Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1609/2025 11.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X22 iclas katibliyi ilə, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiqi” tələbinə dair ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа xüsusi icraat qaydasında bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiqi” tələbinə dair ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək Bakı 14 saylı Mediasiya təşkilatında onunla Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə bağlanmış "Barışıq sazişi"nin aliment hissəsinin təsdiq edilməsi barədə qətnamə qəbul etməklə qəbul edilmiş qətnamənin məcburi icraya yönəldilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Bildirirəm ki, xx.xx.2023-cü il tarixdə Bakı 14 saylı X5 Rauf Zəkəriyyə oğlu ilə aralarında fikir ayrılığı və mübahisəni qarşılıqlı razılıqla həll etmək üçün mediator X6 iştirakı ilə barışıq sazişi imzalanmışdır. Barışıq sazişində mübahisənin qısa təsviri verilmişdir. Belə ki, Maraqlı şəxs xx.xx.2007-ci il təvəllüdlü X18. xx.xx.2009-cu il təvəllüdlü X12, xx.xx.2018-ci il təvəllüdlü X16, xx.xx.2018-ci il təvəllüdlü X17 və xx.xx.2006-cı il təvəllüdlü X1 üçün hər uşağa görə 100 manat ümumilikdə 500 manat məbləğində pulun tutularaq ona ödəməyi alimenti hər ayın 01-dən 10-adək məni kartına ödənilməsi barədə barışıq sazişi bağlamışıq.Lakin Maraqlı şəxs qeyd edilən barışıq sazışınin tələblərini yerinə yetirməmiş, alimenti ödəməmişdir. Nəticədə "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanunun 34.1-ci maddəsi ilə müəyyən edilmiş müddət keçmişdir. Aliment ödənilməmişdir Ərizəçi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, öz izahatında bildirdi ki, birgə nikahdan 5 uşaqları var, hazırda həmin uşaqlardan biri yetkinlik yaşına çatmış və ailəlidir. Qalan uşaqlar onun himayəsindədir və qarşı tərəf onların saxlanması üçün heç bir maddi köməklik göstərməmişdir. Barışıq sazişə görə aralarında razılaşmıdılar ki, hər ay bir uşağa görə 100 manat məbləğində aliment ödənilsin. Qarşı tərəf heç olmasa ayda 200- 300 manat məbləğində yardım etsin. Cavabdeh Maraqlı şəxs məhkəmə iclasında izahatında qeyd etdi ki, işsizdir və maddi imkanı yoxdur. Aylıq nə qədər məbləğə gücü çatdığını dəqiq deyə bilmədi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi təsdiq edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2886/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Ərizəçi Buludxan qızı ilə Maraqlı şəxs arasında 04 yanvar 2005-ci il tarixdə Bakı şəhəri Qaradağ rayon VVADQ şöbəsində bağlanmış və 04 nömrəsi ilə qeydə alınmış nikah pozulsun. Nikah pozulduqdan sonra xx.xx.2006-cı il təvəllüdlü X8, xx.xx.2007-ci il təvəllüdlü X13, xx.xx.2009-cu il təvəllüdlü X7, xx.xx.2018-ci il təvəllüdlü X11, xx.xx.2018-ci il təvəllüdlü X9 anaları Ərizəçi Buludxan qızının yanında qalmaları müəyyən edilməsi qət edilmişdir. Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesində bağlanılmış Bakı 14 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli Barışıq Sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışıq sazişi bağlamışlar.
1. Ata Maraqlı şəxs övladları xx.xx.2007-ci il təvəllüdlü X19, xx.xx.2009-cu il təvəllüdlü X12, xx.xx.2018-ci il təvəllüdlü X16, xx.xx.2018-ci il təvəllüdlü X17 və xx.xx.2006-cı il təvəllüdlü X8 ana Ərizəçi himayəsində qalmasına razılıq verir.
2. Maraqlı şəxs övladları xx.xx.2007-ci il təvəllüdlü X20, xx.xx.2009-cu il təvəllüdlü X12, xx.xx.2018-ci il təvəllüdlü X16, xx.xx.2018-ci il təvəllüdlü X17 və xx.xx.2006-cı il təvəllüdlü X2 üçün hər uşağa görə 100 (bir yüz) manat olmaqla, ümumilikdə 05 (beş) uşağa 500 (beş yüz) manat alimenti ana Ərizəçi ödəməyi öhdəsinə götürür.
3. Aliment hər ayın 01-dən 10-a dək Maraqlı şəxs tərəfindən X3 hesabına ödəniləcəkdir.
4. Alimentin hesablanması xx.xx.2023-cü il tarixindən hesablanacaq. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, tərəflər öz aralarında aliment dair razılığa gələrək mediasiya prosesində barışıq sazişi bağlanmışdır. Daha sonra, barışıq sazişinin könüllü icra edilmədiyinə istinad edən Ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, tərəflərin arasında bağlanılmış barışıq sazişi ilə alimentlə bağlı məsələlər qarşılıqlı razılıq əsasında həll edilmişdir. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Qeyd edilməlidir ki, sazişin şərtləri sazişi bağlayan tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün tərəflərdən birindən digərinin xeyrinə aliment tutulması ilə bağlıdır ki, bu şərtlər tamamilə qanuna uyğundur və üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Bu baxımdan məhkəmə uşağın mənafeyini əsas götürərək, mülki prosessual və mediasiya haqqında qanunvericiliyin müddəalarını nəzərə alaraq, barışıq sazişinin təsdiq edilməsi nəticəsinə gəlir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Eləcə də “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixdə bağlanmış “Barışıq sazişi”-nin alimentə dair hissəsinin təsdiq edilərək, Maraqlı şəxs Ərizəçi xeyrinə xx.xx.2023-cü il tarixindən başlayaraq xx.xx.2007-ci il təvəllüdlü X14, xx.xx.2009-cu il təvəllüdlü X7, xx.xx.2018-ci il təvəllüdlü X9, xx.xx.2018-ci il təvəllüdlü X11 və xx.xx.2006-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa görə 100 (bir yüz) manat olmaqla, ümumilikdə 05 (beş) uşağa görə cəmi 500 (beş yüz) manat sabit pul məbləğində aliment tutulmalıdır. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə bağlanmış “Barışıq sazişi”nin alimentə dair olan hissəsi təsdiq edilsin: Maraqlı şəxs Ərizəçi xeyrinə xx.xx.2023-cü il tarixindən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü X8, xx.xx.2007-ci il təvəllüdlü X14, xx.xx.2009-cu il təvəllüdlü X7,xx.xx.2018-ci il təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa görə 100 (bir yüz) manat olmaqla, ümumilikdə 05 (beş) uşağa görə cəmi 500 (beş yüz) manat sabit pul məbləğində aliment tutulsun. Qətnamə dərhal icra edilsin. Alimentin tutulması xx.xx.2023-cü il tarixindən başlayaraq hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Qamət Əbilov