Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-1712/2025 09.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlu, İddiaçı Cavabdeh qarşı nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş, Bakı şəhəri, Biləcəri qəsəbəsi,Həkəri çay küçəsində 0,02 ha torpaq sahəsində yerləşən 2/z saylı(əvvəlki ünvan: Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni Yaşayış massivi, döngə 6) evin dəyərinin ½ hissəsinin təşkil edən 40000 manat, həmçinin qeyd edilən evdə və Bakı şəhəri, Qaradağ rayonu, Qobu Park 2 Yaşayış kompleksi, bina 12, mənzil 72-də yerləşən əşyalarının dəyərinin ½ hissəsini təşkil edən 6636 manat olmaqla ümumi 46636 manat vəsaitinin Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəmə tərəfindən icraata götürülərək baxıla bilməz və iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir . Həmin Məcəllənin 36.9-cü maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. AZEMİS Elektron Məhkəmə Sistemində tərəflərin qeydiyyat yeri ilə bağlı verilmiş sorğulardan görünür ki, həm cavabdehin, həm də iddiaçının qeydiyyatı Cəbrayıl rayonu, M.Rəsulzadə küçəsi, ev 143, mənzil 15-dir. İddia ərizəsindən göründüyü kimi, iddia tələbi birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsüdür. Hazırda iddia və cavabdeh də hər ikisi Cəbrayıl rayonu qeydiyyatındadır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki-prosessual qanunvericiliyə görə İddiaçı Cavabdeh qarşı nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi ərazi aidiyyəti üzrə Qaradağ rayon məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmə həm iddiaçının, həm də cavabdehin faktiki olaraq Qaradağ rayonunda yaşaması ilə bağlı olaraq qeyd edir ki, məcburi köçkünlərin qeydiyyatda olduqları işğaldan azad edilmiş rayonlarda sakinlərin kütləvi yerləşdirilməsi hələ tam təmin edilmədiyindən məcburi köçkünlərin demək olar hamısı respublikanın müxtəlif rayonlarında müvəqqəti məskunlaşmışlar - lakin bu o demək deyil ki, məcburi köçkünlərin işlərinə birmənalı olaraq müvəqqəti məskunlaşdıqları rayonun məhkəməsində baxılmalıdır. Əgər belə olsa idi, məcburi köçkünlərin rəsmi qeydiyyatda olduqları məhkəmələrin fəaliyyətinə ümumiyyətlə zərurət qalmazdı. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasında yurisdiksiyası Cəbrayıl rayonu olan məhkəmə - Cəbrayıl Rayon Məhkəməsi fəaliyyət göstərir və rəsmi olaraq Cəbrayıl rayonunda qeydiyyata alınmış cavabdehlərin işlərinə də ümumi aidiyyət qaydasında həmin məhkəmə baxmalıdır. Cəbrayıl rayonundan məcburi köçkün olan və rəsmi olaraq Cəbrayıl rayonunda qeydiyyatda olan cavabdehin faktiki olaraq Qaradağ rayonu ərazisində yaşaması onun cavabdeh olduğu işə ümumi aidiyyəti qaydasında Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində baxılmalı olduğu mənasına gəlmir. Həmçinin məhkəmə qeyd edir ki, hazırki iddia üzrə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 36-ci maddəsində nəzərdə tutulmuş əsaslardan heç biri yoxdur Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir Həmin Məcəllənin 152.1 və 152.1.3-cü maddələrinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 iyun 2021-ci il tarixli Qərarından görünür ki, Ər-arvadın daşınmaz əşya üzərində ümumi birgə mülkiyyətinin bölünməsinə dair iddiaların ərazi aidiyyəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə uyğun olaraq qanunla başqa hal nəzərdə tutulmamışdırsa, cavabdehin rəsmi qeydə alındığı yer üzrə müəyyən edilməlidir.Həmin Qərarada qeyd olunmuşdir ki, Ər-arvadın nikah dövründə əldə etdiyi daşınmaz əşyaya dair ümumi birgə mülkiyyətin bölünməsi və payların müəyyən edilməsi tələbi barədə iddiaya Mülki Prosessual Məcəllənin 39-cu maddəsinə müvafiq olaraq müstəsna aidiyyət üzrə daşınmaz əşyanın olduğu yerin məhkəməsində baxılıb-baxılmaması ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir.Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildirNəzərə alınmalıdır ki, daşınmaz əşya üzərində ər-arvadın ümumi birgə mülkiyyət hüquqları ailə qanunvericiliyi ilə müəyyən edildiyinə görə, məhkəmələr tərəfindən, ərarvadın ümumi birgə mülkiyyətini təşkil edən əmlak bölündükdə məhkəmə əmlak üzərində onların mülkiyyət hüquqlarının tanınması məsələsini deyil, ümumi əmlak üzərində mülkiyyətin növünün, başqa sözlə əmlakın hüquqi rejiminin dəyişdirilməsi məsələsini həll etmiş olur. Bu zaman əmlak üzərində ər-arvadın ümumi birgə mülkiyyəti ümumi əmlak üzərində onların hər birinin payı müəyyənləşdirilməklə paylı mülkiyyətə keçirilir. Lakin Mülki Prosessual Məcəllənin 39-cu maddəsində ər-arvadın ümumi əmlakının bölünməsi barədə tələblərə müstəsna aidiyyət üzrə əmlakın olduğu yerin məhkəməsində baxılması nəzərdə tutulmamışdır.Odur ki, Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda göstərilən qanunvericilik normalarını təhlil edərək belə qənaətə gəlir ki, ər-arvadın birgə nikah dövründə əldə etdiyi daşınmaz əşya üzərində ümumi birgə mülkiyyətin bölünməsi ilə bağlı tələblərə müstəsna aidiyyət qaydasında əşyanın olduğu ərazidə yerləşən məhkəmələr tərəfindən baxılması istisna edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 36, 152, 263-264, 266-267-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi, ona əlavə olunmuş sənədlər iddiaçı- İddiaçı geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov.
Məhkəmə qərarları › İş №2(002)-1712/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-1712/2025
09.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver