Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1713/2024 26.04.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi Maraqlı şəxs qarşı mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə, daha sonra ərizə tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Bakı 9 saylı Mediasiya təşkilatında onunla Maraqlı şəxs arasında bağlanmış 02 mart 2024-cü il tarixli barışıq sazişinin 3,4,5,6,8-ci bəndlərinin (“3. İkinci Tərəf birgə nikah dövründə alınmış ünvan 1 ünvanında yerləşən (reyestr nömrəsi **********19-05101-093009) mənzildəki payından Birinci Tərəfin xeyrinə imtina edir; 4. Tərəflər razılaşdılar ki, 3-cü bənddə bəhs olunan əmlakda imtina etdikləri paylarının və bütövlükdə əmlakın qarşı tərəfin adına rəsmiləşdirilməsi üçün bütün zəruri prosedur və hüquqi addımları atacaqlar; 5. Birinci Tərəf birgə nikah dövründə alınmış ünvan 1 ünvanında yerləşən (reyestr nömrəsi **********19- 05101-093009) mənzil onun (Birinci Tərəfin) adına rəsmiləşdikdən sonra İkinci Tərəfin bu mənzilə görə Banka olan ipoteka borcunu hər ay gecikdirmədən ödəyəcək; 6. Birinci Tərəf ünvan 1 ünvanında yerləşən mənzil onun (Birinci Tərəfin) adına rəsmiləşdiyi gün İkinci tərəfə 20000 (iyirmi min) AZN ödəyəcək; 8. 6-cı bəndin tələbi yerinə yetirildikdən sonra Birinci Tərəf tələb edərsə, tələb edilən vaxtdan 1 (bir) ay ərzində İkinci Tərəf ünvan 3 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxacaq.”) təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi izahat verərək bildirdi ki, tərəflər birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü barədə mediasiyaya müraciət etmişlər, 02 mart 2024-cü il tarixdə Bakı 9 saylı Mediasiya Təşkilatında mediator X2 iştirakı ilə barışıq sazişi imzalanmışdır. Barışıq sazişində bir neçə əmlakla bağlı şərtlər nəzərdə tutulmuş, lakin barışıq sazişinin icrası zamanı yalnız ünvan 3 ilə bağlı problem yaranmışdır. Belə ki, bankın məhkəmə qətnaməsini tələb etməsi səbəbindən cavabdehin həmin mənzillə bağı öhdəlikləri icra oluna bilmir. Ona görə də ərizədə göstərilən hissədə barışıq sazişinin məhkəmə qətnaməsi ilə təsdiq olunmasına zərurət yaranmışdır. Hazırda o, məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Maraqlı şəxs izahat verərək bildirdi ki, həqiqətən tərəflər arasında 02 mart 2024-cü il tarixli barışıq sazişi bağlanmışdır, bank tərəfindən məhkəmə qətnaməsi tələb edildiyindən hazırda həmin barışıq sazişinin qeyd olunan mənzillə bağlı şərtləri icra oluna bilmir. Ona görə də hazırda ərizənin təmin edilməsinə etirazı yoxdur. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, ərizə aşağıdakı əsaslara görə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Ərizəçi və Maraqlı şəxs arasında Bakı 9 saylı Mediasiya Təşkilatında bağlanmış 02 mart 2024-cü il tarixli, MŞB/9/2024-00294 saylı barışıq sazişinə əsasən, tərəflər Ərizəçi (bundan sonra Birinci Tərəf) və Maraqlı şəxs (bundan sonra İkinci Tərəf) aşağıda göstərilən şərtlər əsasında razılaşdılar: 1. Birinci Tərəf birgə nikah dövründə alınmış Qusar rayonu Yasab kəndində 0.13 ha torpaq sahəsindəki (reyestr nömrəsi **********55) payından İkinci Tərəfin xeyrinə imtina edir; 2. Birinci Tərəf birgə nikah dövründə alınmış buraxılış ili 1998, 99FG774 qeydiyyat nişanlı, gümüşü metalik rəngli Mercedes-Benz C230 markalı avtomobilə olan payından İkinci Tərəfin xeyrinə imtina edir; 3. İkinci Tərəf birgə nikah dövründə alınmış ünvan 4 ünvanında yerləşən (reyestr nömrəsi **********19-05101-093009) mənzildəki payından Birinci Tərəfin xeyrinə imtina edir; 4. Tərəflər razılaşdılar ki, 1,2,3-cü bəndlərdə bəhs olunan əmlaklardakı imtina etdikləri paylarının və bütövlükdə əmlakın qarşı tərəfin adına rəsmiləşdirilməsi üçün bütün zəruri prosedur və hüquqi addımları atacaqlar. 5. Birinci Tərəf birgə nikah dövründə alınmış ünvan 4 ünvanında yerləşən (reyestr nömrəsi **********19-05101-093009) mənzil onun (Birinci Tərəfin) adına rəsmiləşdikdən sonra İkinci Tərəfin bu mənzilə görə Banka olan İpoteka borcunu hər ay gecikdirmədən ödəyəcək; 6. Birinci Tərəf ünvan 4 ünvanında yerləşən mənzil onun (Birinci Tərəfin) adına rəsmiləşdiyi gün İkinci Tərəfə 20.000 (iyirmi min) AZN ödəyəcək; 7. Tərəflər 1-ci və 2-ci Bəndlərdə bəhs olunan əmlaklar üzərindəki həbsin götürülməsi üçün bütün zəruri prosedur və hüquqi addımları atacaqlar; 8. 6-cı bəndin tələbi yerinə yetirildikdən sonra Birinci Tərəf tələb edərsə, tələb edilən vaxtdan 1 (bir) ay ərzində İkinci Tərəf ünvan 4 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxacaq; 9. X6 Rayon Məhkəməsinin təyin etdiyi alimentdən (gəlirlərin 1/4 (dörddə bir) hissəsinin tutulması barədə) imtina edir, X7 müəyyən olunmuş uşaqların yaşayış minimumunun dəyişib dəyişdirilməməsindən asılı olmayaraq, birgə nikahdan xx.xx.2011-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək Birinci Tərəfə hər ay 300 (üç yüz) AZN dəyişilməz sabit pul məbləğində aliment ödəyəcək; 10. Tərəflər razılaşdılar ki, bu sazişdə qeyd olunan bəndlərdən birinin tələbini pozan Tərəf qarşı Tərəfə 50,000 (əlli min) AZN ödəyəcək. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-315/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi arasında 09 dekabr 2006-cı il tarixdə Bakı şəhəri Qaradağ rayonu VVADQ Şöbəsində 1048 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2011-ci il təvəllüdlü X3 cavabdeh Ərizəçi yanında və himayəsində saxlanılması, xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay gəlirinin və ya qazancının ¼ hissəsi miqdarında alimentin iddiaçı Maraqlı şəxs tutularaq cavabdeh Ərizəçi ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-2132/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, ilkin iddia tələbinin qismən və qarşılıqlı iddia tələbinin tam təmin edilməsi, tərəflərin birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bilal Niftəliyev küçəsi, ev 17, 47 saylı mənzilinə dair Maraqlı şəxs ½ hissədə, Ərizəçi 1/2 hissədə paylarının müəyyən edilməsi, Qusar rayonu, Yasab kəndində yerləşən 0,13 ha torpaq sahəsinə dair Maraqlı şəxs ½ hissədə, Ərizəçi ½ hissədə paylarının müəyyən edilməsi, Mercedes-Benz C230 markalı, **- FG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Maraqlı şəxs ½ hissədə, Ərizəçi ½ hissədə paylarının müəyyən edilməsi qət edilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının MPM-nin 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26.2-ci maddəsinə əsasən, barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, tərəflər arasında mübahisə barışıq sazişi ilə qarşılıqlı razılıq əsasında həll edilmişdir. Barışıq sazişinin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bilal Niftəliyev küçəsi, ev 17, 47 saylı mənzilinə dair bəndlərinin icrası ilə bağlı çətinlik yaranmış və icra üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmişdir, ərizəçi hazırki ərizə ilə barışıq sazişinin həmin mənzilə dair bəndləri ilə bağlı hissədə təsdiq edilməsi üçün məhkəməyə müraciət etmişdir, maraqlı şəxs də hazırda buna etiraz etməməkdədir. Yuxarıda qeyd olunan hallara və hüquq normalarına əsasən məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 355-23 – 355-26, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Bakı 9 saylı X1 Amaliya Meyvəddin qızı (bundan sonra Birinci Tərəf) ilə Maraqlı şəxs (bundan sonra İkinci Tərəf) arasında bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq Sazişinin 3cü, 4-cü, 5-ci, 6-cı, 8-ci bəndləri təsdiq edilsin: “3. İkinci Tərəf birgə nikah dövründə alınmış ünvan 1 ünvanında yerləşən (reyestr nömrəsi **********19-05101-093009) mənzildəki payından birinci tərəfin xeyrinə imtina edir;
4. Tərəflər razılaşdılar ki, 3-cü bənddə bəhs olunan əmlakda imtina etdikləri paylarının və bütövlükdə əmlakın qarşı tərəfin adına rəsmiləşdirilməsi üçün bütün zəruri prosedur və hüquqi addımları atacaqlar; 5.. Birinci Tərəf birgə nikah dövründə alınmış ünvan 1 ünvanında yerləşən (reyestr nömrəsi **********19-05101-093009) mənzil onun (Birinci Tərəfin) adına rəsmiləşdikdən sonra İkinci Tərəfin bu mənzilə görə Banka olan ipoteka borcunu hər ay gecikdirmədən ödəyəcək;
6. Birinci Tərəf ünvan 1 ünvanında yerləşən mənzil onun (Birinci Tərəfin) adına rəsmiləşdiyi gün İkinci tərəfə 20000 (iyirmi min) AZN ödəyəcək;
8. 6-cı bəndin tələbi yerinə yetirildikdən sonra Birinci Tərəf tələb edərsə, tələb edilən vaxtdan 1 (bir) ay ərzində İkinci Tərəf ünvan 3 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxacaq.” Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Hüseynov