Məhkəmə qərarları › İş №2(002)-1499/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1499/2025

28.01.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1499/2025 28.01.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, İsgəndərova Zöhrə Ədalət qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul, və qızıl-zinət əşyaları” tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul, cehiz, qızıl-zinət əşyaları və əmlak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəyəri 3500 manat olan komplekt brilyant dəstin (sırğa, üzük, qolbaq və boyunbağı), dəyəri 1000 manat olan nişan üzüyünün, dəyəri 1000 manat olan mətbəx mebelinin, dəyəri 500 manat olan qabların özünün və ya dəyərinin, borc kimi aldıqları 6000 manat pul məbləğinin və ödənilmiş 126 manat dövlət rüsumunun cavabdehlər X2, X3 və Cavabdeh1 müştərək qaydada alınaraq ona verilməsi dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o X1 Cavabdeh1 ilə xx.xx.2013-cü il tarixdə, Qaradağ rayon qeydiyyat şöbəsinin 571 nömrəli akt qeydi ilə qeydiyyata alınmaqla nikaha daxil olmuşamdur. Birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü X4, xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X6 adında övladlarımız dünyaya gəlmişdir. Hazırda nikahı rəsmi qaydada pozulmasa da, faktiki olaraq ailə münasibətləri dağılmışdır və o ailəsinin yaşadığı evə qayıtmışdır. Cavabdehə qarşı nikahın pozulması tələbinə dair Qaradağ Rayon Məhkəməsində iddia qaldırmışdır. Qeyd edir ki, qaynatası X3 və qaynanası X2 2014-cü ildə məndən 6000 (altı min) AZN borc pul almışlar və lakin bu günə kimi həmin pulu geri qaytarmamışlar. Bildirir ki, o həmin pulu öz anasından alıb onlara vermişdi. Bu pula görə ailəsində dəfələrlə söz-söhbət olmuş, o pulu tələb etsə də qaynatası və qaynanası həmin borcu geri qaytarmamış hətta o hər dəfə həmin borcun adını çəkəndə qaynatası və qaynanası tərəfdən şiddətə məruz qalmışdır, qaynatası və qaynanamsı ona şillə vurmuş, saçını yolub, boğmağa çalışmışlar. Göstərilən şiddətlə bağlı xx.xx.2019-cu il tarixdə 102 xidmətinə zəng vuraraq bildirmişdir. xx.xx.2019-cu il tarixdə həyat yoldaşı Vüsal atasını və anasını polisə şikayət etdiyi üçün onu ölümlə hədələmiş və o bu haqda da 102 xidmətinə elə həmin an zəng vuraraq xəbər vermişdir. Lakin Qaradağ RPİ-nin 38-ci PB-nin təhqiqatçısı, polis kapitanı Məmmədov Pərviz cinayət işinin başlanmasının rədd edilməsi haqqqında xx.xx.2019-cu il tarixli qərar qəbul etmişdir. Daha sonra yoldaşı Vüsal xx.xx.2019-cu il tarixdə heç bir səbəb olmadan evdə olan stulu onun başınma vurmuş və sonra yumruqla ona zərbələr endirərək müxtəlif bədən xəsarətləri yetirmişdir. Bununla da bağlı o elə həmin anda 102 xidmətinə məlumat vermişdir. Qeyd etdiyi Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinin xx.xx.2019-cu il qərarında da qaynatası X3 izahatıyla anasından 6000 manat borc pul aldığını özü etiraf etmişdir. Bundan başqa cavabdehlə nikah bağladıqdan sonra mövcud olan adət-ənənələrə uyğun olaraq cavabdehin qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən mənzilə gəlin köçmüşəm və ona məxsus cehiz əşyalarda həmin mənzilə yerləşdirilmişdir. Hazırda cavabdehlərdə daşınar əmlakın siyahısı aşağıdakı kimidir: Mətbəx mebeli dəyəri 1000 manatQab-qacaq: xurustal qablar, servant qabları, mətbəx qabları dəyəri 500 manat Həmçinin cavabdehlər ona toy hədiyəsi olaraq aşağıdakı qızıl zinyət əşyaları almışlar. komplekt brilliant dəsti (sırğa, üzük, qolbaq və boyunbağı dəsti) dəyəri 3500 Nişan üzüyü dəyəri 1000 manat Toydan sonra həmin qızılları onun əlindən alaraq onun icazəsi olmadan lombarda qoymuşlar. Sonradan qızılların aqibəti ona məlum olmamış, özləri götürüb istifadə etmişlər. Dəfələrlə müxtəif lombartda qoyun pul götürmüşlər. Hesab edir ki, onun mülkiyyətimdə olan yuxarıdakı daşınar əmlaklar ona geri qaytarılmalıdır. İddiaçı iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək, cavabdehlərdən mətbəx mebelini, nişan üzüyünü və qabları tələb etmədiyini bildirmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, o Vüsalla 2013-cü ildə nikaha daxil olmuş, 2024-cü ildə isə boşanıblar. Anasından 6000 manat borc alıblar. 2014-cü ildə 6000 manatı anasından alıb Telmanla Ədiləyə o vermişdir. Komplekt brilyant dəstini toy və nişan vaxtı qarşı tərəf alıb. Ədiləgilə gəlin köçmüş daha sonra yola gedə bilmədikləri üçün kirayə yaşamışdır və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Qızılların girova qoyulmasından xəbəri yoxdur, hər hansı bir razılıq verməmişdir. Cavabdeh3 İldıq qızı məhkəmə iclasında iştirak edərək bildirdi ki, iddiaçı gəlin gələndən 2-3 ay sonra oğlu qəza keçirdi, hər 2 maşın pis vəziyyətdə idi. Digər maşın sahibi 4000 manat istədi deyə Xəyalənin anası oğluna zəng edib bildirdi ki, onda o pul var, oğlu gedib götürsün. Oğlu 2013-cü ildə gedib qaynanasından 6000 manat götürdü. Oğlu iddiaçının anasından 6000 manat pulu borc kimi götürmüşdür. Xəyalənin anasının 38-ci PB-də izahatı var. Anası 102-ə zəng etmişdi. Onları bölməyə çağırdılar. Orada da bildirdi ki, Xəyalənin anası o pulun halallığını verib. Anası da dedi ki, Xəyalənin üzü qara olsun. O iddiaçıdan qızıl almamışdır. 2013-cü ildə oğlu qızılları ondan xəbərsiz iddiaçıdan alıb lombarda qoyub, pulu ödəyə bilməyəndə oğlu qızılı iddiaçıdan aldığını dedi. 2020-ci ildə iddiaçı ilə barışdılar. Dedi qızılları aparıb qəbristanlığa atıb. Gedib birliktə axtardılar. Qızılları iddiaçıdan oğlu alıb lombarda qoymuşdur. Pulun ödənilib-ödənilmədiyindən xəbəri yoxdur. İddiaçının tək mətbəx mebeli yox, divan-kreslo və TV altlığı da evdədir. Cavabdehlər Cavabdeh2 məhkəmə iclasında iştirak edərək bildirdi ki, oğlu Vüsal 6000 manatı götürəndə orada olmamış, həmçinin tərəflər arasında olan qızıl söz-söhbətlərinə də qarışmamışdır. Cavabdeh1 məhkəmənin əvvəlki iclasında iştirak edərək bildirmişdir ki, o qızılları 2014cü ildə lombarda qoymuşdu. Belə ki, avto qəza keçirmişdi deyə pul lazım olduğu üçün belə etmişdi. Xəyalənində razılığı olmuşdur.Pulunu ödəyə bilmədi deyə 2022-ci ilin avqustunda lombardın əməkdaşı qızılları saldı. Xəyalə isə evi 2022-ci ilin iyul ayında tərk etmişdi. O qızıllar toy vaxtı alınan qızıllar idi. Lombard 20 Yanvar metrosu tərəfdə idi. Lombard təçkilatının adını bilmir, girov sənədləri də onda yoxdur. Qızılları lombarda qoyanda iddiaçının razılığı var idi. İddiaçının yazılı razılığı olmamışdır. 2013-cü ildə maşını aşırdı deyə qızılları məcbur lombarda qoyub pul götürdü. Pulunu ödəyib qızılları lombarddan götürüb, sonra yenidən başqa lombarda qoydu. 2013-cü ildəki qəzaya görə sürücülük vəsiqəsinə məhdudiyyət qoyuldu. İddiaçı ilə birgə yaşayanda qızılları lombarda girov qoydu. Qızılları lombarda girova qoyanda, iddiaçı və ata-anası bildi. Valideynləri ikinci dəfə qızılları lombarda qoyanda bildi.İddiaçının nişan üzüyü özündədir, onu lombarda qoymamışdır.Mətbəx mebeli onlarda, Qızıldaşdadır. 2013-cü ildə iddiaçının anası maşın qəzasına görə 6000 manat verdi, sonra kirayə qaldılar deyə imkanı olmadı pulu qaytara bilmədi, iddiaçının anası da dedi ki, o pul sənə halal olsun.6000 manatı ona iddiaçının anası vermişdir.İddiaçının anası dedi banka faizə düşmə, nə zaman imkanın olsa, ödərsən.Qızıllar sonuncu dəfə 2022-ci ildə lombarda qoyulub. Lombardda müqavilə bağladılar.Onda müqavilə yoxdu.Bu işlərin anasına və atasına aidiyyatı yoxdu. İddiaçı hərşeyin aparıb, mətbəx mebeli, divan-kreslosu onlarda qalıb.Divan-kreslonu anası iddiaçıya cehiz alıb. Qızılları onlar iddiaçıya alıb vermişdir.İddiaçı çay servisin və nahar servisin aparıb. Evdə ancaq iddiaçının divan-kreslosu, mətbəx mebeli, jurnal stolu qalıb. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmənin axrıncı iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdilər və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını, iddia ərizəsi üzrə işin faktiki hallarını araşdıraraq, eləcə də toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, geri qaytarılması tələb edilən qızıl-zinət əşyaları mövcud olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş "xxxx" MMC-in xx.xx.2025ci il tarixli AE 11-018/25 nömrəli ekspert rəyindən görünür ki, mütəxəssis qarşısında qoyulmuş sualların həlli üçün müqayisəli satışlar yanaşmasından istifadə edilmişdir. Beləliklə, e-2(002)- 1499/2025 saylı mülki iş üzrə mütəxəssis qarşısında qoyulmuş sual aşağıdakı kimi cavablandırılmışdır. Fotoşəkillərdə əks olunmuş komplekt (sırğa, üzük, qolbaq və boyunbağı) və nişan üzüyünün orta bazar qiyməti 14 noyabr 2025-ci il tarixinə 2100 manat, mətbəx mebelinin orta bazar qiyməti 14 noyabr 2025-ci il tarixinə 500 manat təşkil etmişdir. Aparılmış tədqiqatın dəyəri 300 manat təşkil etmişdir. Məhkəmə qeyd edir ki, ilk növbədə qeyd olunmalıdır ki, iddia tələbinin hüquqi əsasını vindikasiya iddiası, yəni mülkiyyətində olan əmlakına sahibliyindən məhrum olmuş iddiaçının cavabdehə yönəlmiş əmlakının geri qaytarılması tələbi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddənin məzmunundan göründüyü kimi, vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir.

1. İddiaçının həmin əmlakı tələb etməyə subyektiv hüququ olmalıdır, yəni vindikasiya iddiasına əmlaka sahibliyini itirmiş mülkiyyətçi malikdir.

2. Mülkiyyətçi öz əmlakına faktiki sahiblikdən məhrum olunmalıdır;

3. Mülkiyyətçinin sahibliyindən çıxmış əmlak digər şəxsin faktiki sahibliyində olmalıdır. İlk növbədə qeyd edilməlidir ki, tələb olunan qızıl-zinyət əşyalarının mövcudluğu iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlar, fotoşəkillər və şahid ifadələri və tərəflərin izahatları ilə təsdiq olunuş və cavabdehlər də öz növbəsində həmin qızılların olmasını inkar etməmilər. Lakin həmin qızılların girova qoyulması faktı Vüsal tərəfindən etiraf edilmiş, Xəyalə isə həmin qızılların girova qoyulmasından xəbər olmaması və razılığının olmamasını bildirmişdir.Amma məhkəməyə Vüsal hansı lombard təşkilatına qızılları girov qoyulmasını dəqiq deyə bilməmiş, həmçinin bildirmişdir ki, ödəniş edə bilmədiyinə görə lombard təşkilatı qızılları satmışdır. Bu isə onu deməyə əsas verir ki, həmin qızıllar Xəyalənin iradəsindən kənar girova qoyulmuş və satılmışdır.Həmçinin həmin qızıllar Vüsalın bildirdiyinə görə 2022-ciilin avqustunda satılmış, Xəyalə isə evi 2022-ci ilin iyul ayında tərk etmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbində qeyd edilən qızıl-zinət əşyaları vindikasiya iddiasının istinad edilən 2 və 3-cü komponentlərinin də mövcudluğu, yəni iddiaçıya məxsus olan həmin qızıl-zinət əşyalarının onun qanuni sahibiyindən çıxması və sahibliyindən çıxmış fotoşəkillərdə əks olunmuş həmin əşyaların məhz cavabdehin faktiki sahibliyində olması öz təsdiqini tapmışdır. Məhkəmə iclasında tərəflər izahatlarında Cavabdeh1 iddiaçının anasından 6000 manat borc pul aldığını və bunların heç birini qaytarmadığını bildirmişdir. Bu halı Xəyalə də inkar etməmişdir. Belə olan halda 6000 manata münasibətdə tələb hüququ Xəyaləyə yox , onun anasına münasibətdə yaranır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz(Konstitusiya Məhkəməsi PlenumununM.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə iş materiallarında olan ekspertiza rəylərini nəzərə alaraq, həmin əşyaların dəyərinin bu rəydə əks olunmuş qiymətlərə uyğun şəkildə qeyd edilməsini qanunauyğun hesab edir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, əşyaların dəyərinə dair ekspertiza rəyi nəzərə alınaraq, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 aşağıda qeyd olunan əşyalar komplekt (sırğa, üzük, qolbaq və boyunbağı)-mövcud olmadıqda isə onun dəyəri olan 2100 manat alınaraq İddiaçı veriməlidir. 300 manat ekspertiza xərci Cavabdeh1 tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 komplekt (sırğa, üzük, qolbaq və boyunbağı)-mövcud olmadıqda isə onun dəyəri olan 2100 manat alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. 300(üç yüz) manat ekspertiza xərci Cavabdeh1 tutularaq "xxxx" MMC-nin hesabına-( VÖEN: **********, Bank "xxxx" ASC Mərkəz filialı, bank VÖEN-**********, M.H AZ37NABZ********************,H.h: AZ74AİİB400600F**********112, Kod 200026, SWİFT:AİİBAZ2XXXX) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar