Məhkəmə qərarları › İş №2(002)-170/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-170/2021

27.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-170/2021 27.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X1 qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 Nağı oğlunun, Cavabdeh1 vəkili Vəkil2, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 54 saylı Notariat ofisinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, mülkiyyət hüququnun tanınması, paya uyğun vəsaitin verilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 54 saylı Notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı səhəri, Salyan şosesinin 18 ünvanda yerləşən, 2309 kv.m. ümumi sahədən, 1543.9 kv.m. köməkçi sahədən ibarət olan “Mayak” avtotexniki xidmət stansiyasının 25%-nə onun mülkiyyət hüququnun tanınması və həmin əmlakın açıq hərracdan satılmaqla əldə edilən vəsaitlərin 25%-nin ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəyişdirilməsinə dair ərizə təqdim edərək, Bakı səhəri, Qaradağ rayonu, ünvan 2 ünvanda yerləşən, əmlak kompleksi kimi müəssisənin ünvan 34 reyestr nömrə ilə qeydiyyatdan keçirilməklə Cavabdeh1 tərəfindən Cavabdeh2 bağışlanmasına dair 25.08.2020-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə və Bakı səhəri, Qaradağ rayonu, ünvan 2 ünvanda yerləşən, əmlak kompleksi kimi müəssisənin 25%-nə onun mülkiyyət hüququmun tanınması və həmin əmlakın açıq hərracdan satılmaqla əldə edilən vəsaitlərin 25%-nin ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, tərəfindən Cavabdeh1 qarşı mülkiyyət hüququnun tanınmasına dair iddia qaldırılaraq, Bakı səhəri, Salyan şosesinin 18 ünvanda yerləşən, 2309 kv.m. ümumi sahədən, 1543.9 kv.m. köməkçi sahədən ibarət olan “Mayak” avtotexniki xidmət stansiyasının 25%-nə onun mülkiyyət hüququnun tanınması və həmin əmlakın açıq hərracdan satılmaqla əldə edilən vəsaitlərin 25%-nin ona verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia ərizəsi məhkəməyə təqdim ediləndən sonra verilmiş vəkil sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 19.10.2020-ci il tarixli məktubu ilə bildirilmişdir ki, “Bakı səhəri, Qaradağ rayonu, ünvan 2 ünvanda yerləşən, əmlak kompleksi kimi müəssisə 20 saylı DNK-nın 02.09.2006-cı il tarixli 4Ə/1-138 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən 04.11.2006-cı il tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir, lakin 54 saylı DNK-nın 4Ə/374 reyestr nömrəli 25.08.2020-ci il tarixli bağışlama ıviləsinə əsasən Cavabdeh2 adına özgəninkiləşdirilmişdir”. İş materiallarında olan sənədlərdən də göründüyü kimi, Cavabdeh1 tərəfindən yuxarıda qeyd edilən mülkiyyət hüququna dair çıxarışın arxa hissəsində yazılmaqla imzalanmış 17.12.2009-cu il tarixli qəbzlə o, təsdiq etmişdir ki: “Bununla təsdiq edirəm ki, cənab İddiaçı ilə Cavabdeh1 arasında olan razılaşmaya əsasən, göstərilən obyektin 25% (iyirmi beş faizi) cənab İddiaçı məxsusdur, realizə edilməsindən sonra bundan irəli gələn bütün nəticələrlə. ” Belə olan halda həmin əmlak onun razılığı olmadan özgəninkiləşdirilə bilməzdi, Həmçinin nəzərə almaq lazımdır ki, mübahisəli əmlakın tələm-tələsik Cavabdeh2 (yəni, öz bacısına) özgəninkiləşdirilməsi məhz mənim həmin əmlakı ondan tələb etməyimdən dərhal sonra baş vermişdir ki, bu da Cavabdeh1 onun qarşısında olan öhdəliklərindən süni surətdə yayınmaq məqsədi daşıyır. Onun payı olan daşınmaz əmlak Cavabdeh1 tərəfindən bağışlana bilməzdi. Qeyd olunan halların nəzrərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxraılmasını xahiş etmişdir. Cavabdeh2 vəkili və nümayəndəsi məhkəməyə iddia tələbinə yazılı etiraz ərzəsi təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh1 qarşı mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri. Salyan şossesi 18 ünvanında yerləşən. 2309 kv.m ümumi sahədən, 1543.9 kv.m köməkçi sahədən ibarət "Mayak avtotexniki xidmət stansiyasının” 25 %-nə onun mülkiyyət hüququnun tanınması və həmin əmlakın açıq hərracdan satılmaqla əldə edilən vəsaitlərin 25 %-nin ona verilməsi barədə qətnamə çıxarılmasım xahiş etmişdir. Daha sonra iddiaçı tərəfindən məhkəməyə iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 1 8 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin ünvan 674 reyestr nömrəsi ilə qeydiyyatdan keçməklə Cavabdeh1 tərəfindən Cavabdeh2 bağışlanmasına dair 25.08.2020-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi Bakı şəhəri. Qaradağ rayonu, Salyan şossesi 1 8 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin 25 %-nə onun mülkiyyət hüququnun tanınması və həmin əmlakın açıq hərracdan satılmaqla əldə .dilən vəsaitlərin 25 %-nin ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.İddiaçı iddianın dəyişdirilməsinə dair 03 dekabr 2020-ci il tarixli ərizəsində keçməklə Cavabdeh1 tərəfindən Cavabdeh2 qızma bağışlanmasına dair 25.08.20 2 0-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi xahiş etsədə, bu xahişini heç bir qanun normasına istinad etmədən əsaslandırmamışdır. Yalnız Azərbaycan Respublikası Blülki Məcəlləsinin 337.1-ci maddəsini ərizədə göstərməklə kifayətlənmişdir. Həmin normaya əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. İşin materiallarından da göründüyü kimi daşınmaz əmlak bağışlanma müqaviləsi əsasında i gəninkiləşdirilmişdir. Həmin bağışlama müqaviləsi rəsmiləşdirilərkən hansı qanun normalarının pozulması barədə iddia ərizəsində heç bir istinad yoxdur.Bundan başqa iddiaçı yuxarıda qeyd edilən ərizəsində 17 dekabr 2009-cu il tarixli qəbzə istinadən qeyd edir ki. həmin əmlak onun razılığı olmadan özgəninkiləşdirə bilməzdi. Burdan da görünür ki, iddiaçı bu fikrə gələrkən hər hansı bir qanun normasına istinad etməmiş və söz yığıncağından ibarət ümumi cümlələr işlətmişdir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli. 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatdan görünür ki, müəyyən notariat hərəkətlərinin aparılması üçün müəyyən şəxlərin razılığı tələb olunmaqdadır. Lakin bu şəxslərin sihasına hazırki iddia üzrə iddiaçı daxil deyil.Bundan başqa, mülki işin materiallarına əlavə edilmiş bağışlanma müqaviləsinə dair notariat işindən görünür ki, əmlaka dair müqavilə rəsmiləşdirilərkən Cavabdeh1 Notariat ofisinə ərizə ilə müraciət edərək həmin əmlakı bağışlamaq istədiyini və bununla əlaqədar həmin əmlak üzərində qadağanın olubolmamasını və ya ona həbs qoyulub-qoyulmaması barədə məlumatın real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrdən məlumatın əldə edilməsini xahiş etmişdir.Notariat işinin materiallarından görünür ki, əmlak üzərində heç bir məhdudiyyət və yüklülük qeydə alınmamışdır.Qeyd edilən müqavilə qanuni və əsaslı olduğundan Cavabdeh2 daşınmaz əmlaka dair hüquqları dövlət qeydiyyatına alınmaqlq. DƏDRX müvafiq çıxarış verilmişdir.Bundan başqa, işin materiallarında görünür ki, iddiaçının istinad etdiyi qəbz üzrə 11 il ərzində mübahisə qaldırmamış və daşınmaz əmlakın reyestr xidmətinə daşınmaz əmlakın dövlət reyetrinin məzmunun həqiqiliyinə və tamlığına dair heç bir etiraz etməmişdir.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə. həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyindən əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.İşin materiallarına əlavə edilmiş notariat işindən görünür ki, özgəninkiləşdirilən əmlak tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olmuşdur. Yəni Cavabdeh1 əşya hüquqları Mülki Məcəllədə nəzərdə tutulan məhdud əşya hüquqlarına gətirib çıxaran hec bir müqavilə ilə məhdudlaşdırılmamışdır. Qeyd edilən halların nəzərə alınaraq, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclaısnda iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmaısnı məhkəmədən xahiş etdi. İddiaçının vəkili məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh1 vəkili və nümayəndəsi məhkəmə iclasında izahat verərək, iddia tələbini qəbul etməyərək, müvafiq bağışlanma müqaviləsinin onun özü tərəfindən də başqa əsaslarla mübahisələndirildiyini, iddiaçı ilə onun təmsil etdiyi şəxsin atası arasında pul borc məsələsinin olduğunu, bununla bağlı aralarında belə bir razılaşma olduğunu bildirərək, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh2 vəkili və nümayəndəsi məhkəmə iclasında iddia tələbinə yazılı etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmaısnı məhkəmədən xahiş etdi. Cavabdeh Bakı şəhəri 54 saylı Notariat ofisinin nümayəndəsinə məhkəmə iclaısnın yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyin tələbinə əsasən işə cavabdehin nümayənədəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrinin ******* № li Çıxarışının məzmunundan aydın olur ki, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 7 ünvanda yerləşən əmlak kompleksi kimi müəssisə("Mayak" avtotexniki xidmət i müəssisəsi) tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 1 № li reyestr kitabının 25 nömrəli vərəqində qeydiyyata alınmışdır, qeydiyyat tarixi 07.11.2006-cı il kimi qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş 25.08.2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, hədiyyə verən Cavabdeh1 Bakı şəhəri Qaradağ rayonu, ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 2309 kv\m olan əmlak kompleksi kimi müəssisəni ("Mayak" avtotexniki xidmət i müəssisəsi) hədiyyə alan Cavabdeh2 mülkiyyətinə vermişdir. İş materiallarındna görünür ki, Bakı şəhəri Qaradağ rayonu, ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 2309 kv\m olan əmlak kompleksi kimi müəssisə ("Mayak" avtotexniki xidmət i müəssisəsi) üzərində məhdudiyyət və yüklülük qeydə alınmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Baki Ərazi İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, Cavabdeh1 adına Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Sahil küçəsi, 3 saylı fərdi yaşayış evi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətndədir. Bakı şəhəri, Qaradağ rayonu, ünvan 9 ünvanda yerləşən əmlak kompleksi kimi müəssisə 20 saylı DNK-nın 02.09.2006-cı il tarixli 4Ə/1-138 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən 34.11.2006-cı il tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir, lakin 54 saylı DNK-nın 4Ə/374 reyestr nömrəli 25.08.2020-ci il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh2 adına özgəninkiləşdirilmişdir. Göründüyü kimi, hazırki mülki iş üzrə mübahisənin predmetini bağışlama müqaviləsinin etibarsız hesab olunmasına dair hüquq münasibətləri təşkil edir. Məhkəmə hazırki mülki iş üzrə aşağıdakı bir sıra hüquq normalarının qeyd eidlməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 394-cü maddəsiə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 668.1.1-ci maddəsinə əsasən bağışlama daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlıdır. Məhkəmədə tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, mübahisə predmeti olan əmlaka dair cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında 25.08.2020-ci il tarixli bağışlama müqaviləsi bağlanılmış, həmin müqvailəyə əsaəsn hədiyyə verən qismində Cavabdeh1 tam mülkiyyət hüququ əsasında ona məxsus olan müvafiq əmlakı hədiyyə alan qismində çıxış edən Cavabdeh2 bağışlamış, əmlaka dair mülkiyyət hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Hazırda mübahisə predmeti olan əmlakın mülkiyyətçisi qismində Cavabdeh2 çıxış edir. İddiaçı həmin əmlakın 25 %-nin ona məxsus olduğundan, müvafiq əmlaka dair bağışlama müqaviləsi bağlanılarkən onun razılığı alınmalı olduğundan, lakin onun razılığının alınmadığını əsas gətirərək, həmin bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin ona məxsus paya dair mülkiyyət hüququnun tanınması, həmin payın açıq hərracdan satılaraq, payına uyğun vəsaitin ona verilməsinə dair iddia tələbini irəli sürərək, iddia tələbinin əsası kimi qeyd edilən hallara istinad etmişdir. Məhkəmə bununla bağlı ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, hazırki mülki iş üzrə iddiaçı müvafiq bağışlama müqaviləsini mübahisələndirmək hüququna malik olmamışdır. Mülki qnaunvericiliyinin təhlilindən aydın olur ki, müqavilə onun bağlanmasında iştirak edən tərəflərin razılaşmasına dair iradə ifadəsinin nəticəsi kimi ortaya çıxır, həmin müqvailə şərtləri məhz onun bağlayan tərəflər üçün məcburi davranış qaydası kimi çıxış edir və ümumi qaydaya görə müqaviləni mübahisələndirmək hüququ məhz müqavilə tərəflərinə aid olan hüquqdur. Belə ki, Mülki qanunvericiliyin müvafiq normaısnda (Mülki Məcəllənin 337.2-ci maddəsi) qeyd edilmişdir ki, müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Göründüyü kimi, müvafiq normada "müqavilənin digər tərəfi" ifadəsi işlədildiyindən, müqaviləni mübahisələndirmək hüququnun məhz müqavilənin tərəflərinə aid olmasını ehtiva edir. Belə ki, “müqavilənin digər tərəfinə” ifadəsi müqavilənin əks tərəfinə nəzərən işlədilən ifadədir. Yəni müqavilənin mübahisə edilməsi üçün müqavilənin bir tərəfi müqavilənin digər tərəfinə iradə ifadəsini bildirməlidir. Göründüyü kimi, müvafiq normada “müqavilənin digər tərəfinə” ifadəsini qeyd edilməklə qanunvericilikdə müqaviləni mübahisələndirmək hüququ olan subyektlərin dairəsini məyyən edilmişdir. Başqa sözlə, müqavilə məhz onu bağlayan tərəflər üçün hüquq və vəzifələr yaradır. Lakin bununla yanaşı, müvafqi noramada müqavilə tərəfi olmayan şəxslərə müqaviləni mübahisələndirmək qadağan olunmamışdır. Müqavilə əqdir, bəzi hallarda əqdin tərəfi olmayan şəxslərin də əqdi mübahisələndirmək hüququ tanınmalıdır. Əqdin tərəfi olmayan şəxsin əqdi mübahisələndirmək hüququ o halda tanına bilər ki, əqd onun hüququna, vəzifəsinə və ya qanuni mənafeyinə (maraqlarına) toxunmuş olsun. İndiki halda, məhkəmə hesab edir ki, iddiaçı hazırki mülki iş üzrə mübahisə predmeti olan müvafiq bağışlama müqaviləsinin tərəfi olmadığından, ilk növbədə həmin müqavilənin onun hüqqularına, qanunla qorunan mənafeyinə, maraqlarına toxunub-toxunmaması halınn olduğu müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə mübahisə predmeti olan bağışlama müqaviləsi məhz hüquq münasibətlərinin əmələ gəlməsinə yönəlməklə, müqavilənin nəticəsi olaraq, hədiyyə alanla hədiyyə verən arasında öhdəlik hüquq münasibətləri əmələ gəlmişdir və həmin müqavilədən irəli gələn hüquq və vəzifələr məhz müqavilə tərəflərinə aid olmuşdur. İddiaçı müvafiq bağışlama müqaviləsinin predemti qismində çıxış edə əmlaka dair pay hüququnun olduğunu əsas gətirərək, müvafiq müqavilənin bağlanılmaısnın onun hüquqlarını pozduğunu bildirmişdir. Lakin məhkəmə araşdırması zamanı iddiaçının müvafiq bağışlama müqaviləsinin predmeti qismində çıxış edən əmlaka dair hər hansı pay hüququnun olması halı müəyyən edilməmişdir. Belə ki, mülki qanunvericiliyin tələbinə əsasən daşınmaz əmlaka dair hüquq barəsində əqd notarial qaydada təsdiq edilməli və bu hüquq qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmalıdır. Lakin məhkəmə araşıdrması zamanı iddiaçının mübahisə predmeti olan əmlaka dair pay hüququnun olmasına dair tərəflər arasında hər hansı notarial qaydada təsdiq edilmiş əqdin bağlanılması halı, habelə paya dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair heç bir hal aşkar edilməmişdir. Göründüyü kimi, müvafiq bağışlama müqaviləsi və həmin müqvailədən əmələ gələn öhdəlik hüquq münasibətlərinin iddiaçının hüquq və maraqlarına toxunması halı müəyyən edilməmişdir. Belə ki, iddiaçının müvafiq bağışlama müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətlərinin subyekti-hədiyyə verən və ya hədiyyə alan qismində çıxış etməsi, həmin hüquq münasibətlərinin obyekti qimsində çıxış edən əmlaka dair hər hansı hüququ müəyyən edilmədiyindən,habelə iddiaçı barəsində həmin hüquq münasibətlərindən irəli gələn hər hansı hüquq və vəzifəsi müəyyən edilmədiyindən, məhkəmə hesab edir ki, iddiaçının müvafiq bağışlama müqaviləsinin onun maraqlarına toxunan şəxs kimi həmin müqvailəni mübahisələndirmək hüququ mövcud olmamışdır. Ona görə də məhkəmə qeyd eidlən halları əsas götürərək, hesab edir ki, iddiaçının müvafiq bağışlama müqaviləsini mübahisələndirmək hüququ olmadığından, iddia tələbi rədd olunmalıdır. Həmçinin, məhkəmə iddia tələbinin paya mülkiyyət hüququnun tanınması və payın açıq hərracdan satılaraq paya uyğun vəsaitinin alınması tələbinə dair hissəsi ilə bağlı hesab edir ki, qeyd edilən tələb bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair əsas tələbdən törəmə tələb olduğundan və bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair əsas tələb təmin eidlmədiyindən, iddia tələbi qeyd edilən hissədə də əsassız olmaqla, təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlar məcmuəsinə hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 54 saylı Notariat ofisinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, mülkiyyət hüququnun tanınması, paya uyğun vəsaitin verilməsi” tələbinə dair iddia tələbi əsassız olduğundan rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 54 saylı Notariat ofisinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, mülkiyyət hüququnun tanınması, paya uyğun vəsaitin verilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar