Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1488/2023 24.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə МÜƏYYƏNЕТDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1960-ci il təvəllüdlü X1nun 09 mart 2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi ərizəsinə uyğun izahat verərək bildirdi ki, X6 onun atasıdır. X1 xx.xx.1960-cı ildə Qubadlı rayonunda doğulmuş, şəkər və ürək xəstəliyindən əziyyət çəkmiş, onunla bir ünvanda yaşamışdır. 09 mart 2023-cü il tarixdə saat 10:00 radələrində atası Abşeron rayonu, Sulu Təpə dairəsində ürək tutmasından qəflətən vəfat etmişdir. Təcili yardım həkimi gələrək öldüyünü təsdiq etmişdir. Bu barədə polis idarəsində araşdırma aparılmış və cinayət işinin başlanması rədd edilmişdir. Mərhumu el adəti ilə Sumqayıt şəhər qəbirstanlığında dəfn etmişlər və yas mərasimi keçirmişlər. Onun başı dəfnlə əlaqədar işlərə qarışdığına görə ölüm haqqında şəhadətnaməni həmin vaxt almamışdır. Sonradan poliklinikaya müraciət etmiş, lakin ona ölüm haqqında şəhadətnaməni almaq üçün tibbi şəhadətnamə verilməmişdir, mərhumun poliklinikada qeydiyyatda olmadığını bəhanə gətirmişlər. Hazırda ölüm haqqında şəhadətnamə bəzi hüquqi sənədləri əldə etmək üçün lazımdır. Qeyd olunanlara əsasən o, ərizə ilə məhkəməyə müraciət etmişdir və hazırda məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq, işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X7 ifadə verərək bildirdi ki, ərizəçi onun dayısı oğludur. Bundan əvvəl də dayısının ürək tutması olmuşdur. Mart ayında ərizəçinin anası ona zəng edərək dayısının, yəni mərhumun vəziyyətinin yaxşı olmadığını bildirdi. Ekologiya Postunun yaxınlığında maşının içində qəflətən vəfat etmişdir. Polis əməkdaşları da orada idi. Sonradan mərhumun yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, izahatları və şahidin ifadəsini dinləyib, təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə ərizə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 23 saylı Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2023-cü il tarixli arayışından görünür ki, xx.xx.1960-cı il təvəllüdlü X6 poliklinikaya ambulator müraciət etməmiş və ölümünü təsdiqləyən heç bir sənəd olmadığı üçün ölüm haqqında şəhadətnamə verilməmişdir. İş materiallarında olan Bakı şəhəri Təcili və X4 Stansiyası 17 saylı bölməsi tərəfindən verilmiş arayışdan görünür ki, 09 mart 2023-cü il tarixdə saat 09:05 radələrində X2 adına çağırış daxil olmuş, həkiməqədər ölüm, kişi cinsli meyit aşkar edilmişdir. İş materiallarında olan İ-AZ seriyalı, 081782 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1985-ci il tarixdə Qubadlı rayonunda anadan olmuşdur. Ərizəçi X1dur. İş materiallarında olan AZE seriyalı, 08720961 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1960-ci il tarixdə Qubadlı rayonunda anadan olmuşdur, Qubadlı rayonu, Xocahan kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan Abşeron Rayon Prokurorluğunun müstəntiqinin cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan Qaradağ rayon Ümüd qəsəbəsi Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 273 saylı arayışdan görünür ki, Qubadlı rayonundan məcburi köçkün düşmüş Baxışov X5 rayonu, Ümid məcburi köçkün qəsəbəsində, bina 6, mənzil 16 ünvanında müvəqqəti məskunlaşmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən, ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Həmin Məcəllənin 194.2-ci maddəsinə əsasən, ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. İş üzrə sübutlara hüquqi qiymət verərək məhkəmə müəyyən edir ki, təqdim olunmuş sübutlarla ərizəçinin atası xx.xx.1960-ci ildə doğulmuş X2 09 mart 2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarının 9-cu bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi atası xx.xx.1960-cı ildə anadan olmuş X2 09 mart 2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-1488/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1488/2023
24.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver