haqqında tibbi şəhadətnamə olmadığından onun ölümünün qeydə alınması mümkün olmamışdır. İş materiallarında olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” 3 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən verilmiş 198 saylı, 14 mart 2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1935-ci ildə İsmayıllı rayonunda doğulmuş və Bakı şəhəri, Lökbatan qəsəbəsində vəfat etmiş X5 3 nömrəli BŞX İİ şöbədə qeydiyyatda olmayıb və xəstəliyi ilə əlaqədar müraciət etmədiyi üçün ölüm haqqında şəhadətnamə verilməsi tərəflərindən mümkün olmamışdır İş materiallarında olan İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının Quşencə kəndi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 100 saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, mərhumə X6 xx.xx.2024-cü ildə vəfat edib onu İsmayıllı rayonu, Quşencə kənd qəbirstanlığında dəfn ediblər. İş materiallarında olan Təcili və X7 Stansiyasının xx.xx.2024-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, ünvan 3 ünvanına X2 adına çağırış olmuş, həkim gələnə kimi qadın cinsli meyit aşkar edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə belə qeydalınma üçün əsasdır. Yuxarıda sadalanan sübutlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, xx.xx.1935-ci ildə İsmayıllı rayonunda doğulmuş X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmiş, onun ölməsi faktı iş materialları və şahid ifadələri ilə təsdiq olunduğundan, ərizə təmin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1935-ci ildə İsmayıllı rayonunda doğulmuş X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-1471/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1471/2024
29.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver