Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1656/2020 18.08.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı şəxsin ölməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı şəxsin ölməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhumə X6 onun qızı olmaqla, xx.xx.2000-ci il tarixdə Bakı şəhərində doğulmuş, onunla birlikdə ünvan 1 ünvanında yaşamışdır. Qızı xəstə olmaqla, xx.xx.2020-ci il tarixdə vəziyyəti ağırlaşdığına görə həkim çağırılmış, lakin həkim gələnə kimi vəfat etmişdir. Nəşini el adəti ilə Qızıldaş qəsəbəsi ərazisindəki Qəbristanlıqda dəfn etmiş, lakin həmin vaxt qızına ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Belə ki, həmin vaxt başı dəfn və yas mərasiminə qarışdığı üçün bu barədə lazımi orqanlara müraciət etməmişdir. Hazırda qızının ölüm faktının müəyyən edilməsi ona bəzi hüquqi sənədləri əldə etmək, o cümlədən ölüm haqqında şəhadətnamənin alınması üçün lazımdır. Göstərilənləri nəzərə alaraq, xx.xx.2000-ci il tarixdə Bakı şəhərində doğulmuş, qızı X2 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə etdi. O, ərizənin məzmununa uyğun izahat verərək, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X7 oğlu ifadəsində göstərdi ki, mərhumə X6 onun qonşusu olmuş, xx.xx.2020-ci il tarixdə vəfat etmiş, nəşi Qızıldaş qəsəbəsi ərazisindəki Qəbristanlıqda dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində göstərdi ki, mərhumə X6 onun onun qonşusu olmuş, xx.xx.2020-ci il tarixdə vəfat etmiş, nəşi Qızıldaş qəsəbəsi ərazisindəki Qəbristanlıqda dəfn edilmişdir. Dəfn və yas mərasimlərində də iştirak etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Maraqlı şəxs nümayəndəsi heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə aşağıdakılara görə təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanlanmış xx xxxx 2020-ci tarixli, 05/Q-808/15 №-li məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayonu Qızıldaş qəsəbə məsçidi dini icması tərəfindən verilmiş 02 saylı, xx xxxx 2020-ci il tarixli arayışdan görünür ki, mərhumə X1 qəsəbəsi ərazisindəki Qəbristanlıqda dəfn edilmişdir. İş materiallarında olan Bakı şəhəri Təcili və X3 Stansiyası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2000-cı il tarixdə Bakı şəhərində doğulmuş X6 üçün X10 çağırılmış, lakin xx.xx.2020-ci il tarixdə saat 00.07 radələrində həkiməqədər ölüm (qadın cinsli meyit) aşkar olunmuşdur. Azərbaycan Respublikası MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, X2 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi iş materialları və şahid ifadələri ilə tam sübuta yetirildiyindən və ölüm faktnının müəyyən edilməsi ərizəçiyə ölüm haqqında şəhadətnamə alınması üçün lazım olduğundan həmin hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.2000-ci il tarixdə Bakı şəhərində doğulmuş X2 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırkı məhkəmə qətnaməsi ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: KAMRAN ƏSƏDOV
Məhkəmə qərarları › İş №2(002)-1656/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1656/2020
18.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver