Məhkəmə qərarları › İş №2(002)-1692/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1692/2025

21.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1692/2025 21.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində qeyd etməklə, «şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, həyat yoldaşı xx.xx.1977-ci il tarixdə Bakı şəhərində doğulmuş X3 22 mart 2025-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X5 həyat yoldaşı olmuşdur. Həyat yoldaşı X5 xx.xx.1977-ci ildə doğulmuş və onunla birlikdə vəfat edənə kimi ünvan 1 ünvanında yaşamışdır. Həyat yoldaşının vəziyyəti 22 mart 2025-ci il tarixdə qəflətən ağırlaşmış və həkim çağırmışlar. Həkim gələnə kimi artıq yoldaşı vəfat etmişdir. Həyat yoldaşını el adəti ilə Abşeron rayonu, Güzdək qəsəbə qəbirstanlığında dəfn etmişlər. Lakin həmin vaxtı başı dəfn mərasiminə qarışdığı üçün bu barədə lazımı orqana müraciət etməmişdir. Sonradan bu barədə poliknikaya müraciət etsə də, ona ölüm şəhadətnaməsi almaq üçün tibbi şəhadətnamə verilməmişdir. Hazırda həyat yoldaşının müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi ona bəzi hüquqi sənədləri, o cümlədən ölüm haqqında şəhadətnamə əldə etmək üçün lazımdır. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şahid X4 ifadəsində bildirdi ki, ərizəçinin yaxın rəfiqəsidir. Həyat yoldaşı onkoloji xəstəsi idi O 22 mart 2025-ci il tarixdə vəfat edib. Yas mərasimində iştirak etmişdir. Mərhum Güzdək qəbirstanlığında dəfn olunmuşdur X1 ifadəsində bildirdi ki, mərhum bibisi oğludur, həmdə mərhum ilə yaxınlıqda yaşayır. Mərhumun yas və dəfn mərasimində iştirak etmişdir. Mərhum Güzdək qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, ölüm faktının müəyyən edilməsi tələb edilən şəxs ərizəçinin həyat yoldaşıdır. İş materiallarına əlavə olunmuş AZE seriyalı 17518272 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 08 noyabr 1977-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Təcili və X2 Stansiyası tərəfindən verilmiş 22 mart 2025-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, həmin tarixdə ünvan 2 ünvana X3 adına çağırış daxil olmuş, 15 saylı bölmənin təcili tibbi yardım briqadası həmin ünvana gəlmiş və həkimə qədər ölüm – kişi cinsli meyit aşkar etmişdir. “Rəsulullah” məscidi tərəfindən verilmiş arayışından görünür ki, xx.xx.1977-ci il təvəllüdlü X5 həqiqətən Abşeron rayonu, Güzdək qəsəbə qəbirstanlığında dəfn edilmişdir. Bakı şəhəri Maraqlı şəxs 05 aprel 2025-ci il tarixli məktubundan görünür ki, Ərizəçi xx.xx.2025-ci il tarixdə vəfat edən X3 ölümünün qeydə alınması barədə ərizəsinə baxılmış, ona qanunvericiliyin tələbləri izah edilmiş, ölüm haqqında tibbi şəhadətnamə olmadığından X3 ölümünün qeydə alınmasının mümkün olmadığı bildirilmişdir. 3 nömrəli birləşmiş şəhər xəstəxanasının 04 aprel 2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.1977-ci il tarixdə Bakı şəhərində doğulmuş və xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində vəfat etmiş X3 3 nömrəli BŞX-nin İİ şöbəsində qeydiyyatda olmadığı və xəstəliyi ilə əlaqədar müraciət etmədiyi üçün ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, Ərizəçi ərinin ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, 08 noyabr 1977-ci il tarixdə Bakı şəhərində doğulmuş X3 22 mart 2025-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 08 noyabr 1977-ci il tarixdə Bakı şəhərində doğulmuş X3 22 mart 2025-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar