Məhkəmə qərarları › İş №2(002)-1588/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1588/2025

11.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1588/2025 11.06.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində qeyd etməklə, «şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qızı, 13 yanvar 1971-ci il tarixdə Bakı şəhərində doğulmuş X4 14 mart 2025-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X7 onun qızıdır. X2 13 yanvar 1971-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Qızı vəfat edənə qədər onunla birlikdə ünvan 1 ünvanda yaşamışdır. 14 mart 2025-ci il tarixdə qızının vəziyyəti ağırlaşdığına görə həkim çağırmışlar. Lakin həkim gələnə qədər qızı vəfat etmişdir. Qızını el adətinə uyğun olaraq qəbristanlıqda dəfn etmişlər. Həmin vaxt ölüm haqqında şəhadətnamə almamışlar. Çünki, həmin vaxt başları dəfn və yas mərasimlərinə qarışdığı üçün bu barədə lazımi orqana müraciət etməmişlər. Sonradan bu barədə poliklinikaya müraciət etsələr də, qızının adına ölüm haqqında şəhadətnamə almaq üçün zəruri olan tibbi şəhadətnamə verilməmişdir. Hazırda qızının ölüm faktının müəyyən edilməsi ona bəzi hüquqi sənədlərin, o cümlədən, ölüm haqqında şəhadətnamənin alınması üçün lazımdır. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şahid X3 ifadəsində bildirdi ki, Ərizəçi qonşusudur. Qonşunun qızı Narınc 14 mart 2025-ci il tarixdə vəfat etmişdir. Qonşu kimi yas mərasimlərində iştirak etmişdir. Narınc Lökbatan qəbristanlığında dəfn olunmuşdur. X1 ifadəsində bildirdi ki, ərizəçigillər qonşudurlar. X9 bu ilin mart ayının 14-də yaşadığı evdə vəfat edib. Narınc Lökbatan qəbristanlığında dəfn olunub. Qonşu kimi yas mərasimlərində iştirak etmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, ölüm faktının müəyyən edilməsi tələb edilən şəxs X7 ərizəçinin qızıdır, 13 yanvar 1971-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Lökbatan bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 02/99 saylı arayışından görünür ki, X7 xx.xx.2025-ci il tarixdə Qaradağ rayonu Lökbatan qəbristanlığında dəfn edilmişdir. Təcili və X5 Stansiyası tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 14 mart 2025-ci il tarixdə saat 19:48-də ünvan 1 ünvana X4 adına çağırış daxil olmuş, çağırışı ünvan 2 ünvanda adına çağırış daxil olmuş şəxsin vəfat etdiyini aşkar etmiş, «Həkimə qədər ölüm. Qadın cinsli meyit» barədə qeyd aparmışdır. Bakı şəhəri Maraqlı şəxs 18 mart 2025-ci il tarixli məktubundan görünür ki, Ərizəçi xx.xx.2025-ci il tarixdə vəfat edən X4 ölümünün qeydə alınması barədə ərizəsinə baxılmış, ona qanunvericiliyin tələbləri izah edilmiş, ölüm haqqında tibbi şəhadətnamə olmadığından X4 ölümünün qeydə alınmasının mümkün olmadığı bildirilmişdir. 3 nömrəli birləşmiş şəhər xəstəxanasının 18 mart 2025-ci il tarixli məktubundan görünür ki, 13 yanvar 1971-ci il tarixdə Bakı şəhərində doğulmuş və 14 mart 2025-ci il tarixdə Bakı şəhərində vəfat etmiş X4 3 nömrəli BŞX-nin İİ şöbəsində qeydiyyatda olmadığı və xəstəliyi ilə əlaqədar müraciət etmədiyi üçün ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, Ərizəçi qızının ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, 13 yanvar 1971-ci il tarixdə Bakı şəhərində doğulmuş X7 14 mart 2025-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 13 yanvar 1971-ci il tarixdə Bakı şəhərində doğulmuş X4 14 mart 2025-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar