Məhkəmə qərarları › İş №2(002)-1491/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-1491/2023

14.06.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-1491/2023 14.06.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi ilə, İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh, X3 və X1 qarşı vərəsəlik hüququnun tanınması və miras əmlak üzrəində payların müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh, X3 və X1 qarşı vərəsəlik hüququnun tanınması və miras əmlak üzrəində payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1.-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iddiaçılar mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənədi ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1 və 1243.2-ci maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsəlik hüquq münasibətlərinə əsasən vərəsəlik işinin açılması, mirasın qəbulu və ondan imtinanın rəsmiləşdirilməsi, habelə vərəsəlik şəhadətnaməsinin verilməsi mirasın açıldığı yer üzrə notariat orqanının səlahiyyətinə aiddir. Məhkəmələr mirasın qəbulu müddətinin uzadılması, mirasın faktiki qəbulu zamanı bu faktın notarius tərəfindən müəyyən edilə bilmədiyi halda mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, eləcə də vərəsələr arasında mirasın bölüşdürülməsi ilə bağlı razılıq əldə olunmadıqda mirasın bölüşdürülməsinə dair mübahisələrə baxırlar. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən göründüyü kimi, iddiaçı miras qalmış əmlakın qəbulu ilə bağlı vərəsəlik işinin açılmasına dair notariusa müraciət olunmuş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Baki Şəhəri 8 saylı Notariat ofisinin iddiaçının məktubuna ünvanlanmış xx.xx.2023-cü il tarixli 337 nömrəli cavab məktubundan aydın olur ki, vətəndaş tərəfindən təqdim edilmiş sənədlərə baxış keçirilmiş və müəyyən olmuşdur ki, miras qalmış əmlakla bağlı vərəsələrin dairəsini və təqdim edilmiş sənədlərdə olan ziddiyyətləri aradan qaldırılması üçün məhkəməyə müraciət edilməsi və sonradan təkrar Notariat ofisinə müraciətin edilməsi təklif edilmişdir. Göründüyü kimi, iddiaçıya miras əmlakın hüquqmüəyyənedici sənədlərində olan ziddiyyətləri və vərəsələrin dairəsi ilə bağlı olan qeyri müəyyənliyi aradan qaldırmaq üçün əvvəlcə məhkəməyə müraciət edilməsi və sonradan təkrar notariusa müraciət hüququ notarius tərəfindən izah edilmişdir. Lakin iddiaçı yuxarıda sadalanan prosedurları həyata keçirmədən (pretenziya qaydasına əməl etmədən) birbaşa məhkəməyə müraciət etmişdilər. Bu səbəbdən ərizə baxılmamış saxlanmalıdır. İddiaçıya Vərəsəlik hüququ haqqında şəhadətnamənin alması üçün miras əmlakın hüquqmüəyyənedici sənədlərdə olan ziddiyyətlərin aradan qaldırılması və həmçinin qanunvericilikdə nəzərdə tutulan müddətin bərpa edilməsi üçün ilk öncə məhkəməyə, həmin prosedrlardan sonra təkrar notariat ofisinə müraciət edilməsi məsləhət görülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə görə miras qalmış əmlakda payın müəyyən edilməsi məsələsi ilkin olaraq notariat ofisində həll edilir. Miras qoyanın vərəsəsi əvvəlcə miras əmlakı qəbul etməsinə dair notariat ofisinə mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddət ərzində ərizə verməli, vərəsələr arasında miras əmlakla bağlı mübahisə olduqda və notariat ofisi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etdikdə, vərəsə miras qoyandan miras qalmış əmlakda payın müəyyən edilməsi barədə digər vərəsələrə qarşı məhkəmədə iddia irəli sürə bilər Miras əmlakın bölüşdürülməsi də ilk növbədə tərəflərin razılığı ilə notarius tərəfindən həyata keçirilir və yalnız tərəflər arasında ixtilaf olduqda notarius mirasın bölüşdürlməsindən imtina edərək tərəflərə məhkəməyə müraciət etmək hüququnu izah edir. Belə bir ixtilafın olması və notariusun mirasın bölüşdürülməsindən imtina etməsi isə təqdim edilmiş sənədlərdən müəyyən olunmur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 12 №-li Qərarının 5-ci bəndində “ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında dəyişikliklər edilərək “məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Həmin Qərarda qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-in 260.5-ci maddəsində nəzərdə tutulan vəsatət Azərbaycan Respublikası MPM-in 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanmasına dair qərardadın ləğvi barədə tərəfin xahişidir. Odur ki, həmin vəsatət qərardadı mübahisələndirən şikayət sayılmır. Ərizənin baxılmamış saxlanılması haqqında (o cümlədən Azərbaycan Respublikası MPM-in 259.0.6 və 259.0.7-ci maddələrində nəzərdə tutulmuş əsaslarla çıxarılmış) qərardadın qanuni və əsaslı olması yalnız şikayət verilməklə mübahisələndirilə bilər. Şikayətə Azərbaycan Respublikası MPM-in 269-cu maddəsində nəzərdə tutulmuş qaydada baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 259.0.6, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdehlər Cavabdeh, X2 və X1 qarşı vərəsəlik hüququnun tanınması və miras əmlak üzərində payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 100(yüz) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar