Məhkəmə qərarları › İş №2(002)-1505/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-1505/2024

11.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-1505/2024 11.06.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi ilə Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Qaradağ rayonu Qeydiyyat şöbəsinə qarşı ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Qaradağ rayonu Qeydiyyat şöbəsinə qarşı ölüm faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Maraqlı şəxs Qaradağ rayonu Qeydiyyat şöbəsi məhkəməyə ərizə göndərərək, mülki işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizə təqdim edərək mülki işin baxılmamış saxlanılmasını, ərizənin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. Ərizəçi əlavə olaraq məhkəmə iclasında ifadəsində bildirdi ki, ölmüş şəxsin yaxın qohumları yoxdu, onunla aralarında renta müqaviləsi bağlanmışdır, ölümünə kimi ona hər 250 manat ödənişlər etmişdir. Hazırda renta müqaviləsi üzrə obyekt olan evi öz adına qeydiyyatdan keçirmişdir. Lakin ona məxsus mülkiyyətdə qeydiyyatda görünən ölmüş şəxs barəsində ölüm faktının təsdiqlənməsi ona görə lazımdır ki, həmin şəxsin artıq onun ünvanında qeydiyyatda görünməsin. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 259.0.6, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Ərizəçi maraqlı şəxs Qaradağ rayonu Qeydiyyat şöbəsinə qarşı ölüm faktının müəyyən edilməsi barədə ərizəsi baxılmamış saxlanılsın. Ərizə, ona əlavə edilmiş sənədlər və ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar