Məhkəmə qərarları › İş №2(002)-1475/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1475/2020

24.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1475/2020 24.08.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində qeyd etməklə, «ölüm faktının müəyyən ediməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində qeyd etməklə, «ölüm faktının müəyyən ediməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, atası, xx.xx.1936-cı ildə Şamaxı rayonu, Çabanlı kəndində doğulmuş X2 xx xxx 2020-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun atası xx xxxxxx 1936-cı il təvəllüdlü X4 xx xxx 2020-ci il tarixdə yaşadıqları Bakı şəhəri, Lökbatan qəsəbəsi, 1-ci massiv, 1-ci küçə 3 saylı evdə ürək çatışmazlığından vəfat etmişdir. Rəhmətliyi el qaydasında Lökbatan qəsəbəsində yerləşən qəbirstanlığında dəfn etmişlər. Bu yaxınlarda mərhum üçün ölüm haqqında şəhadətnamə almaq məqsədilə Maraqlı şəxsnə müraciət etdi, lakin onlar, ona imtina cavabı verərək, ölüm haqqında tibbi arayış olmadığından məhkəməyə müraciət etməyini izah etdilər. Həmin vaxtlar başlae yas mərasimlərinə qatışdığından, qanunları bilmədiklərindən atası üçün ölüm haqqında şəhadətnamə almaq barədə belə fikirləşməmişlər. Onun atası xx xxxxxx 1936-cı il təvəllüdlü X2 xx xxx 2020-ci il tarixdə yaşadıqları Bakı şəhəri, Lökbatan qəsəbəsi 1-ci massiv 1-ci 1-ci küçə 3 saylı evdə vəfat etməsi faktını qonşular və qohumlarda da təsdiq edə bilər. AR MPM-in müvafiq maddələrinə əsasən ərizəsinin təmin edilməsini xahiş edir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmənin ünvanına ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, şahid X11 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, qonşu olublar. Atası ərizəçi ilə yaşayırdı. 3-4 ay əvvəl rəhmətə gedib. Dəfndə iştirak etmişdir. Təsdiq edir ki, xx.xx.1936-cı ildə Şamaxı rayonu, Çabanlı kəndində doğulmuş X4 xx xxx 2020-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Şahid X6 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, ərizəçi əmisi oğludur. Əlisahib Lökbatanda dəfn edilib. Dəfndə iştirak etmişdir. Təsdiq edir ki, xx.xx.1936-cı ildə Şamaxı rayonu, Çabanlı kəndində doğulmuş X4 xx xxx 2020-ci il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, ölüm faktının müəyyən edilməsi tələb edilən şəxs ərizəçinin atasıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1966-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş X14 Hakimiyyəti başçısının Lökbatan qəsəbəsi üzrə nümayəndəliyinin xx xxx 2020-ci il tarixli arayışının surətindən görünür ki, Ərizəçi qeydiyyat ünvanı Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massiv, 1-ci küçə, ev 3-dür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş AZE seriyalı 05435392 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1936-cı ildə Şamaxı rayonu, Çabanlı kəndində doğulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş aktdan görünür ki, X5, X3 və X7 öz imzaları ilə təsdiq etmişlər ki, X4 xx xxx 2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhər Baş Səhiyyə İdarəsinin 19 saylı X1 xx.xx.2020-ci il tarixli məktubunun surətindən görünür ki, X2 ölümə səbəb olan diaqnozla dispanser qeydiyyatda olmadığı üçün tərəflərindən ölüm haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Qaradağ rayon Lökbatan Bələdiyyəsi tərəfindən 02/127 nömrəli xx.xx.2020-ci il tarixdə verilən arayışdan görünür ki, X4 xx.xx.2020-ci il tarixdə Lökbatan qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş BŞT və TTYS 15 saylı bölməsinin ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X4 üçün Təcili tibbi yardım gəlmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş BŞT və TTYS 15 saylı bölməsinin ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X4 həkim gələnə qədər ölmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Bu Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Qeyd olunan mülki prosessual hüquq normalarının məzmunundan görünür ki, həmin normalarda xüsusi icraat qaydasında məhkəmə tərəfindən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin şərtləri nəzərdə tutulmuşdur. Həmin şərtlər qeyd olunan maddələrdə aşağıdakı ardıcıllıqla göstərilmişdir: - ərizəçinin müəyyən edilməsini məhkəmədən xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır; - ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onları bərpa edə bilməməlidir. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədləri başqa qaydada ala bilməməsi dedikdə, həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Başqa sözlə, müəyyən edilməsi tələb edilən hüquqi əhəmiyyətli faktı təsdiq edən hər hansı sənədin əldə olunması və ya bərpa edilməsi mümkün olmamalıdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmə Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1.4-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi, Ərizəçi atasının ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, xx.xx.1936-cı ildə Şamaxı rayonu, Çabanlı kəndində doğulmuş X2 xx xxx 2020-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmadığından ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir və onun atası olan xx.xx.1936-cı il təvəllüdlü X2 xx xxx 2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1936-cı il tarixdə Şamaxı rayonu, Çabanlı kəndində doğulmuş X2 xx xxx 2020-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi X2 ölümünün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar