Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-1684/2025 08.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi ilə, Ərizəçi «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs1 və Maraqlı şəxs2 maraqlı şəxs qismində qeyd etməklə məhkəməyə müraciət edərək, mediasiya prosesi nəticəsində əldə edilən Barışıq Sazişi könüllü qaydada icra edilə bilmədiyi və Barışıq Sazişinin könüllü icrasından imtina olunduğuna görə, Barışıq Sazişinin məcburi icra olunması üçün 18 mart 2025-ci il tarixli MŞB/9/2025-00340 nömrəli Barışıq Sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, həmin ərizə məhkəmə tərəfindən icraata götürülərək baxıla bilməz və geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. 355-23.2-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Hazırkı mülki iş üzrə “AZEMİS” X1 əldə edilmiş məlumatdan görünür ki, Maraqlı şəxs2 rəsmi qeydiyyat ünvanı Ucar rayonu, Qazyan kəndi, digər Maraqlı şəxs1 barədə isə vəsiqə məlumatları olmadığı üçün qeydiyyat ünvanı ilə bağlı hər hansı məlumat əldə edilməmişdir. Eyni zamanda, iş materiallarında iddiaçının yaşayış yeri barədə sübut olmamaqla, Səbail rayonu N saylı hərbi hissədə qeydiyyatda olması elektron məhkəmə informasiya sistemindən görünür. Bu halda məhkəmə hesab edir ki, hazırkı mülki iş ərazi aidiyyətinə görə Qaradağ Rayon Məhkəməsinin ərazi yurisdiksiyasına aid olmadığından iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 114.1.3-cü maddəsinə əsasən, ərizə geri qaytarıldığı üçün ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla iddia ərizəsi geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 152, 263-264, 266-267-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Ərizəçi Maraqlı şəxs1 və Maraqlı şəxs2 qarşı mediasiya prosesi nəticəsində əldə edilən Barışıq Sazişi könüllü qaydada icra edilə bilmədiyi və Barışıq Sazişinin könüllü icrasından imtina olunduğuna görə, Barışıq Sazişinin məcburi icra olunması üçün 18 mart 2025-ci il tarixli MŞB/9/2025-00340 nömrəli Barışıq Sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (mədaxil qəbzinin nömrəsi:73610545, ödənişin təyinatı: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi, Büdcə səviyyə kodu: 14221303, GPP qəbz nömrəsi: 73610545, FİN:xxxxxxx) Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən Ərizəçi geri qaytarılsın. Qərardad ödənilmiş dövlət rüsumunun geri qaytarılması üçün əsasdır. Ərizəçiyə izah edilsin ki, ərizənin geri qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində, elektron kabinet vasitəsilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Aslanova
Məhkəmə qərarları › İş №2(002)-1684/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-1684/2025
08.04.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver