Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1535/2025 15.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cehiz əşya tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı cehiz əşya tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, nikaha daxil olarkən iddiaçının atası tərəfindən ona cehiz verilmiş və hazırda ünvan 1 ünvanında qalmış cehiz əşyalarının: 1 dəst yorğan, döşək, yastıqyataq dəsti, 1 ədəd taxt, 1 ədəd şifoner, 1 ədəd termo, 1 ədəd tumbo, 1 ədəd sandıq, 1 dəst qonaq dəsti, 2 ədəd servant, 1 ədəd komod, 1 ədəd künc divan, 1 ədəd padstavka, 1 ədəd stol, 6 ədəd stul, 8 ədəd paduşka olmaqla ümumilikdə dəyəri 5200 manat, uşaq beşiyi dəyəri 550 manat, pərdə dəyəri 120 manat, çilçıraq dəyəri 150 manat, 2 ədəd böyük xalça dəyəri 600 manat, 2 ədəd kiçik xalça dəyəri 200 manat, 1 ədəd güldan dəyəri 60 manat, 1 ədəd televizor dəyəri 1200 manat, 1 ədəd ətçəkən maşın dəyəri 140 manat, 1 ədəd tosoran dəyəri 80 manat, obednıy servis, çay dəsti, kofe dəsti dəyəri 600 manat, qazan dəsti dəyəri 180 manat, 1 ədəd ütü dəyəri 80 manat, 1 ədəd ütü masası dəyəri 45 manat, 1 ədəd taxt örtüyü dəyəri 120 manat, 1 ədəd süfrə dəyəri 15 manat, 6 ədəd xrustal stəkan dəyəri 80 manat, 6 ədəd böyük nəlbəki dəyəri 25 manat, 6 ədəd armudu stəkan dəyəri 30 manat, 6 ədəd kiçik nəlbəki dəyəri 20 manat, dəst su qabları dəyəri 25 manat, 18 ədəd bakal dəyəri 95 manat, duz qabı dəyəri 5 manat, mürəbbə qabı dəyəri 5 manat, qaşıq dəsti dəyəri 70 manat, 2 ədəd çaşka dəsti dəyəri 50 manat, 1 ədəd zibil qabı dəyəri 12 manat, 1 ədəd ləyən dəyəri 8 manat, 1 ədəd vedrə dəyəri 5 manat, bıçaq dəsti dəyəri 45 manat, ədviyyat qabı dəyəri 55 manat, taxta dəsti dəyəri 10 manat, 1 ədəd güldan, 1 ədəd meyvə qabı, 2 ədəd konfet qabı dəyəri 500 manat, uşaq üçün velosiped dəyəri 60 manat, 3 ədəd podnos dəyəri 40 manat, stəkan dəsti dəyəri 8 manat, stəkan dəsmalı dəyəri 20 manat, dəsmallar dəyəri 50 manat, pastel dəsti dəyəri 100 manat, habelə dəyəri 70 manat olan 2 ədəd adyalın cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddiaçı onun qızıdır. Tərəflər nikaha daxil olarkən iddia ərizəsində qeyd olunan əşyalar iddiaçıya cehiz olaraq verilmişdir. Tərəflərin xasiyyətləri uyğun gəlmədiyindən 2023-cü ildə ayrılmışlar, aralarındakı nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1266/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Sözügedən cehiz əşyaları isə cavabdeh tərəfdə ünvan 1 ünvanında qalmışdır. İcra məmurunun iştirakı ilə həmin əşyalar siyahıya alınaraq üzərinə həbs qoyulmuşdur. Əşyalardan yalnız dəyəri 60 manat olan uşaq velosipedi qaytarılmış, qalanı orada qalmışdır. Hazırda o, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələblərinə istinad edərək, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Bununla yanaşı, Cavabdeh məhkəməyə xx.xx.2025-ci il tarixdə ərizə ünvanlayaraq, tələb edilən əşyalardan velosipedin qaytarıldığını, iddia ərizəsində qeyd olunan digər əşyaların iddiaçıya qaytarılmasına etirazının olmadığını, bu barədə iddia tələbini qəbul etdiyini bildirmişdir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ seriyalı, 497947 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 arasında nikahın ləğv edilməsi 01 oktyabr 2024-cü il tarixində qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1266/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, ilkin iddianın qismən təmin edilməsi, iddiaçı Cavabdeh ilə cavabdeh X5 arasında 07 iyul 2018-ci il tarixində 2 saylı Bakı “Asan Xidmət” X1 bağlanmış və 1468 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın pozulması, qarşılıqlı iddianın qismən təmin edilməsi, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından olan yetkinlik yaşına çatmayan 16 iyun 2019-cu il təvəllüdlü X2 anası X3 yanında qalmasının müəyyən edilməsi, xx.xx.2023-cü il tarixindən başlayaraq 16 iyun 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16(002)-166/2024 saylı, xx.xx.2024-cü il tarixl qərardadının surətindən görünür ki, müvəqqəti təminat tədbiri barədə ərizənin təmin edilməsi, ünvan 2 ünvanında qalmış Əhmədova (Cəfərova) Bahar Faiq qızına məxsus: yataq dəsti-1 dəst yorğan döşək, taxt -1 ədəd, şifoner-1 ədəd, termo-1 ədəd, tumbo-1 ədəd, sandıq-1 ədəd, qonaq dəsti-1 dəst, servant-2 ədəd, komod-1 ədəd, künc divan-1 ədəd, padstavka-1 ədəd, stol-1 ədəd, stul-6 ədəd, paduşka -8 ədəd, uşaq beşiyi, pərdə, çilçıraq, böyük xalça-2 ədəd, kiçik xalça-2 ədəd, güldan-1 ədəd, televizor-1 ədəd, ətçəkən maşın-1 ədəd, tozsoran-1 ədəd, obednıy servıs, çay dəsti, kofe dəsti, qazan dəsti, ütü-1 ədəd, ütü masası-1 ədəd, taxt örtüyü-1 ədəd, süfrə-1 ədəd, xrustal-stəkan-6 ədəd, nəlbəkilər böyük 6 ədəd, armudu stəkan-6 ədəd, nəlbəki kiçik 6 ədəd, dəst su qabları, bakallar-18 ədəd, duz qabı, mürəbbə qabı, qaşıq dəsti, çaska dəsti-2 ədəd, zibil qabı-1 ədəd, ləyən-1 ədəd, vedrə 1 ədəd, bıçaq dəsti, ədviyyat qabı, taxta dəsti, güldan 1 ədəd, meyvə qabı-1 ədəd, konfet qabı-1 ədəd, uşaq üçün velosiped, podnos-3 ədəd, stəkan dəsti, stəkan dəsmalı, dəsmallar, pastel dəsti, adyal-2 ədəd olmaqla cehiz və ev əşyalarının siyahıya alınaraq üzərinə həbs qoyulması barədə qərardad qəbul edilmişdir. İş materiallarında olan icra məmuru Qafil Qasımov tərəfindən tərəflərin və hal şahidlərinin iştırakı ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16(002)-166/2024 saylı, xx.xx.2024-cü il tarixl qərardadında göstərilən əşyalar siyahıya alınmaqla üzərinə həbs qoyularaq saxlanılması üçün borclu Cavabdeh təhvil verilmişdir. Beləliklə, məhkəmə, mülki iş üzrə sübutlara, o cümlədən izahatlara, cavabdehin yazılı etirafına, iş materiallarında olan yazılı sübutlara əsasən müəyyən edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında uşaq velosipedinin iddiaçı tərəfə təhvil verildiyi, habelə qalan əşyaların iddiaçıya qaytarılmalı olduğu mübahisə doğurmur, həmçinin həmin əşyaların mövcudluğu və hazırda cavabdeh tərəfdə olduğu xx.xx.2024-cü il tarixli aktla da təsdiq olunur. Ona görə də iddia qismən əsaslı hesab olunaraq qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə, nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Beləliklə, məhkəmə mülki iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ünvan 2 ünvanında olan aşağıdakı cehiz əşyaları: 1 dəst yorğan, döşək, yastıq yataq dəsti, 1 ədəd taxt, 1 ədəd şifoner, 1 ədəd termo, 1 ədəd tumbo, 1 ədəd sandıq, 1 dəst qonaq dəsti, 2 ədəd servant, 1 ədəd komod, 1 ədəd künc divan, 1 ədəd padstavka, 1 ədəd stol, 6 ədəd stul, 8 ədəd paduşka olmaqla ümumilikdə dəyəri 5200 manat, uşaq beşiyi dəyəri 550 manat, pərdə dəyəri 120 manat, çilçıraq dəyəri 150 manat, 2 ədəd böyük xalça dəyəri 600 manat, 2 ədəd kiçik xalça dəyəri 200 manat, 1 ədəd güldan dəyəri 60 manat, 1 ədəd televizor dəyəri 1200 manat, 1 ədəd ətçəkən maşın dəyəri 140 manat, 1 ədəd tosoran dəyəri 80 manat, obednıy servis, çay dəsti, kofe dəsti dəyəri 600 manat, qazan dəsti dəyəri 180 manat, 1 ədəd ütü dəyəri 80 manat, 1 ədəd ütü masası dəyəri 45 manat, 1 ədəd taxt örtüyü dəyəri 120 manat, 1 ədəd süfrə dəyəri 15 manat, 6 ədəd xrustal stəkan dəyəri 80 manat, 6 ədəd böyük nəlbəki dəyəri 25 manat, 6 ədəd armudu stəkan dəyəri 30 manat, 6 ədəd kiçik nəlbəki dəyəri 20 manat, dəst su qabları dəyəri 25 manat, 18 ədəd bakal dəyəri 95 manat, duz qabı dəyəri 5 manat, mürəbbə qabı dəyəri 5 manat, qaşıq dəsti dəyəri 70 manat, 2 ədəd çaşka dəsti dəyəri 50 manat, 1 ədəd zibil qabı dəyəri 12 manat, 1 ədəd ləyən dəyəri 8 manat, 1 ədəd vedrə dəyəri 5 manat, bıçaq dəsti dəyəri 45 manat, ədviyyat qabı dəyəri 55 manat, taxta dəsti dəyəri 10 manat, 1 ədəd güldan, 1 ədəd meyvə qabı, 2 ədəd konfet qabı dəyəri 500 manat, 3 ədəd podnos dəyəri 40 manat, stəkan dəsti dəyəri 8 manat, stəkan dəsmalı dəyəri 20 manat, dəsmallar dəyəri 50 manat, pastel dəsti dəyəri 100 manat, habelə dəyəri 70 manat olan 2 ədəd adyal alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-1535/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1535/2025
15.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver