Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-159/2020 16.11.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı « borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi » tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə 79660.15 manat əsas, 1790.10 manat faiz, 4.07 manat cərimə, cəmi 81454.32 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın cavabdehə məxsus, Abşeron rayonu, Masazır kəndi, Niyazi Əsgərov küçəsi, 37 A saylı evinə yönəldilməsi, əmlakın açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsinə yönəldilməsi, satışdan əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalıq məbləğin cavabdehdən ümumi qaydada tutulması və cavabdehin Abşeron rayonu, Masazır kəndi, Niyazi Əsgərov küçəsi, 37 A saylı evinə tutma yönəldildikdə və o satıldıqda, cavabdehin tutduğu yaşayış sahəsinin ən geci bir ay ərzində tərk etməsi, evin boşaldılması və pasport qeydiyyatından çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. iddiaçı Ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx xxxxxx 2017-ci il tarixli 129.LN.1501.301117.00001 saylı kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC tərəfindən illik 8 %-lə 300 ay müddətinə 80000 manat məbləğində ipoteka krediti verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh mülkiyyətindəki Abşeron rayonu, Masazır kəndi, Niyazi Əsgərov küçəsi, ev 37 A xx xxxxxx 2017-ci il tarixli 129.CL.301117.00001/a ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. xx xxxxxx 2018-ci il tarixə Cavabdeh xx xxxxxx 2017-ci il tarixli kredit müqaviləsi üzrə banka 79660.15 manat əsas, 1790.10 manat faiz və 4.07 manat cərimə olmaqla, cəmi 81454.32 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq, cavabdeh bildirişə münasibətini bildirmir. AR MPM və MM-in müvafiq maddələrinə əsasən iddia təmin edilməlidir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsi ilə eyni zamanda işin faktiki hallarını araşdıraraq, iddiaçı tərəfin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş bağlanmış xx xxxxxx 2017ci il tarixli 129.LN.1501.301117.00001 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 300 ay müddətinə illik 8 faiz ödəmək şərti ilə 80000 (səksən min) manat məbləğində kredit verilmişdir. xx xxxxxx 2017-ci il tarixdə bağlanmış müqaviləyə əlavədən görünür ki, Cavabdeh iddiaçıya 300 ay müddətinə hər ay 617.45 manat pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx xxxxxx 2017-ci il tarixli alğı-satqı və ipoteka müqaviləsindən görünür ki, Cavabdeh (alıcı və ipoteka qoyan) kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə, mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, Niyazi Əsgərov küçəsi, 37 A saylı evi (ipoteka saxlayan) İddiaçı ASC-nin xeyrinə yüklü etmişdir. Müqavilənin 1.4-cü bəndinə əsasən həmin avtomobil 125000 manat dəyərində qiymətləndirilmişdir.Həmin müqavilənin 3-cü bəndindən görünür ki, qanunvericiliklə nəzərdə tutulmuş hallar baş verdikdə ipoteka predmetinə tutma yönəldilməsi nəzərdə tutulmuşdur. İş materiallarında əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X3 xx xxxxxx 2018-ci il tarixli İddiaçı ASC-yə ünvanlandığı məktubunun surətindən görünür ki, Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, Niyazi Əsgərov küçəsi, 37 A saylı evi **********33-103-01 reyestr nömrəli fərdi yaşayış evi üzərində tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılmışdır. İş materiallarında əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndi, Niyazi Əsgərov küçəsi, 37 A saylı evi Cavabdeh adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh xx xxxxxx 2018-ci il tarixə borcu aşağıdakı kimidir: - 79660.15 manat əsas, 1790.10 manat faiz, 4.07 manat cərimə, cəmi 81454.32 manat borc. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş bildiriş (xəbərdarlıq) məktubundan görünür ki, Ləğv prosesində olan İddiaçı ASC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin surətindən görünür ki, Cavabdeh məhk\mə qaydasında ipoteka predmetinə tutmanın yönəldulməsi barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş “Uniprice” Qiymətləndirmə və Ekspertiza Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli UNİ/O 34-314/20 nömrəli rəyindən görünür ki, Abşeron rayonu, Masazır kəndi, Niyazi Əsgərov küçəsi, 37 A saylı evin real bazar dəyəri – 55000 manat (qərardadın 1-ci sualı üzrə), likvid dəyəri – 49500 manat (qərardadın 2-ci sualı üzrə) təşkil edir. Aparılmış tədqiqatın dəyəri 150 (yüz əlli) manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzinin surətindən görünür ki, məhkəməyə iddia ərizəsinin təqdim olunması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, işdə olan sübutlarla müəyyən olunmuşdur ki, bağlanmış xx xxxxxx 2017-ci il tarixli 129.LN.1501.301117.00001 nömrəli kredit müqaviləsinə əsasən Ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh 300 ay müddətinə illik 8 faiz ödəmək şərti ilə 80000 (səksən min) manat məbləğində kredit verilmiş, xx xxxxxx 2017-ci il tarixdə bağlanmış müqaviləyə əlavədən görünür ki, Cavabdeh iddiaçıya 300 ay müddətinə hər ay 617.45 manat pulu ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi xx xxxxxx 2017-ci il tarixli alğı-satqı və ipoteka müqaviləsindən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə, mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, Niyazi Əsgərov küçəsi, 37 A saylı evi kredit verən Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə yüklü etmişdir. Cavabdeh kredit müqaviləsi şərtlərini pozaraq və ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditin və faizlərin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və nəticədə kredit alanın banka borcu yaranmışdır. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1-ci maddələrinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi, 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri banka qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Buna baxmayaraq o, öhdəliyini lazımınca icra etməmiş, krediti və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulan müddətdə ödəməli olduğu halda, cədvəl üzrə ödənişləri dayandırmışdır. Belə olduğu halda məhkəmə hesab edir ki, kredit müqaviləsinə əsasən borcun tutulması barədə iddia tələbi təmin edilməli, həmçinin borcun ödənilməsi məqsədilə tutma ipoteka ilə yüklü edilmiş, daşınmaz əmlaka tutma yönəldilməli və həmin mənzil açıq hərracdan satılaraq, əldə olunan vəsait hesabına borc ödənilməlidir. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 39.3.3-cü maddəsinin məhkəmənin ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətinin göstərməli olmasına dair müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti ekspertiza rəyi ilə müəyyən olunmuş likvid qiyməti yəni 49500 manat müəyyən olunmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3.-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və yaipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Buna görə də məhkəmə hesab edir ki, ipoteka predmeti satıldıqdan 1 ay sonra cavabdeh Abşeron rayonu, Masazır kəndi, Niyazi Əsgərov küçəsi, 37 A saylı evi boşaltmalıdır. Məhkəmə iddia tələbinin cavabdeh Abşeron rayonu, Masazır kəndi, Niyazi Əsgərov küçəsi, 37 A saylı evindən pasport qeydiyyatından çıxarılması (istifadə hüququnun itirilməsi) hissəsində iddia tələbini məhkəmə əsassız hesab edir və qeyd edir ki, ipotekaya qoyulmuş mənzil satılmamış, münasibətlərə yeni mülkiyyətçi daxil olmamış, sabiq mülkiyətçinin və onun ailə üzvlərinin yeni mülkiyyətçi qarşısında mənzili 1 ay ərzində tərk etrnək barədə öhdəliklərini könüllü icra etməkdən imtinası halı baş verməmiş, mülkiyyətçi olmayan kreditorun baş verməmiş və ümumiyyətlə baş verib-verməyəcəyi məlum olmayan hüquqi faktlar (hərəkətlər) üzrə tələb hüququ yaranmamamışdır. Həmin hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə 79660 (yetmiş min doqquz yüz altı yüz altmış) manat 15 (on beş) qəpik əsas, 1790 (min yeddi yüz doxsan) manat 10 (on) qəpik faiz, 04 (dörd) manat 07 (yeddi) qəpik cərimə, cəmi 81454 (səksən bir min dörd yüz əlli dörd) manat 32 (otuz iki) qəpik məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulmalı, tələb üzrə tutma Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, Niyazi Əsgərov küçəsi, 37 A saylı evə yönəldilməli, həmin ev açıq hərracdan satılmalı, evin ilkin satış qiyməti 49500 (qırx doqquz min beş yüz) manat həddində müəyyən edilməli, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği Ləğv prosesində olan İddiaçı ASCnin xeyrinə ödənilməli, bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh qaytarılmalı, evin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləğ Cavabdeh tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməli, açıq hərrac keçirildikdən ən geci 1 (bir) ay sonra ev boşaldılmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə 79660 (yetmiş min doqquz yüz altı yüz altmış) manat 15 (on beş) qəpik əsas, 1790 (min yeddi yüz doxsan) manat 10 (on) qəpik faiz, 04 (dörd) manat 07 (yeddi) qəpik cərimə, cəmi 81454 (səksən bir min dörd yüz əlli dörd) manat 32 (otuz iki) qəpik məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulsun. Tələb üzrə tutma Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, Niyazi Əsgərov küçəsi, 37 A saylı evə yönəldilsin. Həmin ev açıq hərracdan satılsın. Evin ilkin satış qiyməti 49500 (qırx doqquz min beş yüz) manat həddində müəyyən edilsin. Açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh qaytarılsın. Evin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləğ Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. Açıq hərrac keçirildikdən ən geci 1 (bir) ay sonra ev boşaldılsın. İddia qalan hissədə rədd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-159/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-159/2020
16.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver