Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1720/2025 21.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi Maraqlı şəxs qarşı mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Bakı 13 saylı Mediasiya Təşkilatında 23 fevral 2023-cü il tarixdə bağlanmış barışıq sazişinin aliment borcuna və alimentə dair hissəsinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə Bakı 13 saylı X1 Azər Oqtay oğlu ilə aralarında fikir ayrılığı və mübahisəni qarşılıqlı razılıqla həll etmək üçün mediator X2 iştirakı ilə barışıq sazişi imzalanmışdır. Barışıq sazişində mübahisənin qısa təsviri verilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixinə kimi 2(002)-1390/2021 saylı, xx.xx.2021ci il tarixli qətnamə və xx.xx.2021-ci il tarixli icra vərəqəsi üzrə Maraqlı şəxs ona 720 manat aliment borcunun olduğu müəyyən edilmiş və Maraqlı şəxs həmin pulun ödənilməsini öhdəsinə götürmüşdür. Eyni zamanda, 2(002)-1390/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnamə ilə müəyyən edilmiş alimentin artırılaraq hər uşağa 140 manat, iki uşağa 280 manat olması, həmin alimentin 18 mart 2023-cü il tarixdən başlayaraq Umico kart hesabına və ya ona məxsus digər hesaba ödənilməsi barədə barışı sazişi bağlanmışdır. Lakin Maraqlı şəxs qeyd edilən barışıq sazişinin tələblərini yerinə yetirməmişdir. Ona görə də barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixli barışıq sazişinin aliment borcuna və alimentə dair hissəsinin təsdiq edilməsini xahiş etmiş, Maraqlı şəxs da ərizə ilə məhkəməyə müraciət edərək, barışıq sazişinin təsdiq edilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə, tərəflərin ərizələrini, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, ərizə tələbi aşağıdakı əsaslara görə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Ərizəçi və Maraqlı şəxs arasında Bakı 6 saylı Mediasiya Təşkilatında bağlanmış 03 iyun 2024-cü il tarixli barışıq sazişinə əsasən aşağıdakı şərtlərlə tərəflər arasında barışıq sazişi bağlanmışdır: “1.Tərəflər xx.xx.2023-cü il tarixinə kimi 2(002)-1390/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnamə və xx.xx.2021-ci il tarixli icra vərəqəsi üzrə ikinci tərəf Maraqlı şəxs birinci tərəf Ərizəçi 720 (yeddi yüz iyirmi) manat aliment borcunun olduğunu müəyyən etdilər və razılığa gələrək ikinci tərəf Maraqlı şəxs 720 (yeddi yüz iyirmi) manat aliment borcunu icra vərəqəsi üzrə icra etməli olduğunu bildirərək, birinci tərəf Ərizəçi aid **********61211 nömrəli, birkart Umico kart hesabına və ya birinci tərəfə aid digər hesablara ödəməyi öhdəsinə götürdü. 2.Tərəflər aliment məbləğinin artırılması hissəsində razılığa gələrək 2(002)-1390/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnamə ilə müəyyən edilmiş xx.xx.2006-cı il təvəllüdlü Maraqlı şəxs Azər qızının və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər uşaq üçün 100 manat, ümumi 200 manat aliment məbləğinin artırılaraq ümumi iki uşağın saxlanılması üçün 280 (iki yüz səksən) manat aliment məbləğini ikinci tərəf Maraqlı şəxs ilkin ödəniş tarixi 18 mart 2023-cü il olmaqla birinci tərəf Ərizəçi aid **********61211 nömrəli, birkart Umico kart hesabına və ya birinci tərəfə aid digər hesablara ödəməyi öhdəsinə götürdü.” İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1390/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddianın təmin edilməsi, Ərizəçia qızı ilə Maraqlı şəxs arasında xx.xx.2015-ci il tarixdə 3 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsində 1829 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, 08 sentyabr 2006-cı il təvəllüdlü Maraqlı şəxs Azər qızının və 11 oktyabr 2016-cı il təvəllüdlü X3 Ərizəçi himayəsində və yanında saxlanılması, 08 sentyabr 2006-cı il təvəllüdlü Maraqlı şəxs Azər qızının və 11 oktyabr 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdeh Maraqlı şəxs xx.xx.2021-ci il tarixdən başlayaraq iddiaçı Ərizəçi xeyrinə hər ay bir uşağa görə 100 (yüz) manat, iki uşağa görə 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının MPM-nin 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26.2-ci maddəsinə əsasən, barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə, iş materiallarında olan sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişi ilə alimentlə bağlı məsələ qarşılıqlı razılıq əsasında həll edilmişdir. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Ona görə də ərizə əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli Qərarının 8.2-ci bəndinə əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 355-23 – 355-26, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Bakı 13 saylı X1 Lalə Dilamid qızı (bundan sonra Birinci Tərəf) ilə Maraqlı şəxs (bundan sonra İkinci Tərəf) arasında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq Sazişinin 1-ci, 2-ci bəndləri təsdiq edilsin:
1. İkinci tərəf Maraqlı şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(002)-1390/2021 saylı qətnaməsinə əsasən verilmiş xx.xx.2021-ci il tarixli icra vərəqəsi üzrə xx.xx.2023-cü il tarixə kimi birinci tərəf Ərizəçi 720 (yeddi yüz iyirmi) manat məbləğində aliment borcunun olduğu müəyyən edilsin və həmin aliment borcu məbləği birinci tərəf Ərizəçi aid **********61211 nömrəli birkart Umico kart hesabına və ya Ərizəçi məxsus digər hesablara ödənilsin.
2. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(002)-1390/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment artırılaraq xx.xx.2006-cı il təvəllüdlü Maraqlı şəxs Azər qızının və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən hesablanmaqla ikinci tərəf Maraqlı şəxs hər ay hər uşağa görə 140 manat olmaqla, iki uşağa görə cəmi 280 manat sabit pul məbləğində aliment tutularaq birinci tərəf Ərizəçi aid **********61211 nömrəli birkart Umico kart hesabına və ya Ərizəçi məxsus digər hesablara ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Hüseynov