Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1607/2022 07.07.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ X2 İnqilab qızının sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “cehiz əyşa” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “cehiz əşya” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh dəyəri 4500 manat olan mebel dəsti,dəyəri 600 manat olan divan 2 döşəklə jurnalnı dəst,dəyəri 280 manat olan lüstr,dəyəri 480 manat olan xalça,dəyəri 180 manat olan 2 ədəd 1 ədədi 90 manat olan xalça,dəyəri 180 manat olan 2 ədəd 1 ədədi 90 manat olan naçnik,dəyəri 220 manat olan pərdə,dəyəri 100 manat olan karniz,dəyəri 320 manat olan pakrıval,dəyəri 250 manat olan ağ pastel dəsti,dəyəri 240 manat olan 2-si 1 dəst 60 manatdan pastel və 4 dəst taxt pastel dəsti,dəyəri 180 manat olan 3-lü padnus,dəyəri 70 manat olan qırmızı don,dəyəri 70 manat olan 1 ədəd parıltılı ayaqqabı,dəyəri 50 manat olan 1 ədəd çəhrayı rəng ayaqqabı,evdən apardığı paltarlarına adını yazmır,lakin cavabdeh onlar bilir,dəyəri 180 manat olan qaşıq dəsti qalaxi,dəyəri 280 manat olan 1 ədəd tozsovuran su ilə,dəyəri 120 manat olan ütü stolu,dəyəri 180 manat olan ütü qalaxi,dəyəri 240 manat olan 3 ədəd yorğan,1 ədəd döşək və 4 ədəd balış,dəyəri 80 manat olan 2 ədəd ədyal,dəyəri 350 manat olan 1 ədəd buxavoy ədyal,dəyəri 190 manat olan 3 ədəd süfrə,dəyəri 50 manat olan 4 ədədli dəsmal dəsti,dəyəri 25 manat olan 4 ədədli çay dəsmalı dəsti,dəyəri 600 manat olan 1 ədədli bogema güldan,dəyəri 60 manat olan 6 ədədli stəkan və qrafinka dəsti,dəyəri 35 manat olan çaynik və 6 ədədli asmaçaşka və nəlbəki dəsti,dəyəri 60 manat olan 2 ədəd kofeyni və çayni dəsti,dəyəri 10 manat olan 1 ədədli qara çaynik,dəyəri 10 manat olan 1 ədədli salfet qabı,dəyəri 120 manat olan qazan dəsti,dəyəri 15 manat olan limon qabları,dəyəri 20 manat olan tort qabları 6 boşqablı,dəyəri 50 manat olan tort üçün nabor dəsti,dəyəri 200 manat olan kostyum,dəyəri 20 manat olan kurtka papaqlı,dəyəri 15 manat olan kampot stəkanları,dəyəri 10 manat olan fincanlar,dəyəri 40 manat olan marojna və sok bakal dəsti,dəyəri 50 manat olan 6-sı qalın və 12-si nazik veşilka,dəyəri 300 manat olan kostyum,dəyəri 50 manat olan fen olmaqla ümumi dəyəri 11320 manat olan əşyalarının özü və ya dəyəri və ödənilmiş 124 manat dövlət rüsumu alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o Cavabdeh ilə 06 yanvar 2020-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər.Birgə nikahdan bir uşaqları doğulmuşdur.Arasında olan nikah pozulma mərhələsindədir.Hazırda Qaradağ Rayon Məhkəməsində 2(002)-1145/2022 saylı iş kimi hakim Gülnar Əhmədovanın icraatındadır.O Cavabdeh ilə ailə quraraq onlara məxsus Bakı şəhəri,Qaradağ rayon,Ələt qəsəbəsi,ünvan 1 ünvanda yaşamışlar.O cavabdehlə ailə qurarkən ona məxsus cehiz əşyaları həmin evdə yerləşdirilmişdir.Cavabdehlə arasında olan münasibət pozulduqdan sonra o ata evinə getməklə ona məxsus cehiz əşyaları cavabehin evində qalmışdır.Hal-hazırda cavabdeh ona məxsus cehiz əşyalarını verməkdən imtina edir.Ona məxsus olan cehiz əşyaları hazırda cavabdehdədir.Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə edərək, iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək,iddianın təmin edilməsi barədə qətnamə çıxarılmaısnı məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iştirak edərək, iddia tələbin qəbul edərək,iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdeh tərəfin izahatlarını dinləyib, habelə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddia tələbində qeyd eidlən əşyalar iddiaçıya məxsusdur, həmin əşyalar iddiaçı tərəfindən cehiz əmlak qimsində cavabdehə məxsus yaşayış evinə gətirilmişdiri və həmin əşyalar hazırda cavabdehin sahibliyindədir (cavabdehin yaşayış evində). Həmçinin, cavabdeh iddia tələbində qeyd eidlən əşyalarla bağlı iddia tələbini qəbul edərək, bu barədə yazılı ərizə təqdim etmişdir. Həmçinin, məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə Mülki Məcəllənin 157.2-ci maddəsinin dispoztiv şərtləri mövcuddur. Bu halda, məhkəmə qeyd eidlən halları əsas götürərək, cavabdehin yazılı etiraf ərizəsini nəzərə alaraq, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual məcəllənin: 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər Həmçinin, məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumunun cavabdhdən tutularaq iddiaçıya öədnilməsi hissəsi ilə bağlı hesab edir ki, mülki prosessual qanunveriicliyin tələbinə əsasən hazırki mülki iş üzrə iddia tələbi təmin edildiyindən, öədnilmiş dövlət rüsumu cavabdeh alınaraq iddiaçıya öədnilməli, bu hissədə də iddia tələbi təmin edilməlidir. Həmçinin, məhkəmə bununla əlaqədar ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). Bununla bağlı, «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlar məcmuəsinə hüquqi qiymət verərək, habelə əmlakın siyahıya alınmasına dair müvafiq aktı nəzərə alaraq, hesab edir ki, iddia tələbi təmin edilməli, iddia tələbində qeyd edilmiş cehiz əmlaklar cavabdehdən alınaraq iddiaçıya geri qaytarılmalı və ödənilmiş 124 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, ünvan 2ənzil ünvanında yerləşən aşağıda adları çəkilən əşyalar Cavabdeh alınaraq İddiaçı qıızna qaytarılsın: -dəyəri 4500 manat olan mebel dəsti,dəyəri 600 manat olan divan 2 döşəklə jurnalnı dəst,dəyəri 280 manat olan lüstr,dəyəri 480 manat olan xalça,dəyəri 180 manat olan 2 ədəd 1 ədədi 90 manat olan xalça,dəyəri 180 manat olan 2 ədəd 1 ədədi 90 manat olan naçnik,dəyəri 220 manat olan pərdə,dəyəri 100 manat olan pərdə asılqanı (karniz),dəyəri 320 manat olan yataq örtüyü (pakrıval),dəyəri 250 manat olan ağ yataq (pastel) dəsti,dəyəri 240 manat olan 2-si 1 dəst 60 manatdan pastel və 4 dəst taxt pastel dəsti,dəyəri 180 manat olan 3lü sinni padnus,dəyəri 70 manat olan qırmızı don,dəyəri 70 manat olan 1 ədəd parıltılı ayaqqabı,dəyəri 50 manat olan 1 ədəd çəhrayı rəng ayaqqabı,dəyəri 180 manat olan qaşıq dəsti qalaxi,dəyəri 280 manat olan 1 ədəd tozsoran su ilə,dəyəri 120 manat olan ütü stolu,dəyəri 180 manat olan ütü qalaxi,dəyəri 240 manat olan 3 ədəd yorğan,1 ədəd döşək və 4 ədəd balış,dəyəri 80 manat olan 2 ədəd ədyal,dəyəri 350 manat olan 1 ədəd buxavoy ədyal,dəyəri 190 manat olan 3 ədəd süfrə,dəyəri 50 manat olan 4 ədədli dəsmal dəsti,dəyəri 25 manat olan 4 ədədli çay dəsmalı dəsti,dəyəri 600 manat olan 1 ədədli bogema güldan,dəyəri 60 manat olan 6 ədədli stəkan və qrafinka dəsti,dəyəri 35 manat olan çaynik və 6 ədədli asma çaşka və nəlbəki dəsti,dəyəri 60 manat olan 2 ədəd kofe və çay dəsti,dəyəri 10 manat olan 1 ədədli qara çaynik,dəyəri 10 manat olan 1 ədədli salfet qabı,dəyəri 120 manat olan qazan dəsti,dəyəri 15 manat olan limon qabları,dəyəri 20 manat olan tort qabları 6 boşqablı,dəyəri 50 manat olan tort üçün nabor dəsti,dəyəri 200 manat olan kostyum,dəyəri 20 manat olan kurtka papaqlı,dəyəri 15 manat olan kampot stəkanları,dəyəri 10 manat olan fincanlar,dəyəri 40 manat olan dondurma və şirə (sok) bakal dəsti,dəyəri 50 manat olan 6-sı qalın və 12-si nazik asılqan ( veşilka),dəyəri 300 manat olan kostyum,dəyəri 50 manat olan fen, İddiaçı məxsus geyim əşyaları (paltarları) Yuxarıda göstərilən əmlaklarından hər hansı biri mövcud olmadıqda onların dəyəri cavabdehdən alınaraq İddiaçı verilsin İş üzrə ödənilmiş 124 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilsin. Qətnamədən tərəflərə rəsmi təqdim olunan gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-1607/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1607/2022
07.07.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver